Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLAR

Tanınmış sənətçilərin şəxsi həyatlarında baş verən hadisələr hər zaman böyük maraq doğurub.

Röya Anar Cəlilovla tanış olanda iş adamı artıq ilk həyat yoldaşından ayrılmaq üzrə idi. "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu Anarın Röyaya olan vurğunluğu bu prosesi bir qədər də tezləşdirir. A.Cəlilov ilk həyat yoldaşından boşanan kimi müğənniyə evlilik təklifi edir. İş adamının ailəsi oğullarının Röya ilə münasibətlərinə qarşı çıxsa da, A.Cəlilov qalmaqallı müğənni ilə evlənmək fikrindən vaz keçmir.
"Nə vaxtsa gəlinlik geyinib ailə quracağımı ağlıma belə gətirməzdim" söyləyən Röya əvvəlcə şoka düşdüyünü desə də, təkliflə dərhal razılaşır. Lakin cütlüyün xoşbəxt ailə həyatı cəmi 6 il davam edir. 2008-2014-cü illərdə Anar Cəlilovla nikahda olan müğənnin 2009-cu ildə oğlu dünyaya gəlib. Yeri gəlmişkən, A.Cəlilovun ilk nikahından bir oğlu daha var.
Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov keçən il 3-cü dəfə yenidən ailə qurub. Röya isə Anardan sonra ailə qurmayacağını bildirmişdi. Lakin sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsindən olduğu, lakin ailənin bu münasibətdən xəbərdar olmadığı bildirilir. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə ondan icazə alır.
Mənbə: publika.az
2009-cu ildə "Eurovision" müsabiqəsində Azərbaycanı yüksək səviyyədə təmsil edən Aysel Teymurzadə karyerasının ilk illərində şəxsi həyatını mətbuatdan ciddi-cəhdlə gizləyərək evlənmək niyyətində olmadığını tez-tez dilə gətirirdi. Lakin bir müddət sonra Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovun ulduzu yeni-yeni parlayan ifaçıya heyran olduğu və həyat yoldaşından boşanaraq onunla ailə qurmaq istəməsi xəbərləri yayılır. Bu xəbərlər tezliklə öz təsdiqini tapır. M.Adıgözəlovun ifaçıdan 3 övladı dünyaya gəlib.
Cütlüyə yaxın mənbələrin sözlərinə görə, Ayselin həyat yoldaşı onu möhkəm qısqanır və mətbuatda görünməsini istəmir. Cütlük bütün tədbirlərə birlikdə qatılsa da, Murad bəy müəyyən jestləri ilə onu çəkmək istəyən fotoqraflara və açıqlama almaq istəməyən jurnalistlərə etiraz edir.
Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. Maestronun ilk evliliyindən iki övladı var.

2010-cu ildə isə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən S.Əliyeva da Aysellə eyni taleyi yaşayır. Əvvəlcə evlənəcyi ilə bağlı yayılmış bütün dedi-qoduları təkzib edir. Buna baxmayaraq gənc ifaçının azərbayacanlı nazirin oğlu Fərhad Əliyevin evlilik təklifinə "hə" deməsi sürətlə bütün mətbuatda əks-səda doğurur. Məsələ ondadır ki, Sara Əliyeva ilə evli olan F.Əliyev bir qızı atası idi. Safuraya vurulan nazir oğlu ilk həyat yoldaşından boşanaraq müğənni ilə Bodrumda özünə təmtəraqlı şəkildə toy edir.
A.Teymurzadə ilə S.Əliyeva bir çox cəhətdən oxşardır. Hər ikisi ölkəmizi məşhur mahnı müsabiqəsində təmsil edib, hər ikisi kifayət qədər uğurlu ifaçı idi. Amma onlar karyelarında yüksəlmək əvəzinə ailə sahibi olmağı seçir. Onların hər ikisi boşanmış şəxslərlə ailə qurur və sənətlə birdəfəlik vidalaşır.
Ayan Babakişiyeva

