Hamilələr vaksin olunsun, ya olunmasın? - Tanınmış ginekoloqlardan vacib AÇIQLAMA

Hamilələr vaksin olunsun, ya olunmasın? - Tanınmış ginekoloqlardan vacib AÇIQLAMAHamilələr vaksin olunsun, ya olunmasın? -  Tanınmış ginekoloqlardan vacib AÇIQLAMA
Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı hamilə qadınları da peyvəndləmə proqramına daxil edib. Belə ki, artıq hamilə qadınlar peyvənd oluna bilərlər. Amma hamilə qadınlar bir qədər tərəddüd edir və yaxud həyati təhlükə yaranar deyə qorxurlar.
Peyvəndləmədən sonra hamilə qadınlar üçün hansı təhlükə yarana bilər və yaxud, risklər varmı?
Məsələ ilə bağlı Tibb Universitetinin Tədris Cərrahiyə klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov Bakupost.az -a bildirib ki, kovid əleyhinə mübarizə ilk olaraq peyvəndləmədən başlayır. Hazırlanan peyvəndlər iki şəkildə olur:
"Bir virusun yarı canlı şəkildə, məsələn "Pfizer" istifadə etdiyimiz peyvəndlər, bir də aktiv olmayan Çin məhsulu olan "Sinovac"dır. Bunların əsas məqsədi, bədəndə yaranan antitellərlə virus əleyhinə mübarizəni gücləndirməkdir. Antitellər bədəndə peyvənddən sonra, bir də xəstəlikdən sonra yarana bilər. Amma bilirsiniz ki, hamiləliyin özünün bədənə gətirdiyi bir neçə gərginliyi və ağırlığı var. Fizioloji olaraq bədən stressin içinə girmiş olur. Bütün orqanlar normadan artıq fəaliyyətə başlayır. Bununla bərabər bir də kovidin yüklənməsi və xəstəliyin aktivləşməsi ilə hamilələrdə böyük fəsadlara təngənəfəsliyə və ağciyər zədələnmələrinə gətirib çıxardır.
Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı bu peyvəndlənmə proqramına hamilələri də daxil edib. Buna bənzər peyvəndlənmə proqramları daha əvvəlki illərdə virus xəstəlikləri əleyhinə bu kimi peyvəndlər hazırlanıb.
Təcrübələr də göstərib ki, bu kimi peyvəndlərin hamiləliyə heç bir mənfi təsiri yoxdur.
Elmi məlumatlara əsaslanaraq deyə bilərik ki, kovid əleyhinə olan peyvəndlər də hamilələrə vurularsa heç bir zərəri olmaz. Çünki istər yarı-aktiv olan "Pfizer", istərsə də Çin məhsulu olan peyvəndlər daha əvvəlki təcrübələrdə göstərib ki, hamiləyə birinci, ikinci, üçüncü trimesterlərdə heç bir zərər verməyib. Tam tərsinə, normal bir insan kovidə yoluxarsa, onu xəstəxanaya yerləşdirmək, tənəffüs cihazına bağlamaq və başqa müalicələr aparmaq daha asandır nəyinki hamiləyə. Hamiləni tənəffüs sisteminə bağlamaq, verilən dərmanlar uşağa əks göstərişi ola bilər, ona görə də çox təəssüf ki, müalicələr kompleks şəkildə aparıla bilmir. Hamiləlikdən əvvəl peyvəndin olunması və antitellər əmələ gəldikdən sonra hamilə qalmaq ən uyğunudur.
Hamiləlik dönəmində bu peyvəndlərin heç bir əks göstərişi də yoxdur. Bütün pasiyentlərimizə də peyvəndlənmə proqramına daxil olmalarını məsləhət görürük.
Azərbaycanda insanların aktiv, qeyri-aktiv peyvəndlər pfizer və sinovacın içində hansını seçə bilərik mövzusuna toxunsaq, "Sinovac" daha az fəsadlı ola bilər. Çünki aktiv olmayan bir kompanent tərkibindədir və hamiləyə daha az zərərlidir. Onun allergik reaksiyaları və başqa bir verdiyi fəsadlar daha azdır, nəinki "Pfizer" istehsalı olan.
Əks göstərişlərinin içində isə əlbəttə ki, hamilə olmayanlara da aid olan əks göstərişlərdir. Ya qrip xəstəliyi, ya qızdırmanın olması, ya allergik reaksiyadır və ona bənzər əks göstərişlərin hamısı hamilələr üçün də keçərlidir. Lakin hamilələr peyvənd olunandan sonra, ortalama olaraq 1-2 saat peyvənd vurulan tibb məntəqəsində nəzarətdə qalmalıdırlar ki, əgər alllergik reaksiya verərsə şok əleyhinə tədbirlər görülsün.
Çünki şok həyati təhlükə yarada bilən bir problemdir. Südverən analar da peyvənd oluna bilərlər. Olunan peyvəndlərin nəticəsində yaranan antitellər araşdırmalarda südə, südlə də uşağa keçir. Uşağı da dolayı yolla kovid əleyhinə bir qoruma təmin edir. Ona görə peyvəndləmə proqramına həm hamilələr, həm də süd verən analar da peyvənd oluna bilər. Lakin çox yaxşı olardı ki, xanım hamilə qalmamışdan əvvəl iki doza peyvəndləmədən sonra hamilə qalsalar daha uyğun olar. Peynənd olunduqdan sonra əgər heç bir reaksiya yoxdursa, bir həftə, 10 gün sonra hamiləlik planlamasına keçə bilərlər".
Ginekoloq (Qadın xəstəlikləri və doğuş uzmanı) dr. Rəşad Sultan da bildirib ki, vaksinasiyadan yox, xəstəlikdən qorxmaq lazımdır:
"Biz artıq gördük ki, hamilələr də koronavirusa yoluxmağa başlayır. Demək olar ki, təqib etdiyimiz bütün hamilələr virusa yoluxdu. Biz də, xəstələrimiz də narahat olduq.
Düzdür qrip virusu, koronavirus dölə keçmir, döldə problem yaratmır. Amma bizim obyektivimiz təkcə döl deyil, anaya görə narahat oluruq. Hamiləlikdə immunitet azaldığına görə, bəzi xəstəliklər daha ağır keçdiyinə görə narahat oluruq. Ona görə də vaksinasiyadan yox, birinci xəstələnməkdən qorxmaq lazımdır.
Hamilələr isə mütləq yüz qat qorunmalıdır. Qorunmaq üçün də əlimizdəki spesifik və effektiv metod vaksindir. İndi bəzi canlı virus vaksinalarını hamiləlikdə məsləhət görmürlər ki, milyonda bir xəstəlik törətmə ehtimalı var. Amma bilirik ki, koronavirus vaksini canlı vaksinə deyil. O ya zülal, ya da RnT fraqmentidir.
Ona görə də bu vaksinin hamilələrdə problem və ya infeksiya yaratmaq ehtimalı yoxdur. Dölə də canlı virus özü keçmir. Beləliklə vaksinin nə anaya, nə uşağa heç bir ziyanı yoxdur. Bütün hamilə qalmağa hazırlaşan qadınlara vaksin olmağı məsləhət görürük.
Vaksinin nə yan təsiri var?
Istər hamilə olsun, istər olmasın vaksinin ancaq allergik və pirogen reaksiya. Yəni yad cisimdir, yabancı zülaldır. Məhz buna görə vurulur. Əgər bədəndə reaksiya törətmiyəcəksə, immunitet də yaratmaz. Yəni immunitet yaratsın , reaksiya törətsin deyə vurulur. Bəzən reaksiya biraz aşırı olur. Kiminin qızdırması qalxır, kimi biraz halsız olur. Bundan qorxmaq lazım deyil.
Bu birinci və axırıncı vaksinasiya deyil ki, anadan doğulandan vaksin oluna-oluna gəlirik. Bir qolumuzda çiçək, o birində vərəm vaksini, dilimizə damızdırılan poliomielit vaksini, daha sonar yeni çıxan hepatit vaksinləri. Yəni əhali elə danışır ki, sanki birinci dəfədir vaksin olunub".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 970   Tarix: 28 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ürəyə zərərli olan arıqlama əlavələri

