Göz xəstəlikləri üçün faydalı olan QİDALAR

Göz xəstəlikləri üçün faydalı olan QİDALARGözlərin sağlamlığını qorumaq üçün düzgün və balanslı qidalanma mühüm rol oynayır. Bir sıra vitaminlərlə zəngin qidaları mütəmadi istehlak etməklə göz xəstəliklərinin inkişaf riskini azaltmaq mümkündür. Bulanıq görməyə səbəb olan katarakt, yaşla bağlı makulodistrofiya (YBMD), qlaukoma, quru göz sindromu, hemeralopiya və ya el arasında "toyuq korluğu" kimi xəstəliklərə qarşı yüksək vitamin dəyəri olan qidaların istehlakı olduqca faydalıdır.
Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, gözlərin sağlamlığı üçün lutein, zeaksantin, A, C, D, E və B qrupu vitaminləri, sink, beta-karotin, Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngin qidalara üstünlük vermək lazımdır. Qeyd edək ki, çoxsaylı tədqiqatlar nəticəsində lutein və zeaksantinin göz sağlamlığı üçün zəruri komponentlər olduğu müəyyən edilib. Bu komponentlər, xüsusən də yaşla bağlı makulodistrofiya (YBMD) və katarakt riskinin azalmasında mühüm rol oynayır.
Omega-3 yağ turşusu gözlərin sağlamlığı üçün çox vacibdir. Kətan toxumu, qoz, badam, soya və yaşılyarpaqlı tərəvəzlər, şalğam turpu  (kolza) toxumunda və qarağat yağı Omeqa-3 yağ turşusu ilə olduqca zəngindir. Qeyd edək ki, ana südü də təbii Omeqa-3 mənbəyidir. Eykozapentaen (EPA) və dokozaheksaen (DHA) yağ turşularına isə qızıl balıq, skumbriya, siyənək, tuna balığı, sardina kimi yağlı balıqlarda rast gəlinir. Ümumiyyətlə, həftənin bir neçə günü qida rasionuna balıq məhsullarını daxil etmək istər sağlam həyat tərzinin davamlılığı üçün, istərsə də bir çox xəstəliklərə qarşı mübarizədə çox vacibdir.  Belə ki, qızıl balıq və digər balıq növləri Omeqa-3, Omeqa-6 yağ turşuları və D vitamini ilə zəngindir. Omeqa-3 yağ turşusu görmə qabiliyyətini yaxşılaşdırır, gözün arxasında yerləşən torlu qişanı və hüceyrə membranını qoruyur. D vitamini isə göz əzələlərinin normal fəaliyyəti üçün çox vacibdir. D vitamininin çatışmazlığı zamanı gözlər tez yorulur, axşamlar yaxın görmə pisləşir. Orta yaşlı sağlam insanlar həftədə 2-3 gün yağlı balıq istehlak etməklə gün ərzində 0.5-1 qr Omeqa-3 qəbul edə bilərlər. Omeqa-3 tələbatını gündə əlavə 1000 mq balıq yağından da  almaq mümkündür. Qeyd edək ki, araşdırmalara görə, balıq yağı quru göz sindromunun müalicəsində olduqca faydalıdır. Xüsusən də eykozapentaen (EPA) və dokozaheksaen (DHA) yağ turşuları tərkibli Omeqa-3 balıq yağına üstünlük verilməlidir.
Süd və süd məhsulları da göz sağlamlığı üçün zəruri və olduqca xeyirli qidalardandır. Bu məhsulların tərkibi A vitamini, kalsium və sink mineralı ilə zəngindir. A vitamini buynuz qişanı qoruyur, sink mineralı isə bu vitaminin qaraciyərdən gözlərə daşınmasına kömək edir. Sink gözdə kataraktın yaranmasının qarşısını almaqla yanaşı, gecə görməyə də kömək edir. Kalsium isə göz almasının xarici qişasını möhkəmləndirir. Kalsiumun çatışmazlığı görmənin pisləşməsinə səbəb olur. Xüsusilə də bu, özünü yeniyetməlik dövründə büruzə verir.
Tərkibində E vitamini və maqnezium mineralı ehtiva edən badam, digər çərəz və toxumlar da göz üçün çox faydalı hesab olunur. Avokado, moruq, fındıq, günəbaxan toxumu, qoz, fıstıq, soya, küncüt və digər qidalar da E vitamini ilə zəngindir. Mütəmadi olaraq E vitamini qəbul etməklə katarakt və yaşla bağlı makulodistrofiya xəstəliyinin qarşısını almaq mümkündür. Maqnezium mineralı gözdə əzələ və damarların normal fəaliyyətini təmin edir. Maqnezium çatışmazlığı isə göz təzyiqinin artmasına səbəb olur.
Yumurta sarısında da göz sağlamlığı üçün vacib olan A vitamini, lutein, zeaksantin və sink var. Lutein və zeaksantin yaşla bağlı makulodistrofiya və katarakt kimi ciddi göz xəstəliklərinin yaranma ehtimalını azaldır. Həmçinin tərkibindəki sink gözün arxasında yerləşən torlu qişanı qoruyur. Yerkökü də A vitamini və beta-karotin ilə zəngindir. Həmçinin yerkökünün tərkibindəki rodopsin zülalı gözün torlu qişasının işığı udmasına kömək edir. A vitamini və beta-karotin göz səthini qoruyur, eyni zamanda göz infeksiyaları və digər ciddi göz xəstəliklərinin yaranmasının qarşısını alır. A vitamininin çatışmazlığı insanda "toyuq korluğu" kimi göz xəstəliyinin inkişafına zəmin yarada bilir. Kahı, yaşıl kələm və ispanaq  kimi tərəvəzlər lutein və zeaksantin antioksidantları ilə zəngindir. Bu antioksidantlar gözləri günəş şüalarının zərərli təsirlərindən qoruyur, həmçinin katarakt və yaşla bağlı makulodistrofiya (YBMD) riskini azaldır. Lutein və zeaksantin orqanizmdə sintez olunmur. Ona görə də yaşılyarpaqlı tərəvəzlərdən bol istifadə etmək vacibdir. Qırmızı bibər də lutein miqdarı yüksək olan tərəvəzlərdəndir.
Qreypfrut, portağal və limon kimi sitrus meyvələrində mövcud olan C vitamini də gözlərin sağlamlığı üçün mühüm rol oynayır. Belə ki, C vitamini göz əzələlərinin tonusunu saxlayır və damarları möhkəmləndirir. C vitamininin çatışmazlığı isə gözlərdə yorğunluğa və qansızmalara səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1325   Tarix: 17 aprel 2021
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Dönər alarkən bunlara diqqət etmək lazımdır

Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:. -Qida təhlükəsizliy

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

79 illik araşdırmanın nəticələri açıqlandı:Kişilərdə cinsi orqanın ölçüsü artıb, amma

Kişi cinsiyyət orqanının ölçüləri ilə bağlı 79 illik tədqiqatın nəticələri dərc edilib.   -a istinadən xəbər verir ki, kişilərin cinsiyyət üzvünün uzunluğunun artdığı müəyyən edilib. Ancaq bu, alimlərin narahatlığına səbə

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

.

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olara

.

Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar

İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır. . -a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər

turlar.az

sonxeber.az qis geyimləri 2024 sade makiyaj sekilleri aksessuarlar qadın sağlamlıq pəhriz aşıq qis salatlari kosmetika sevda novruz bayramina aid qizlar üzeyir hacıbəyli ana haqqinda bayati