Həyatın mənasını bu yaşda anlayacaqsınız - Heç bir kitabda olmayan SİRR

Həyatın mənasını bu yaşda anlayacaqsınız - Heç bir kitabda olmayan SİRRBir çox gənc insanların həyatın, dünyanın, yaşamın mənasını və bu dünyada missiyalarının nə olduğunu tapmaq üçün səyləri, araşdırmaları və bu mövzuda kitablar oxuması mənasızdır. Alimlər bildirir ki, bu düşüncələr insana stress və ümidsizlikdən başqa bir şey vermir.
Həyatın mənası hər insan üçün fərdidir, o, 60 yaşında insana özü gəlir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Kaliforniya universitetinin alimlərinin bu mövzuda apardıqları elmi araşdırmanın nəticələri belə düşünməyə əsas verib.
Professor Dilip Ceste 3 illik araşdırması boyu 21 -98 yaş arası, 1000-ə yaxın insan arasında sorğu keçirib.
Sorğunun məqsədi: həyatın mənasını axtaranlar hansı nəticəyə gəlib və onu tapıblarmı?
Bundan əlavə sorğu iştirakçılarının fiziki, psixi, sosal durumları da qeydə alınıb.
Nəticələr, həyatın anlamını axtaran, buna vaxt, düşüncə sərf edən insanların bu baxımdan daha çox stresə uğradığını, psixi və fiziki sağlamlığına zərbə vurduğunu, eləcə də əqli fəaliyyətinə mənfi təsir etdiyini sübut edib.
"Bir çox insanlar dünya, yaşam, öz həyatının, ruhunun mənasını, missiyasını fəlsəfi anlamda yozmaq, tapmaq üçün illərini sərf edir. İllər keçir, bəlli yaşa çatandan sonra insan bu axtarışın mənasız olduğunu anlayır və böyük depressiyaya düşür.
İnsan sadəcə yaşaması, həyatda olması ilə barışarsa, özünü daha yaxşı, gümrah, pozitiv hiss edib, həm həyat keyfiyyətini, uğurlarını, həm də sağlamlığını artırmış olar- deyə professor Ceste izah edir.
Heç bri şey etməsəniz belə, 60 yaşında həyatın mənası faktiki olaraq öz-özünə aydın olur. Bu yaşda artıq çox insanlar həyatın mənasını axtarmağı dayandırır, sakitləşir, çünki bu cavab onda var.
"Biz gənc olanda, karyera, iş, təhsil, ailə ardıyca qaçırıq, gələcəyimizdən və özümüzdən əmin deyilik. Daxilimizdə çox nigaranlıq var. Ona görə bütün bu qarmqarışıqlıq içində bəzən nəyə görə yaşadığımızı anlamağa çalışırıq.
45-50 yaşda artıq həyatımızda stabillik yaranır və həyatın mənası kimlər üçünsə karyerada, kimlər üçünsə ailədə qərarlaşır.
60 yaşında bu proses pik nöqtəsinə çatır. Bu yaşdan sonra ətalət, susqunluq. təqaüd və getdikcə çox şeylərdən uzaqlaşma dövrü gəlir. İnsan artıq heç özünün kim olması barədə düşünmür. Sağlamlıq problemləri, ailə vəziyyəti, itkilər onu dünyadan soyudur. Bu zaman həyatın mənasının bu illər ərzində can atdıqları olmadığını anlayırlar. Hər şeydən irəlidə, vacib özləri olduğunu görürlər. Bundan sonra isə vacib deyil, artıq çox şey keçmişdə qalır.
60 yaşına çatdıqda da həyatı dərk etmə bütün insanlarda eyni olmur. Amma fakt budur ki, həyatım mənasını məhz o yaşda özün anlayacaqsan"
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1309   Tarix: 14 dekabr 2019
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

.

Yerkökü xərçəng riskini azalda bilər

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.   -a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizin

.

Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar

İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır. . -a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Nəyə görə 40 yaşdan sonra təzyiq "oynayır"?

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər. -a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbin

turlar.az

sonxeber.az toy makiyajlari sade makiyaj sekilleri geyim və ayaqqabılar xinayaxdi bayatilari vətən haqqında bayatılar dieta cinsi mövzular kosmetika novruz bayramina aid hakista sevgi muellim seiri xerceng qadin.az