Ayan Babakişiyeva məşhur məmurla yasaq eşq yaşadığını uzun illər sonra mətbuata açıq şəkildə etiraf edir. Müğənni əvvəlcə Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevin ilk həyat yoldaşından boşanma sənədinin şəkillərini yayır.
Polkovnik isə Ayanla gizli ailə həyatı qurduğunu inkar edir: "Öz ailəmi çox sevirəm. Mənim qızım, oğlum, nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir. Ayan mənim böyük səhvim olub", - deyə etiraf edir.
F.Musayev müğənni ilə münasibətlərini təkzib etsə də, Ayan açıqlamasında bunları söyləmişdi: "Mən onun həyatında səhv olsaydım, 7 il birgə yaşamazdıq. 30 illik arvadını boşayaraq, məni alıb və bizim ortada qız övladımız var. Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcəsə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu, onun həyat tərzidir. O insan Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakteri ortaya qoydu. Bu açıqlamanı o zərurətdən edirəm ki, mən övladımı evli kişidən dünyaya gətirməmişəm. Amma çox gülməlidir ki, o, səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracam".

Gənc yaşda bir dəfə rəsmi nikahda olub boşanan Rəqsasənin də adı evli kişiləri yoldan çıxaran müğənnilər siyahısına daxildir. Müğənninin ikinci qızı Yağmur qeyri-rəsmi nikahda yaşadığı kişidən dünyaya gəlib. İfaçı hətta efirlərin birində evli şəxslə sevgili olduğunu açıq-aydın etiraf etmişdi.

Bir vaxtlar rəqqasə kimi fəaliyyət göstərən müğənninin həyat yoldaşının birinci ailəsinin olduğu hər kəsə məlumdur. Lakin birinci evliliyinə son verib, müğənni S.Sanaliyeva ilə ailə quran Cəlil bəyin valideynləri və ilk həyat yoldaşı Lalə xanım bu izdivacla hələ də razılaşa bilmirlər. Cəlil bəyin eks-qayınanası Gülənbər xanım qızının 10 illik ailəsinin dağılmasında müğənnini günahlandırıb. Gülənbər xanım ifaçı S.Sanaliyevanı hətta "yuvayıxan" adlandırmışdı.
S.Sanaliyevanın həyat yoldaşından 2 övladı var. Müğənninin ərinin ilk nikahında da biri qız, digəri oğlan olan əkiz uşaqları var.

Evli kişi ilə görüşən daha bir məşhur isə Şəbnəm Tovuzludur. Müğənninin qeyri-rəsmi nikahda yaşadığı sevgilisindən bu yaxınlarda oğlu dünyaya gəlib. Ş.Tovuzlunun ilk evliliyindən isə bir qızı var.

50 yaşında ailə qurmağa qərar verən Xalq artistinin iranlı həyat yoldaşı Fəraməz Gərmrudi 3 qız atasıdır. Əslən Cənubi Azərbaycandan olan Gərmrudinin həyat yoldaşı fars əsilli xanımdır. İddialara görə, onlar rəsmən hələ də evlidir. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır. Demək olar ki, əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb.

Prodüser Sultan müğənni Damlanı evli kişi ilə sevgili olmaqda ittiham edərək onun ünvanına sərt sözlər yağdırıb. Prodüser sosial şəbəkədə ifaçını əməlli-başlı təhdid edib: "Ay mənim dolmam, sən jurnalistlərə nağıllar danışa bilərsən. Amma mən reallıqdan danışıram. Gör nə qədər məndən qorxmusan ki, bəzi yalanlarına açıqlama gətirməyi özünə borc bildin. Bunu yaxşı oxu! Əgər haqqımda bir kəlmə belə pis söz eşitsəm, bu dəfə ağacı dibindən kəsəcəyəm və səni "saxlayan" evli kişinin adını açıqlayacağam. Qoy həmin kişinin ailəsi, evində olan həyat yoldaşı hər şeyi bilsin. Üstəlik, onunla öpüşdüyün şəkilləri də paylaşacağam".
Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLAREvli kişilərin ailəsini dağıdıb onlara ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLAREvli kişilərin ailəsini dağıdıb onlara ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLAREvli kişilərin ailəsini dağıdıb onlara ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLAREvli kişilərin ailəsini dağıdıb onlara ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLAREvli kişilərin ailəsini dağıdıb onlara ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLAR

Xəbərlər     Baxılıb: 12310   Tarix: 31 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

turlar.az

sonxeber.az geyim dəbləri yemek reseptleri qadin sayti oxatan burcu baliq qulagi el isleri sizanaqlara qarsi hakista xina yaxdi sozleri kosmetika atalar sözü balıq həsən bəy zərdabi layla əqrəb