Hind gözəlinin həyat hekayəsi və gözəllik sirrləri

Hind gözəlinin həyat hekayəsi və gözəllik sirrləriO, 1994-ci ildə "Dünya Gözəli" titulunu qazanır.

1999-cu ildə "Əbədi səninəm" filminin çəkilişlərində tanış olduğu aktyor Salman Xanla bir neçə il görüşüşən Ayşvariya Ray qadın qəlblərin fatehi kimi tanınan aktyorun cazibəsi qarşısında aktrisa da tab gətirmir və onlar birlikdə yaşamağa başlayırlar.

O, zamanlar onlar Bollivudun ən yaraşıqlı cütlüyü adlandırılırdı.

Xoşbəxt görünən cütlük arasında problemlər yaranmağa başlayır. Aktyor Salman Xan alkoqoldan istifadə edir, başqa qadınlarla Ayşvariyaya xəyanət edirdi.
Çox qısqanc olan aktyor tez-tez qıza fiziki şiddət göstərirdi.

Qızın valideynləri isə övladlarını belə bir adama ərə vermək istəmirdilər. Onların belə düşünməsi bir gün Salmanı bərk hirsləndirir və o, Ayşvariyanı lap bərk döyür. Artıq əzab və işgəncələrə dözməyən gözəl aktrisa 2004-cü ildə ondan ayrılır.

Ayşvariya məşhur aktyor Amitax Baççanın oğlu Abişek Baççana ərə gedir və 2011-ci ilin yanvarında cütlüyün qız övladı dünyaya gəlir.

Doğuşdan sonra kilo alması onun problemlərini artırır. Onun gözəlliyinə qısqanclıqla yanaşanların əlinə fürsət düşür. Avropa və Hindistan mətbuatı aktrisanın gözəlliyini itirməsi barədə yazılar dərc edirlər. Hətta Hindistan mətbuatı aktrisanın Kann festivalında iştirakına məhdudiyyət qoyulmasını tələb edir.

Onların fikrincə, Ayşvariya kök görünüşü ilə hind qadınları haqqında yaxşı fikir yaratmır. Hindistanın adına xələl gətirir. Məqalələrdə Viktoriya Bekhem, Ancelina Coli kimi ulduzlar nümunə gətirilərək aktrisanın arıqlamağa tələsməsinin vacibliyi vurğulanır.

İki il öncə isə aktrisa yenidən əvvəlki çəkisinə düşür. Dünyanın ən gözəl aktrisalarından biri olan Ayşvariya Rayın 41 yaşı olduğuna inanmaq çətindir. Halbuki o, bu ilin noyabrin 1-də 42 yaşını qeyd etməyə hazırlaşır.

Bəs dünyanın ən gözəl hind qızının gözəllik sirlərini nədədir?

Nizam-intizam.

Tələbəlik illərində memarlığı oxuyarkən Ayşvariya model kimi pul qazanıb. Məhz bunun sayəsində 1994-ci ildə onu "Hindistan Gözəli" müsabiqəsində iştirak etməyə dəvət ediblər.
Yeri gəlmişkən, aktrisa vurğulayır ki, müsabiqədə qələbəsi onun üçün tamamilə gözlənilməz olub.

Lakin modelin keçmişi onu ciddi nizam-intizama öyrəşdirib. Bu, xüsusilə, onun zahiri görkəminə aiddir: Ayşvariya heç vaxt makiyajını silmədən yatağa girməz. Hər gün dərisini nəmləndirir. 7-10 gündə bir dərisini skrab və ya pilinqlə dərindən təmizləyir. Onun fikrincə, bu gözəlliyi və gəncliyi qorumağın sadə və əlverişli üsullarından biridir.

Maraqlıdır ki, hamı bu qaydaları bilir, lakin hamı ona riayət etmir. Əgər Ayşvariya kimi 40 yaşında parlaq və hamar dəriyə sahib olmaq istəyirsinizsə, onda nə etmək lazım gəldiyini biz yazdıq.

Düzgün qidalanma.

Aktrisa vegetariandır. Lakin o, bəzən karri əlavə edilmiş balıq yeyir. O, sağlam qidalar yeyir, siqaret çəkmir, demək olar ki, spirtli içki istifadə etmir. Yaxşı fransız şərabı istisna olmaqla, digər içkilərdən qəbul etmir. Ayşvariya yalnız mərasimlərdə bir badə quru şərab içməyi özünə rəva bilir.

Düzgün gün rejimi və sağlam yuxu.

Ayşvariya əsas gözəllik sirrini yaxşı yuxunu hesab edir. Çünki xroniki yuxusuzluq göz ətrafında qırışlar, torbalar, qaraltı yaradır. Əlbəttə ki, bu faktorlar da qadının yaşlı görünməsinə yol açır. Ulduzun fikrincə, 30 yaşdan sonra minimum səkkiz saat yatmaq gözəl görünmək istəyən hər bir qadın üçün mütləq bir qayda olmalıdır.

