Hamilələrin ən böyük qorxusu: "Ərim mənə xəyanət edir"

Hamilələrin ən böyük qorxusu: "Ərim mənə xəyanət edir"Hamilə qadınların bir çoxu daim həyat yoldaşlarından şübhələnir, ərlərinin onlara xəyanət etdiklərini düşünürlər. Əllərində dəlil olsa da, olmasa da, daim aldadılacaqlarına dair qorxu, qayğı və narahatlıq keçirirlər. Türkiyəli psixoterapevt Rıdvan Üney deyir ki, bəzi qadınlar bu qorxusunda həqiqətən haqlı ola bilər. Bunlar keçmişdə həyat yoldaşı, yaxud tərəf müqabili tərəfindən aldadılan və bu mövzuda problem yaşayan qadınlardır. Ona görə də həyat yoldaşına etibarı sarsılıb. Ancaq daha əvvəl belə bir problem yaşamayan, dəqiq məlumatlar olmadığı halda ərindən şübhələnən qadınlar da var.
Psixoterapevtin həyat yoldaşından şübhələnən hamilə qadınlar haqda fikirlərini təqdim edirik.

R. Üney hamiləlik dövründə qadınların aldadılmaq qorxusunun riskli olduğunu deyir. Bunun isə həqiqətən də bir sıra səbəbləri var: "Uzun müddət davamlı olaraq cinsi əlaqədən uzaq qalmaq qadında fiziki dəyişikliklər (çəki artımı, şiş), gərginlik, yorğunluq və əsəbi hal, dünyaya gələcək körpəyə baxa bilməmək qorxusu aldadılmaq şübhələrini təmin edir. Qadın bunların öhdəsindən gəlməyə çalışır, ancaq mövcud olan məlumatlar vəziyyətin heç də asan olmayacağı istiqamətində nəticələr çıxarmasına səbəb olur".

Kişilər hamiləlikdə aldadarmı?

Aparılan araşdırmalar sübut edib ki, hamiləlik müddətində aldatma halları digər zamanlara nisbətən daha çox olur. Lakin mütəxəssis bu vəziyyətin səbəblərini nəzərdən keçirməyin lazım olduğunu vurğulayır: "Pis gedən evliliyi qurtarmaq üçün hamilə qalmaq problemləri azaltmaq əvəzinə daha da ağırlaşdıracaq. Eyni zamanda, evliliyin pis getməsi ilə yanaşı kişinin aldatmaları da varsa, iş daha da çətinləşir. Qadın və kişinin bir-birini tam olaraq tanımadan yaranan hamiləliklər daha bir riskdir. Bir uşaq dünyaya gətirmək qadın üçün də, kişi üçün də böyük məsuliyyətdir. Bu səbəbdən də qarşısındakının bu məsuliyyəti öz üzərinə götürüb-götürməyəcəyini qiymətləndirmək lazımdır".

Hamiləlikdə cinsəllik mövzusunda məlumat sahibi olmamaq, yeni cinsi təcrübələrə açıq olmamaq, hamiləlikdə istifadə edilən cinsi əlaqə mövqeləri haqqında danışmamaq da problemlər arasındadır: "Hamiləliklə birlikdə prioritetlərin dəyişməsi, yeni dövrə uyğunlaşmaq, əsas sevgi və diqqətin doğulacaq körpəyə istiqamətlənməsi cütlüklərin bir-birlərinə olan marağının azalmasına səbəb olur. Bu da artıq maraq mərkəzi olmamaq qorxusu yaradır".

