Fikrət Əmirovun 'Dağlar qızı Reyhan' mahnısını kim dəyişdi?

Fikrət Əmirovun 'Dağlar qızı Reyhan' mahnısını kim dəyişdi?Görkəmli bəstəkarın məşhur mahnısı yeni tərzdə...
Bəstəkar-müğənni SİVVA və bəstəkar-aranjemançı Camal Qurbanov hər kəsin tanıdığı " Dağlar qızı Reyhan" mahnısını öz dinləcilərinə fərqli improvizasiyada təqdim ediblər. Sivva mahnıda muğam oxumağı ilə diqqət çəkib: Atam Məmməd Ağasıyev tarzən idi. Evdə həmişə muğamları dinləmişəm.
Oxu tərzimdə şaman-mantra boğazları da var və düşünürəm maraqlı alınıb. Aranjemanda isə afro-etno elementləri əziz və istedadlı dostum Camal Qurbanov etdi. Ona təşəkkür edirəm.
Yeri gəlmişkən layihənin musiqi prodüseri Camal Qurbanov mahnıya yeni nəfəs verdiklərini düşünür: "Dağlar qızı Reyhan" mahnısını ilk dəfə dahi Rəşid Behbudov oxuyub. Sonradan Zeynəb Xanlarovanın ifasında məşhurlaşıb. Müasir ifaçılardan da çoxları mahnını ifa edib. Xalq arasında çox sevilir. Ona görə də düşündük ki, mahnıya fərqli münasibət göstərək və dinləyicilərə özümüzə məxsus dəstixətlə çatdıraq. Ona xələl gətirməmişik. Ümumiyyətlə missiyamız dinləyicilərə xalq və bəstəkar mahnılarını müasir, həm də yeni formada çatdırmaqdır. Bu üslubda mahnıların davamı olacaq və albom şəklində təqdim ediləcək. Həmçinin konsert proqramı nəzərdə tutulub. Camal Qurbanov Sivva ilə iş birliyinin maraqlı olduğunu bildirib: Sivva etnik, klassik və modern ifaları ilə seçilən sənətçilərdəndir. Bu, mənə bizim ortaq layihələrimizin yaranmasına stimul verir. 
Onu da qeyd edək ki, "Dağlar qızı Reyhan" mahnısına klip də çəkilib. Kənd həyatının əks olunduğu ekran işində öz geyim tərzi ilə Sivva əsl dağlar qızı obrazını yaratmağa nail olub. / azxeber.com

Şou Biznes     Baxılıb: 735   Tarix: 15 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Aktrisa qızını paylaşıb üzünü gizlətdi - FOTO

Ötən ilin iyununda ailə quran gözəl aktrisa Eda Ece və basketbolçu Buğrahan Tuncer valideyn olduqdan sonra ilk dəfə qızları ilə foto paylaşıblar. xəbər verir ki, cütlüyün ötən ay qızı dünyaya gəlib. Aktrisa qızına Mina İpe

.

Genco Ecer Aygünə sevgisini duetlə bildirdi - "Divaların divasısan

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə olan layihəsini təqdim edib. . AZXEBER/COM xəbər verir ki, "Maşallah" adlı mahnı DMC musiqi şirkəti imzası ilə dijital platformalarda yer alıb

.

Həbsə girən adamdan ulduz olmaz' dediyi Bayhanla barışdı

Bir vaxtlar Popstar mahnı yarışmasında məşhur olan Bayhan Gürhan uzun müddət idi ki, ekranlarda görünmürdü. xəbər verir ki, 4-cü Beynəlxalq Zirvə Mükafatları mərasimində jurnalistlərin suallarını cavablandırıb. Bayhan, "Deni

.

Kızılcık Şerbeti'nin aktyoru azərbaycanlı imiş

"Kızılcık Şerbeti" serialında Fatih obrazını canlandıran aktyor Doğulan Güngör qatıldığı verilişdə özü ilə bağlı məlumat verərkən hər kəsi təəccübləndirib. xəbər verir ki, o, atasının azərbaycanlı olduğunu deyib

.

Evlilik tarixi bəlli oldu

Aktyor Tolqa Sarıtaş evlilik hazırlıqlarına başlayıb. xəbər verir ki, aktyor pərəstişkarlarına şad xəbəri verərək iyunda nikah masasına oturacağını açıqlayıb. Gəlinlik və bəy kostyumunu gələcək həyat yoldaşı Zeynep Mayruku

.

Hadisə 3 reklamdan 30 milyon qazanacaq

Müğənni Hadise konsert qiymətində dəyişiklik edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni qiymətlərini artırıb. Bildirilib ki, sənətçi artıq bir gecədə 3 milyon lirə (təxminən 158 00 manat) qazanır. Qeyd edə

.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. -a istinadən xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jaləni

.

"Avroviziya-2024"ün ikinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib. xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər

.

Sevil Əliyevanın mahnısına yeni nəfəs verdi - KLİP

"Qaya"  Dövlət Ansamblının bədii rəhbəri, istesadlı saksafon ifaçısı Fərid Mailov çoxdan gözlənilən layihəsini dinləyicilərə təqdim edib. xəbər verir ki, istedadlı musiqiçi bəstəsi Sevil xanım Əliyevaya məxsus ola

turlar.az

sonxeber.az donlar 2024 geyim necə seçməli qis geyimləri 2024 sifahi xalq edebiyyati pnevmoniya xesteliyi doğuş sonrası seks şirniyyat ve tortlar kosmetika məsəllər aybawi ağır itki hakışta narin faydasi