Faytonçu Nazim: " Ona dedim ki, qızım yaşdasan "

Faytonçu Nazim: " Ona dedim ki, qızım yaşdasan "Xanim.az-ın məşhurlarla müsahibəsi davam edir. Növbəti müsahibimiz Faytonçu ləqəbi ilə məşhur olan Nazim Pişyaridir.

-Salam, Nazim bəy necəsiniz?
- Çox sağ olun, yaxşıyam
-Sağlamlığınız necədi?
-Əladır,hər şey qaydasındadır.
-Bir ara xəbər yayıldı ki, xərçəngsiniz, bu barədə nə deyə bilərsiniz?
-Bu indi Azərbaycanda dəb halını alıb,gedirsən müayinəyə deyirlər xərçəngsən. Həkim bunu ailə üzvlərimə demişdi. Onlar da bu xəbəri məndən gizlətmişdi. Buna görə də diaqnozu dəqiqləşdirmək üçün İsrailə getdik. Orda da məlum oldu ki, yalan söhbətdir, məndə belə bir xəstəlik yoxdur.
-Xeyli çəki atdınız, nə qədər müddətə bu çəkini itirdiz?
-Bəli, 93 kilodan 63 kiloya düşdüm. 3 aya, yediklərimi qaytardığıma görə, bir qədər sürətli çəki verdim.
-Xəstə olduğunuz ərəfədə sənət dostlarınızdan ən çox kim dəstək oldu?
-Demək olar ki, bütün sənət dostlarım. Xalq artistlərimiz, əməkdar artistlərimiz, hamı dəstək oldu.
-Əsasən, maddi dəstək oldular ya mənəvi?
-Maddi dəstəyə ehtiyacım yoxdur. Əlbətdə ki, mənəvi...
-Burda əməliyyata yüz min xərciniz çıxmışdı, bəs İsraildə nə qədər xərciniz çıxdı?
-Bu günki günə qədər ümumi altmış üç min dollar xərcim çıxıb.
-Burada çox pul istədilər sizdən, ya İsraildə?
-Xeyr, burada cəmi min iki yüz manat pulum çıxmışdı əməliyyata görə, hansı ki, heç o əməliyyat da olmazdı mənə. Bunu xaricdəki həkimlər də dedilər mənə.
-Xəstəliyiniz işinizə mane oldumu?
-Bəli, səhhətimlə əlaqədar, bir çox toylarım təxirə salındı. Bundan əlavə sosial şəbəkələrdə ölüm xəbərim yayıldı. Məni toylarına, şənliklərinə dəvət edən insanlar seçimlərini dəyişdilər.

