Həftə neçə dəfə tualetə getmək qəbizlik sayılır? - Qastroenteroloq

Həftə neçə dəfə tualetə getmək qəbizlik sayılır? - QastroenteroloqMüasir həyatda yaşanan stress, hərəkətsizlik və qeyri-düzgün qidalanma kimi faktorlar qəbizlik nisbətinin artmasına səbəb olur. Qəbizliyin özü bir xəstəlik deyil, lakin hər hansı xəstəlik nəticəsində yaranan şikayətdir. Bundan əlavə, qəbizlik əksər insanların həyat keyfiyyətinə təsir edən əhəmiyyətli bir sağlamlıq problemidir.
"Medicina" xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının peşəkar və təcrübəli həkim qastroenteroloqu İlham Mayılov qəbizliyin əlamətlərini açıqlayıb.
"Normal hallarda sağlam insan həftədə ən azı 3 dəfə defekasiya (nəcis ifrazı) aktına çıxmalıdır. Bəzi insanlar gündə 3 dəfə, bəzi insanlar isə həftədə 3 dəfə defekasiya aktına çıxa bilirlər. Hər iki hal tamamilə normal olaraq, sağlamlıq göstəricisidir. Həftə ərzində 3 dəfədən az bağırsağın boşalması isə qəbizlik sayılır.
Qəbizliyin aşağıdakı tipləri var:
• Alimentar (orqanizimdə suyun və rasiyonda qida liflərinin azalması nəticəsində)
• Mexaniki - bağırsaq keçiriciliyinin pozulması
• Hipo və diskinetik (bağırsaqlarda tranzitin sürətinin azalması)
• İdiopatik - mexanizmi məlum olmayan qəbizliklə ən çox insanlar yaşlaşanda rastlaşırlar.
Qəbizliyin yaranma səbəbi əsasən adekvat maye qəbulunun olmaması, lifli qidaların zəif qəbulu və oturaq həyat tərzidir: "Lfli qidalar yumşaq nəcis və həzm traktında asan hərəkət etməyə kömək edir"
Həkim qeyd edib ki, qəbizlik əlamətləri olan xəstələri tez-tez özlərini imalə etmək kimi zərərli adətlərdən və işlədici dərmanları göstərişsiz istifadə etməkdən çəkindirmək lazımdır, çünki bunlar bəzi ağırlaşmalar yarada bilər.
Qəbizliyin müalicəsi üçün ilk növbədə, onu yaradan səbəb müəyyən edilməli və aradan qaldırılmalıdır. Qəbizlik deyib keçməyin. Ciddi narahatlıq yaradan qəbizlik üçün ixtisaslı həkimə müraciət edin. Çünki erkən diaqnoz həyat qurtarır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 895   Tarix: 01 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Yerkökü xərçəng riskini azalda bilər

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.   -a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizin

.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

"Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI . Mədə üçün ən faydal

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

turlar.az

sonxeber.az yay geyimləri 2024 geyim dəbləri geyim və ayaqqabılar intim haqda döşləri necə böyütmək olar sarimsaqin xeyri hamilə qadın nə yeməli kosmetika xanım az nizami gencevi orqazm statuslar burcler