Həddən artıq təmiz şəraitdə yaşayan uşaqların immuniteti zəif olur

Həddən artıq təmiz şəraitdə yaşayan uşaqların immuniteti zəif olurTəmizlik və gigiyena uşağın sağlamlığı üçün olduqca vacib olan amillərdir.
Bunu bütün analar bilir. Məhz bu səbəbdən əksər analar evini, uşağa aid olan hər bir şeyi steril saxlamaq üçün əlindən gələni edirlər.
Lakin amerika immunoloqlar və allerqoloqlar alimləri uzunmüddətli araşdırmalar nəticəsində belə bir maraqlı nəticəyə gəldilər - körpəlik dövründən daim bakteriyalar və allergenlərlə təmasda olan uşaqda allergiya, astma, bronxit və s. bu kimi xəstəliklərin  inkişafı ehtimalı daha təmiz şəraitdə yaşayan uşaqla müqayisədə daha azdır.
Amerikalı alimlər fermalarda (bizim dilimizdə desək - kəndlərdə) və şəhərdə təmiz şəraitdə böyüyən uşaqların sağlamlığını müqayisə ediblər. Fermalarda böyüyən və daim müxtəlif bakteriya və allergenlərlə təmasda olan uşaqlarda şəhərdə böyüyən və daim təmiz şəraitdə yaşayan uşaqlarla müqayisədə yuxarıda sadaladığımız xəstəliklər daha az olur və onların immun sistemi də daha möhkəm olur.
Bunun elmdə konkret izahatı var. Körpə uşağın immun sistemi formalaşmamış olur. İmmun sisteminin formalaşması üçün uşağın orqanizmi daim müxtəlif bakteriyar, allergenlər və s. ilə təmasda olmalıdır. Bu uşağın immun sistemini sanki məşq etdirir. Nəticədə uşağın immun sistemi möhkəmlənir və daha sonra bakteriyalar, allergenlər və s. "düşmənlərin" hücumuna lazım olan cavab verir.
Uşaq çox təmiz şəraitdə böyüyürsə, onun immun sisteminin məşq etmək üçün imkanı daha az olur. Bu səbəbdənn belə uşaqların immun sistemi də daha zəif olur.
Təbii ki, bu heç də o demək deyil ki, uşaq natəmiz şəraitdə böyüməli və yaşamalıdır. Sadəcə uşaq üçün xüsusi steril şərait yaratmaq lazım deyil. Belə ki, uşağın paltarlarına,  qab-qacağına, oyuncaqlarına və s. heç bir xüsusi baxım tələb olunmur - onları çirklənəndə adi qaydada yumaq və təmizləmək lazımdır. Uşaq tez-tez havada olmalıdır, uşağa qumla, torpaqla, daşlarla, çöldəki pişiklərlə və s. ilə oynamağa qadağan etməyin. Bu onun immun sisteminin məşq etməsi üçün olduqca vacibdir. Sadəcə fikir verin ki, uşaq çirkli əllərlə ağzına, gözlərinə toxunmasın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 933   Tarix: 08 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Döymələr bir çox insanın ayrılmaz hissəsinə çevrilib və müasir cəmiyyətin reallıqları hətta işəgötürənləri də bununla bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bəs yayda döymə etdirməyə dəyərmi?.   -a istinadən xəbə

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. .   -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, loby

.

Nəyə görə 40 yaşdan sonra təzyiq "oynayır"?

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər. -a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbin

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Bəzən evə heç gözlənilməyən anda qonaq gəlir. Belə hallarla qarşılaşan ev sahibləri çox vaxt həyəcanlanır. Evlərin səliqəyə salınması, yeməyin hazırlanmasında çətinlik yaranır. Ancaq bunun üçün narahat olmaq lazım deyil

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

turlar.az

sonxeber.az yay geyimləri 2024 geyim dəbləri geyim seçimi səfər duası bilik haqqinda atalar sözləri sulu yeməklər roya ayxan kosmetika terezi maraqlı vetene aid bayati kokelmek tapmacalar