Həkimdən İNANILMAZ TƏKLİF - Kirayə analıq

Həkimdən İNANILMAZ TƏKLİF - Kirayə analıqİstəyən hər kəs övlad sahibi ola bilmir. Doğrudur, törəmək yaxşı şeydir. Amma bəzən kişi də, qadın da sağlam olduğu halda övladları olmur. Bu halda çıxış yolu var.
Xanim.az xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, bu problemdən çıxış yolu surroqat anadır:
"Bəziləri övlad sahibi olmağa mütləq şərt kimi baxır. Amma fikrimcə, övlad sahibi olmaq müqəddəs vəzifə deyil, sadəcə müqəddəs haqdır. Vəzifə ilə haqq arasında prinsipial fərq var. Bir qadın və bir kişi övlad sahibi ola bilmirsə, ortada yüzlərlə səbəb mövcud ola bilər. Belə bir hal düşünün. Kişi sağlamdır. Qadının da yumurtaları sağlamdır. Lakin qadında uşaqlıq anadangəlmə və ya sonradan qazanılmış səbəblərdən hamiləliyi daşıya bilmir. İnanın, belələri Azərbaycanda da minlərlədir. Əlbəttə, buna da çarə var. Mayalanmış bir yumurtanı hansı qadına köçürürsən köçür hamiləlik baş tuta bilər. Mayalanmış yumurta üçün hansı qadının uşaqlığına düşəcəyinin fərqi yoxdur. Burada əsas şərt qadının hamilə qalacaq yaşda və sağlamlıqda, o yumurta köçürülürkən hamilə qalmağa hazır olmasıdır".
Həkim bildirib ki, surroqat ana ilə süd anası arasında heç bir fərq yoxdur:
"Məsələn, 1924-cü ildə Gəncədə bir körpə doğulub, anasının südü gəlmir, ya da anası doğuş zamanı həlak olub. Körpə aclıqdan öləcək mi? Axı o vaxt indiki kimi uşaq qidası yox idi. Əlbəttə ailə o körpəyə süd anası tapacaq. Öz anasının südü və ya özü yoxdursa, ailə başqa süd verən qadından bu körpəyə də süd verməyini istəyəcək. Üzr istəyirəm, prinsip olaraq qadın uşaqlığı ilə məməsi arasında nə fərq var? Mənəvi, qanuni cəhətdən heç bir fərq yoxdur.Azərbaycanda bəzi zatlar qadın uşaqlığının kirayə verilməsinə, yəni surroqat analığa qarşıdırlar. "Milli-mənəvi dəyərlərimizə zidd" imiş, "dinimiz bunu qəbul etməz"miş. Qadının süd vəzini kirayə götürmək olar, islam buna icazə verir, uşaqlığına icazə vermir? Bu insanlar populistdirlər.
Bu insanlar övlad sahibi ola bilməyən kimsələri deyil, ancaq öz reytinqlərini düşünürlər. Çünki bizim cəmiyyətdə surroqat analığa qarşı çıxan insan çoxdur. Ay camaat, süd analığı məfhumu varsa, başqa qadnın uşaqlığından da istifadə etmək olar. Uşağın əsl anası ona süd verən deyil, onu mayalandıran yumurtanın sahibidir. Uşağın əsl anası onu doğan deyil, onu mayalandıran yumurtanın sahibidir.Surroqat analıq humanist bir addımdır".

Xəbərlər     Baxılıb: 2160   Tarix: 07 noyabr 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı

Alimlər ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlayıblar.   -a istinadən xəbər verir ki, hazırda bu sensor ABŞ-da və İsrailin böyük müəssisələrindən birində sınaqdan keçirilir. Mütəxəssislər ət parçasını

.

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik?

"Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olur". -a istinadən bildirir ki, bu barədə Rusiyanı

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

turlar.az

sonxeber.az gözəllik məhsulları gelinlikler geyim dəbləri morugun faydalari hicablar bürclər iyun 2024 bürc uyğunluğu kosmetika novruz hakistalari dovsan muellim seiri salatlar zəhmət