-Bir ara jurnalist jurnalist xanımla qalmaqal yaşadınız, sizcə bu qəsdən hazırlanmış bir plan idi?
-Bəli, buna tamaşaçı da baxanda bilirdi ki, o həmin klinikanın vəkilliyini edirdi.
-Bəs Allah qorusun nə zamansa səhhətinizdə problem yaşasanız yenə yerli həkimlərə üz tutarsınız ya xaricə?
-Mən başıma gələnlərdən sonra artıq həkim seçimində düşünməliyəm. Çünki bizdə peşəkar həkimlər azlıq təşkil edir.
-Siz efirdə senzuranın tərəfdarısınız?
-Bəli, bu günkü gündə buna ehtiyac var. Hər kəs oxuduğu mahnı janrına uyğun geyinsə daha yaxşı olar.
-Bəlkə də reytinq xətrinə edir bunu verlişlər necə düşünürsüz?
-Bir gün anam mənə dediki səndən bir xahişim var. Dedim buyur. Dedi "Sevimli şou"ya səni dəvət etsələr o verlişə çıxma. Çünki oranı nə auditoriyası, nə də musiqisi sənə uyğun deyil.
-Bu zəmanəyə uyğunlaşmaq çətin deyil sizə?
- Sizə bir söz deyim?! Məsələn, Şövkət xanım o zamanlar ifa edəndə bizim fikrimizi onun köklüyündən çox səsi cəlb edirdi və yaxud Rəşid Behbudov oxuyanda bizim diqqətimizi balaca boyluğundan çox səsi diqqətimizi çəkirdi.
-Sizcə ad almaq üçün nə etmək lazımdı?
-Mən belə şeylərin arxasınca heç vaxt qaçmamışam. Çünki bunlar boş şeylərdi. Əsas xalqın sevgisidir. Habil Əliyevin sözü yadıma düşdü, o deyirdi ki, indi adsız sənətkar daha hörmətlidir nəinki adlı sənətkar. Sizə nümunə çəkim adi bir toya istər əməkdar, istər xalq, istərsə də adi müğənni gəlsin onlar eyni cür qarşılanır, eyni cür də yola salınır.
Faytonçu Nazim: " Ona dedim ki, qızım yaşdasan "-Bəs caduya inanırsız?
-Mənə dedilər ki, guya nəsə edilib mənə. Amma mənim fikirlərimə görə hər şeyi Allah təyin edir. Allah izin verməzsə, heçnə olmaz.
-Möcüzələrə necə inanırsınız?
-Bəli bəşəriyyətdə möcüzələr var. Mənim üçün möcüzə odur ki, məni öldürmüşdülər (gülür). İnsanın ümumiyyətlə insan olmağı möcüzədir.
- Bəs Kürdəmir söhbəti ilə bağlı nə deyə bilərsiniz?
- Kürdəmir haqqında mahnı oxuyacam bu yaxınlarda
- Könüllərini almaq üçün?
- Xeyr, mənim onlara qarşı heç bir pritenziyam yoxdu. Hətta ordan yaxın qohumlarım var. O sadəcə deyimdir deyirlər filankəs Biləcəridən yaxud Binəqədidən kənara çıxmır. Onda biləcərililər neyləsin?! Sadəcə gərək orda əyalət deyərdim. Ad çəkməzdim. Bu o demək deyil ki, mən kürdəmirlilərə qarşı çıxdım. Qətiyyən elə deyil. Azərbaycanın hər bir torpağı mənim üçün vətən deməkdir. Məsələn, Türkdən soruşandakı nə millətisən?- deyir Türkəm. Amma, bizdə soruşanda deyirlər haralısan? Deyirsən, azərbaycanlı. Deyir harasından? Bax, bizim ən böyük problemimiz budur.
-Şou biznesdə aranız dəyən kimsə var?
-Xeyr
-Bəs ailəvi gəliş gedişiniz olan var?
-Ailə biraz başqa məhfumdur, hər insanı adam ailəsinə salmaq istəmir. Mənim şou biznesdə arxayın olduğum elə bir insan yoxdur ki, onu ailəmə salım. Bir tək bəstəkar Nadir Əzimovla gediş - gəlişimiz var
Faytonçu Nazim: " Ona dedim ki, qızım yaşdasan "
-"Darıxdım" mahnızını ifa edəndə problem yaşamadınız?
-Xeyir mən icazəsin almışdım onun.
-Repertuarınıza baxanda "Milaya moya" hara "Aman Tello" hara?
-Şur muğamı üstündə mahnım yoxdur. "Aman Tello"nu ona görə oxudum ki, and içməyə yerim olsun ki, məndədə şur muğamı üstündə mahnı var.
-Operaya necə həvəsiniz varmı?
-Dinləyici kimi həvəsim var. Amma oxumaga gərək üç oktava səsin olsun. Məndə isə o yoxdur.
-Şansonu on il öncə daha çox dinləyirdilər ya indi?
-Qabaq daha çox idi.
-Sizin üçün şou biznesdə nömrə bir kimdir?
-Mən istəmirəm insanları nömrələrə bölüm. Amma favoritlərim deyə bilərəmki Elton, Zamiq, Kəmalə və s.
-Davamçınız var?
- Var. Müraciət edən olursa niyədə bildiyimizi bölüşməyək
-Sənətdə ən çox bəhrələndiyiniz kim olub?
-Ümumiyyətlə musiqinin milliyəti yoxdu. Bu digər millətdə ola bilər. Məsələn, vaxt olub ki, Xulia İglesisin dəlisi olmuşam. Dilini başa düşməsəm də oxumağından böyük zövq almışam.
-Sizcə hansı mahnılar xitə çevrilir?
-İnsanları bezdirən.
-Sizcə indi centlimenlik daha çoxdu ya öncə?
- Xeyr, indi yoxdur. İndi hər kəs öz hayındadır
-Sizcə xasiyyəti,zövqü nə formalaşdırır?
-Əlbəttə ki, təsir.
-Övladlarınız barəsində biraz danışardınız
-Bir qızım var bir oğlum. Qızımı köçürtmüşəm. Artıq baba olacam. Oğlum otel biznes ixtisasını Londonda bitirdi. İtalyan və inglis dilini mükəmməl bilir.
-Tərbiyə necə gedib ailənizdə?
-Mən daha çox qastrollarda olduğum üçün onlarla yoldaşım və anam daha çox məşğul olub. Övladlarımla aramızda pərdəmiz var. Mənə bilavasitə söz demirlər. Bir gün oğlum yaxınlaşdı mənə, dedi ata sən demişdi universitetə girəndə mənə maşın alacaqsan. Amma mən maşın istəmirəm. Əvəzində xaricdə oxumaq istəyirəm. Oğlumun bu sözündən o qədər qürurlandım ki... Həmən razı oldum.
-Uşaqlarınızın ixtisas seçiminə təsir etdiz?
-Xeyr. Nə qızıma, nə də oğluma. Hər ikisinin öz seçimləri olub. Hətta qızımın evliliyi də öz seçimi olub.
-Rahatsız ona görə?
-Bəli. Əvvəl Hollandiyada yaşasalar da indi əsas Bakıdadırlar. Rahatam. Sabah övladı da olanda anası yanında olacaq.
-Etibar edirsiniz qızınızı ölkəmizdəki həkimlərə?
-Bəli dediyim kimi yaxşı həkimlər var.
-Son zamanlar gənc müğənnilər arasında alfonsluq geniş yaranır. Nə düşünürsüz bu barədə?
-Əslində burda mən kişiləri yox qadınları günahkarlandırıram. Bu kişi sənin oğlun yaşındadı. Bu yaxınlarda oxudum ki, əgər bir kişi yaşından böyük qadına müraciət edirsə, deməli o qocalıb. Deyimki sizə hərdən sosial şəbəkədə mənə cavan qızlar elə mesaj yazırlarki... Onlara deyirəm sən mənim qızım yerindəsən. Mənə deyirlərki nə olsun, sən mənim xoşuma gəlirsən. Sənin həyat təcrübən var, imkanın var, sən məni səhf addım atmağa qoymarsan. Həyat çox mürəkkəbdir. Onun gözəlliyi də mürəkkəbliyindədir.
- Geniş müsahibə üçün təşəkkür edirəm.
- Çox sağ olun.
Şahidə Tapdıq

Xəbərlər     Baxılıb: 2659   Tarix: 05 yanvar 2018
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Bunu edin, 15 saniyəyə ürəyinizin sağlamlığını öyrənin

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməy

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

turlar.az

sonxeber.az gelinlikler gözəllik məhsulları yay geyimləri 2024 agil haqqinda atalar sözləri donlar 2024 saç tökülməsi oxatan burcu kosmetika lakonizim bedii edebiyyat ekizler səməd vurğun ana haqqinda bayati