Şübhəsiz ki, cinsi əlaqə insan üçün əhəmiyyətlidir. Ancaq hamiləlikdən əvvəl uyğun olmayan və doyum təmin etməyən cinsi həyat hamiləlik vaxtı daha böyük problem halına gəlir. Eyni zamanda, hamiləliklə əlaqədar cinsi məlumatın məhdud olması, doğru olmayan inanclar problemləri daha da böyüdür: "Mütəxəssislər hamiləliyin cinsi əlaqəyə müsbət və ya mənfi qatqısı olmadığını deyirlər. Nizamlı şəkildə doğuş müayinələri etdirən qadınlar hamiləliyin son ayına qədər rahatlıqla cinsi həyatlarını yaşayırlar. Həmçinin cinsi həyat haqqında daha geniş düşünmək, cinsəlliyin yalnız cinsi birləşmədən ibarət olmadığını və bundan başqa yaşanılacaq məqamların olduğunu bilmək də vəziyyəti asanlaşdırır".

Mütəxəssis deyir ki, hamiləlik zamanı qadında yaranan fiziki dəyişiklik, artıq çəki də bəyənilmə və arzu edilmə ilə bağlı şübhələr, qorxular yarada bilər. Güvən, yaxınlıq, sevgi, eşq, səmimilik kimi duyğular fiziki dəyişiklikləri adi qəbul etdirir. Hamilə olmaq qadının cazibədarlığını dəyişmir. Aparılan araşdırmalar göstərir ki, cazibədarlıq yalnız fiziki görünüşlə bağlı deyil: "Əgər hamiləlikdə aldadılma qorxusu həqiqətdirsə, mənfi hamiləlik dövrü, depressiya, boşanmaya qədər bir çox pis hallar yaşana bilər. Lakin bilirik ki, hamiləlikdə aldadılma qorxusu əksərən həqiqi olmayan narahatlıqlardan ibarətdir. Ancaq bu qorxunun həqiqi olmaması cütlüyün arasında problem meydana gəlməsinə mane olmur. Məsələn, qadın qorxduğu üçün həyat yoldaşının telefonu, kompüteri, pulqabına nəzarət edirsə, həqiqi olmayan qorxular səbəbindən əri ilə mübahisə edirsə, küsəyən olursa və hər vəziyyətdən başqa bir məna çıxarmağa başlayırsa, o zaman vəziyyət kritik bir hal alır. Aldatma olmasa da, depressiya, dava-dalaş və boşanmaya qədər gedən mənfi hallar yaşanır".

Aldadılma qorxusunun öhdəsindən necə gəlmək olar?

Həkim hamiləlikdə hormonal, fiziki, ruhi dəyişikliklər baş verdiyi üçün həqiqətə söykənməyən aldadılma qorxusunun öhdəsindən gəlməyin mümkün olduğunu deyib. Bunun üçün 10 qızıl qayda var. Onlar aşağıdakılardır:

1. Şübhələrinizi və narahatlığınızı şişirtmədən həyat yoldaşınızla paylaşın.
2. Fiziki və cinsəlliklə əlaqədar dəyişikliklərdən necə təsirləndiyinizi ona başa salın.
3. Həyat yoldaşınızla birlikdə bəzi tədbirlər görün.
4. Hamiləlikdə bir hobbi əldə edin.
5. Özünüzə və gözəlliyinizə qulluq etməyə laqeyd yanaşmayın.
6. Hamiləlikdə cinsəllik mövzusunda mütləq qadın həkimindən məlumat alın.
7. Hamiləlik dövründə uyğun idman və fiziki hərəkətlər edin.
8. Həyat yoldaşınızla sevgili olmağa və eşqbazlıq etməyə çalışın.
9. Mütləq gülümsəyin, gülmək insanda müsbət hisslər yaradan hormonların miqdarını artırır.
10. Əgər problem münasibətinizi zədələməyə başlayıbsa, psixiatr və ya psixoloqa müraciət edin.BiG.AZ
Bəyəndim Bəyənmədim

Xəbərlər     Baxılıb: 1616   Tarix: 12 dekabr 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

turlar.az

sonxeber.az gelinlikler qadin sayti hamilelikde qidalanma düzgün qidalanma menstruasiya sizanaqlara qarsi maska cinsi əlaqə kosmetika toyuq salati dostluq gəncə haxista xlor lekesi