Hamiləlik çatları - Yaranma səbəbi və həlli yolları

Hamiləlik çatları - Yaranma səbəbi və həlli yollarıAna namizədlərini rahat bir hamiləlik  keçirib-keçirməyəcəkləri və körpələrinin sağlamlığı təbii olaraq olduqca narahat edir. Hamiləliyin ikinci üç aylığına çatdıqdan sonra bu  narahatlıqlar bir az azalır və kosmetik məsələlər daha çox əhəmiyyət kəsb etməyə başlayır.  Bu məsələlərin ən birincisi də  şübhəsiz ki, hamiləlikdə ortaya çıxan yay mövsümündəki günəş enerjisi və qarın çatlarıdır.  Hamiləlik bəzi dəri dəyişikliklərinə səbəb ola bilər. Bu dəyişikliklərin böyük əksəriyyəti hormonal dəyişikliklər ilə əlaqədardır. Üzdə rəng dəyişiklikləri, ovuc içərisində qızartı və  qaşıntılı dəri səpkilərinə nisbətən daha nadir hallarda rast gəlinir. Demək olar ki, bütün hamilə qadınlarda müşahidə olunan bir dəyişiklik də qarının ortasından keçən qara bir zolağın  ortaya çıxmasıdır. Lakin analığa namizədləri ən çox narahat edən üzdə yaranan hamiləlik ləkələri və qarında yaranan dəri çatlarıdır.
İlk növbədə onu qeyd etmək lazımdır ki, hamiləlikdə gün ərzində 1.5 litrə yaxın su içmək mütləqdir, isti yay günlərində isə bu miqdar daha da artabilər. Dərinin sağlamlığı birbaşa maye və qida qəbulundan asılıdır. Susuzluq- dərinin qurumasına, rəngin dəyişməsinə və xəstəliklərə daha həssas olmasına gətirib çıxardar. Odur ki, hamilə xanımlarımıza məsləhətimiz, qızmar yay günlərində su qəbulunu unutmamalıdırlar. Dəri təmizliyinə diqqət yetirməklə yanaşı günəş qoruyucu kremlərin hər günəşə çıxdığında istifadəsi də vacibdir.
Çimərlikləri və günəşlənməyi sevən hamilə xanımlar isə qoruyucu krem və ya sprey istifadə etməklə səhər saat 10-a qədər və 16-dan sonra 30 dəqiqədən çox olmamaq şərtiylə icazə verilir.
Milli.Az familia.az-a istinadən xəbər verir ki, dəridə meydana çıxan çəhrayı ağ rəngli, yara izinə bənzər dəyişikliklər stria gravidarum və ya hamiləlik çatları adlandırılır. Tipik görünüşü dəridə kiçik və çox dərin olmayan çöküntülər  şəklindədir. Açıq dərili qadınlarda bu çəhrayıya bənzər bir rəngdə ola bilər. Tünd dərililərdə isə ətrafındakı dəri rəngindən olduqca açıq rəngdə, hətta gümüş rəngində görüntüsü olur. Dəridə olan kollagen adı verilən maddənin ayrılmasına görə ortaya çıxırlar. Ağrılı olmur, lakin yüngül qaşınmaya səbəb olur. Həm mexaniki gərilmədən asılı olaraq, həm də hormonal səbəblərlə  ortaya çıxa bilər. Ən çox qarının alt nahiyələrində  görülməklə yanaşı, ombalarda, budlarda, döşlərdə və hətta qollarda belə ortaya çıxa bilər.
Çatların yaranmasında ən mühüm amil genetik amildir. Zənci qadınlarda dəri çatları demək olar ki, müşahidə olunmur. Asiyalılarda daha nadir hallarda rast gəlinir. Ağ dərili qadınların isə təxminən 75-90%-də  müxtəlif nisbətlərdə qarın və ya dəri çatlarına rast gəlinir.Başqa sözlə desək, anası və ya bacılarında hamiləlik çatları olan qadınlar çox böyük ehtimalla belə bir problemlə üzləşəcəklər.
Qarın çatları əsasən son 3-4 ayda yavaş -yavaş ortayaq çıxır. Lakin bəzi vaxtlar son 3-4 həftəyə qədər aşkar olunmayıb, daha sonra ortaya çıxa bilər.
