Fikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

Xalq şairi Fikrət Qocanın oğlu 54 yaşlı Yalçın Qocayevin qətli ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Xanim.az xəbər verir ki, lent.az hadisənin baş verdiyi ofisdə olub və dəhşətli cinayətin bəzi təfərrüatlarını öyrənib.

Məlum olub ki, Y.Qocayev martın 11-nə keçən gecə dostları ilə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu ərazisindəki şöbəsinin inzibati binasında yeyib-içib. Gecə saat 02 radələrində onlar arasında dava düşüb. Bu zaman Sabirabad sakini olan Elnur Nəhmədov Yalçın Qocayevi döyüb, Sumqayıt sakini Ruslan Məmmədov isə onun başına butulka ilə zərbə endirib. Zərbənin təsirindən güclü qanaxma başlayıb. Onlar qanxmanın qarşısını almağa çalışıblar, lakin artıq gec olub.

İlkin məlumatda da həmin şəxslər Yalçın Qocayevin yıxılaraq xəsarət aldığını deyiblər. Lakin sonrakı araşdırmalar nəticəsində şairin oğlunun qəsdən öldürüldüyü məlum olub.

Qonşuluqda yaşayan şəxslər bildiriblər ki, həmin ofisdə tez-tez içki məclisləri təşkil edilirmiş. Ofisdəki çoxsaylı araq butulkaları, kartlar və digər əşyalar da həmin məkanda məclislərin təşkil edildiyini göstərir. Hadisə vaxtı masanın üstündəki araq şüşəsi və digər qidalar, həmçinin qanlı dəsmal hələ də yerində idi.

Bildirilir ki, Y.Qocayevin evi həmin ofisə yaxınlıqda yerləşir və tez-tez bura gəlib-gedir, gecələr kart oynayırlarmış. Onun qeyri-sağlam həyat tərzi keçirən bəzi insanlarla münasibətinin olması atası, xalq şairi Fikrət Qoca ilə münasibətlərinin korlanmasına da səbəb olub.

Yalçın Qocayevin oğlu sayt əməkdaşı ilə söhbətində atasının öldürülməsinə inanmadığını, hər şeyin istintaq nəticəsində məlum olacağını deyib: "Fikrət Qoca necə deyirsə, elədir. Hər şey məhkəmədə üzə çıxacaq".

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:
Fikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTOFikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTOFikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTOFikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTOFikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTOFikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTOFikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTOFikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTOFikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

Xəbərlər     Baxılıb: 3519   Tarix: 14 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bunu edin, 15 saniyəyə ürəyinizin sağlamlığını öyrənin

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməy

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

turlar.az

sonxeber.az gelinlikler gözəllik məhsulları yay geyimləri 2024 agil haqqinda atalar sözləri donlar 2024 saç tökülməsi oxatan burcu kosmetika lakonizim bedii edebiyyat ekizler səməd vurğun ana haqqinda bayati