"Gözəllik inyeksiyaları

"Gözəllik inyeksiyaları" (botoks və s.) köməyilə alında və qaşların arasındakı mimiki qırışları, burun-ağız ətrafındakı və gözlərin yanındakı qırışları aradan qaldırmaq olar.
Mimiki qırışlar ona görə əmələ gəlir ki, üzümüz daima "hərəkət edir" - biz gözümüzü qıyırıq, gülürük, gülümsəyirik və s. Metodun mənası ondan ibarətdir ki, dəri altına bəzi üz əzələlərini hərəkətsiz edən xüsusi preparatlar yeridilir. Nəticədə dəri hamarlaşır. Qırışlar dərhal deyil, bir neçə gün ərzində yox olur. Preparatın təsiri 5-6 ay davam edir. Preparatlar mimiki qırışlara nazik iynələrlə yeridilir. Hər bir sahəyə 10-15 iynə vurmaq lazımdır. İşlənəcək sahəni ağrısızlaşdırmaq üçün onun üzərinə əvvəlcə ya sərinləşdirici paket qoyulur və ya keyləşdirici krem vurulur.
"Gözəllik inyeksiyalarını" plastik cərrah və ya artıq bu sahədə xeyli təcrübəsi olan həkim-kosmetoloq etməlidir. Qeyri-professionalların əlində bu inyeksiyalar təhlükəlidir, belə ki, texniki cəhətdən düzgün yerinə yetirilməyən inyeksiya nəticəsində üzün əyilməsi, göz qapaqlarının sallanması baş verə bilər.
Proseduradan dərhal sonra işlərinizlə məşğul ola bilərsiniz. Proseduradan sonra 4 saat ərzində uzanmaq olmaz. 3 gün ərzində günəş vannası və antibiotik də qəbul etmək olmaz.
"Gözəllik inyeksiyalarından" sonra üz dərisinə qulluq edilməsi adi yolla aparıla bilər. Bu zaman yalnız üzün masajı zamanı tərpənməz əzələlər sahəsinə təzyiq etmək olmaz. Əgər effekti uzun müddət saxlamaq istəyirsinizsə, onda istənilən qızdırıcı proseduradan - hamam, sauna, üzün buxara verilməsi və s. imtina edin. Bunlar qan dövranını gücləndirdiyi üçün, nəticədə preparatın daha tez sorularaq orqanizmdən xaric olmasına səbəb olur.
Sonralar isə, botoks və ya digər preparat orqanizmdən xaric olduqca mimika da qayıdacaqdır. Amma botoks təsiri zamanı insan gözlərini qıymağı, üzünü turşutmağı tərgitmiş olur ki, bu da üz dərisinin vəziyyətinə müsbət təsir edəcəkdir. Yarım il və ya 8 aydan sonra "gözəllik inyeksiyaları" prosedurasını təkrar etmək olar
İnyeksiyanı yüksək hərarət olduqda, kəskin iltihabı proseslərdə, əzələ distoniyasında, hamiləlik zamanı, allergiyalı insanlara, həmçinin əvvəllər botulizm xəstəliyinə tutulmuş adamlara etmək olmaz.
Mimiki qırışlarla mübarizə aparan preparatlardan başqa, hal-hazırda üz dairəsini bərpa edən, dərinin elastikliyi və həcmini qaytaran, təkcə mimiki deyil, qocalıq qırışlarını da aradan qaldıran preparatlar hazırlanmışdır. Bu preparatları dəri "doldurucuları" adlandırırlar. Doldurucu qismində kollagen, gialuron turşusu əsasında hazırlanmış preparatlardan, insanın öz piyi istifadə oluna bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 918   Tarix: 06 sentyabr 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı

Alimlər ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlayıblar.   -a istinadən xəbər verir ki, hazırda bu sensor ABŞ-da və İsrailin böyük müəssisələrindən birində sınaqdan keçirilir. Mütəxəssislər ət parçasını

.

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik?

"Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olur". -a istinadən bildirir ki, bu barədə Rusiyanı

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

turlar.az

sonxeber.az sade makiyaj sekilleri gözəllik məhsulları kosmetik vasiteler seks haqqinda dırnaqlara qulluq kesmikli blincik i̇mtahana hazırlıq kosmetika sperma sağlamlığın sirleri novruz bayrami hakisda əqrəb oğlan evine aid hakisda