Genetik amildən başqa qarın çatları üçün digər bir risk amili çəkinin  ani və çox sürətlə artmasıdır. Qarnın sürətlə böyüməsi nəticəsində dəri dartılır və elastikliyini itirir,bu da çatların yaranmasına gətirib çıxarır. Bu səbəbdən də çəkinin nəzarətli və ideal sərhədlərdə artması çatların yaranmasının müəyyən qədər qarşısını ala bilir..
Yaranan çatlar təəssüf ki, doğuşdan sonra da itmir. Rəngi dəyişərək gümüşü və ya sədəfəbənzər bir rəng alır. Bəzi qadınları bu vəziyyət narahat etmir və bunu ana olmağın bir işarəsi olaraq qəbul edirlər.  Bəziləri isə çatlardan xilas olmaq istəyir. Bu məqsədlə inkişaf etdirlimiş bir çox cərrahi metod var və bu metodlar plastik cərrahlar tərəfindən həyata keçirilir.
Qarın çatları və  bunların qarşısının alınması təbii ki, kosmetika istehsalçılarının da diqqətini cəlb edir. Bu məqsədlə istehsal edilən bir çox məhsul bazara çıxarılmışdır. Lakin bunların çatların qarşısını alması və yaranan çatları aradan qaldırması  hələ də mübahisəlidir və elmi olaraq effektivliyi sübut olunmuş bir məhsul yoxdur. Bununla yanaşı bu məhsulların  istifadəsinin inkişaf etməkdə olan körpəyə və hamilə qadına mənfi təsiri də yoxdur.
Çatların qarşısının alınmasında ən effektiv  tədbir  dərinin nəmliyini qorumaqdır. Bu da balanslı və sağlam bir qidalanma və kifayət qədər maye qəbulu ilə mümkündür. Hamiləlikdə su qəbulunun əhəmiyyəti çatların qarşısının alınmasında da özünü göstərir.  Balanslı qidalanma ani və həddindən artıq çəki artmasına mane oduğu üçün qarın dərisinin lazım olduğundan artıq dartılmasının qarşısını alır. Bu ani dartılma çatın yaranmasında mühüm rol oynayır.
Duş qəbulu zamanı qarnı yumşaq bir süngər və ya fırça ilə dairəvi şəkildə masaj etməklə də dəridəki qan dövranını sürətləndirərək elastikliyinin qorunmasına kömək etmək olur.
Hamiləliyin ikinci üç aylığından başlayaraq müntəzəm şəkildə dərinin nəmləndirilməsi də görülən digər bir tədbirdir. Bu məqsədlə bazarda satılan kosmetika məhsullarından istifadə oluna bildiyi kimi sadə nəmləndiricilər, uşaq üçün yağlardan və badam yağından da istifadə olunur. Bunların arasında badam yağı xoşagəlməz qoxusuna baxmayaraq ən effektiv variantdır. Bu məhsulların əsas ortaq cəhəti odur ki,dərinin ani dartılmağa qarşı müqavimətini artırır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1001   Tarix: 04 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar

İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır. . -a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

.

Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL

Mütəxəssislər arıqlamağın yeganə yolunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etməlidir. . Karbohidratların səviyyəsini gündə 50 q-dan aşağı saxlamaq lazımdır, lakin zülalları

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

turlar.az

sonxeber.az qaşların formalari yay kolleksiyasi adlarin menasi bagirsaqlari temizlemek ucun zirincin faydasi gözəl xanım ədəbiyyat testləri kosmetika naz mila oxu az novruza aid bürclər qaynanaya aid