Arıqlamaq üçün nəzərdə tutulmuş əlavələr qida boşluqlarını doldurmaq və sağlamlığı qorumaq üçün məşhurdur, lakin onlardan bəziləri təhlükəli ola bilər.   -a istinadən xəbər verir ki, kofein əsaslı arıqlama məhsulları, efedri

.

Qəzəb sağlamlığa necə təsir edir?

Qəzəb, bir çox mənfi duyğular kimi, sağlamlığımıza təkcə emosional deyil, həm də fiziki təsir göstərir. .   -a istinadən xəbər verir ki, Nyu-York şəhərində 280 sağlam könüllü üzərində aparılan araşdırma nəticəsində məlu

.

"Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur" – HƏKİM SƏBƏBİ AÇIQLADI

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. . Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?. xəbər verir ki

.

Beyninə çip yerləşdirilmiş ilk pasiyentin son vəziyyəti açıqlandı

İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəstə 29 yaşlı iflic olan Noland Arbo olub. Çip implantasiya edildikdən 10

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

.

Niyə oyandıqdan dərhal sonra qalxmaq lazımdır?

Bir çox insan səhər oyananda çarpayıda uzanmağa davam edir.   -a istinadən xəbər verir ki, bu yanaşma yalnışdır. Fakt budur ki, oyanan insan uzun müddət yataqda qalsa, onun "yuxudan çıxması" daha çətin olacaq. Başq

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

turlar.az

sonxeber.az aksessuarlar qadin sayti reseptler dekorasiya uşaq və təhsil soda maskasi pol breqq kosmetika atalar sözü sevda birlik aysel maya maskasi