Göz üçün faydalı olan qidalar

Göz üçün faydalı olan qidalarGündəlik olaraq həyatımızın bir hissəsinə çevrilən telefon, planşet və kompüterdən olduqca çox istifadə edirik. Bu da ən əsası gözlər üçün təhlükə yaradır və onun görmə qabiliyyətinin zəifləməsinə aparıb çıxarır. Mütəxəssislər faydalı qidalanmanın gözlər üçün xeyirli olduğunu deyirlər.
Təbii üsulla göz zəifliyinin aradan qaldırılması üçün ən yaxşı vasitə balıq yağı, A və B vitaminləri, Omeqa-3 və Omeqa -6 ilə zəngindir. Balıq yağı bəzi göz xəstəliklərinin yaranmasının da qarşısını alır.
Milli.Az xəbər verir ki, həkim-oftalmoloq Aygün Rəhimzadə deyib: "Qidaların tərkibinə daxil olan A, E, S vitaminləri və Omeqa-3 görmə üçün çox vacibdir. Kök beta-karotinlə zəngin olduğuna görə çox faydalıdır. Tərkibində A vitamini olan qidaların hamısı torlu qişanın funksiyasına dəstək olur. Həmin vitamin yerkökündə, narıncı-sarı rəngli bir çox qida maddələrinin tərkibində var, göz büllurunun bulanmasının və katarakta xəstəliyinin qarşısını alan başlıca vasitələrdən biri S vitaminidir".
Tərkibində E vitamini və maqnezium mineralı olan badam, fındıq, qoz, fıstıq kimi digər çərəz və toxumlar da göz üçün faydalı hesab olunur. Mütəmadi olaraq E vitamini qəbul etməklə bulanıq görməyə səbəb olan katarakta və yaşla əlaqədar xəstəliklərin qarşısını almaq da mümkündür. Maqnezium mineralı gözdə əzələ və damarların normal fəaliyyətini təmin edir. Maqnezium çatışmazlığı isə göz təzyiqinin artmasına səbəb olur. "Bütün qidaların başlıca əks təsiri göz quruluğu sindromu yaratmasıdır. Həmin sindromdan əziyyət çəkən xəstələr yanma, batma, sulanma, qızartı, qaşıntı kimi şikayətlərlə müraciət edirlər. Bunun qarşısını almaq üçün çoxlu su içmək lazımdır. Orqanizmdə su qəbulu kifayət qədər olanda göz quruluğunun qarşısını almaq olar. Göz qapaqlarının dəri ilə sıx əlaqəsi var. Göz qapaqlarına tez-tez nəm islatmalar qoymaq da göz quruluğunun qarşısını alır",- deyə həkim-oftalmoloq bildirib.
Kahı, yaşıl kələm və ispanaq kimi tərəvəzlər də göz üçün faydalı qidalardır. Həmin antioksidantlar gözləri Günəş şüalarının zərərli təsirindən qoruyur. A vitamini ilə zəngin olan yumurta sarısı da göz üçün faydalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1067   Tarix: 22 mart 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

79 illik araşdırmanın nəticələri açıqlandı:Kişilərdə cinsi orqanın ölçüsü artıb, amma

Kişi cinsiyyət orqanının ölçüləri ilə bağlı 79 illik tədqiqatın nəticələri dərc edilib.   -a istinadən xəbər verir ki, kişilərin cinsiyyət üzvünün uzunluğunun artdığı müəyyən edilib. Ancaq bu, alimlərin narahatlığına səbə

.

Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar

İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır. . -a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Kivini qabığı ilə yeyin: Daha FAYDALIDIR

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Döymələr bir çox insanın ayrılmaz hissəsinə çevrilib və müasir cəmiyyətin reallıqları hətta işəgötürənləri də bununla bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bəs yayda döymə etdirməyə dəyərmi?.   -a istinadən xəbə

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

turlar.az

sonxeber.az yaz geyimleri 2024 geyim seçimi makiyaj instagram nagillar uşaqlar və tərbiyə qonaq otagi dizayni əkizlər bürcü kosmetika hakistalar paxlava sirin qogal dolça qız bürcü