Pəhriz və fitnes.

Bir çox hind qadın kimi Ayşvariya da erkən gənclik çağlarında nərmənazik görünür, amma ana olduqdan sonra kökəlməyə meyilldir. Amma hind kinosu ulduzu bunu faciəyə çevirmir, hətta zarafat edir: "Bizdə həddindən ziyadə arıq qadınları sevmirlər, açığı bu fikir məni həmişə rahatladır, xüsusilə evdə şam edirkən".

Lakin buna baxmayaraq, aktrisa formada qalmaq üçün yemək-icməyinə diqqət göstərir. Lakin qızı anadan olandan yarım il sonra məlum oldu ki, 37 yaşlı ulduz arıqlaya bilmir. O hamiləlikdə 20 kilo kökəlmişdi və qızını ana südü ilə qidalandırmağa davam edirdi. Əlbəttə ki, onun bu qədər kökəlməsi aktrisanın karyerası üçün təhlükə idi.

Öz milli qəhrəmanlarını izləyən Hindistan əhalisi iki düşərgə parçalanmışdı. Bəziləri deyirdilər ki, ikiqat buxaqlı və həddindən ziyadə kökəlmiş aktrisa Bollivudun adına xələl gətirir. Hətta onun bu formada beynəlxalq kinofestivallarda iştirak etməsini əngəlləmək üçün piketlər keçirilmişdi.

Digər düşərgə isə əksinə aktrisanın özünün və qızının sağlamlığını modaya qurban vermədiyinə görə təqdir edirdi.

Lakin buna baxmayaraq, heç kim kök aktrisanı filmə çəkmək istəmirdi. Stil ikonasına gələn saysız-hesabsız təkliflər yoxa çıxmışdı. Aktrisa arıqlamasaydı, vəziyyətin necə olacağı məlum deyil. Gerçəklik odur ki, aktrisa 39 yaşına az qalmış arıqlamağa qərar verir və nəhayət öz ad gününü əsl ulduz bədən quruluşunda qeyd edir. Bollivud ulduzunun formasına necə qayıtdığı isə sirr deyil. O ciddi pəhrizlə yanaşı hər gün fitneslə məşğul olurmuş.

Kifayət qədər su içməli.
Aktrisa hər səhər limon şirəsi sıxılmış təmiz bir stəkan su içir. Bu qaydaya əksər modellər riayət edirlər. Aktrisa deyir ki, hələ gənclik illərindən özü üçün qoyduğu bu qaydaya indiyədək riayət edir.

Dietoloqlar da bu ideyanı bəyənirlər. Bu, orqanizmin daha tez yuxudan oyanmasına kömək edir və gecə yatmış və zəifləmiş maddələr mübadiləsini sürətləndirir.

Ayşvariyanın digər məcburi qaydası hər gün 8-10 stəkan içməklə bağlıdır.

Dərinin Günəşdən qorunması.

Ayşvariya heç vaxt əllərinə, boynuna, üz dərisinə və digər açıq nahiyələrə günəş qoruyucu krem çəkmədən evdən çölə çıxmır. Bu, ona ağardıcı vasitələrsiz keçinməyə və eyni zamanda, Hindistanda xüsusilə yüksək dəyərləndirilən, parıltılı, ağbəniz dərisini mühafizə etməyə imkan verir.

Aktrisa LOREAL Paris şirkətinin gözəllik səfirlərindən biridir. O, firmanın üz təmizləyici vasitələrinin heyranı olduğunu gizlətmir.

Saç üçün təbii maskalar.

Aktrisa qarışıq və yağlılığa meyilli dəri tipinə sahibdir. Ona görə də o, sevdiyi yağlarla və yağ əsaslı maskalarla ehtiyatlı davranır: "Bu, ehtiyacdan çox, ənənədir. Uşaqlıqda anam hər ikimiz üçün yağdan təbii maskalar hazırlayırdı. Həmin maskaları çəkəndə özümü əsl şahzadə kimi hiss edirdim".

Lakin hazırda aktrisa üz qulluq üçün hazır maskalara üstünlük verir. Saçlara gəldikdə isə aktrisanın fikri dəyişir. O saçlarına hindqozu və palma ağaclarının yağlarından maska çəkməyi çox xoşlayır. Bundan başqa, bu yağları gecələr saç diblərinə sürtür ki, saçın kökü qidalansın.
Hind gözəlinin həyat hekayəsi və gözəllik sirrləri

Xəbərlər     Baxılıb: 7527   Tarix: 05 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL

Mütəxəssislər arıqlamağın yeganə yolunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etməlidir. . Karbohidratların səviyyəsini gündə 50 q-dan aşağı saxlamaq lazımdır, lakin zülalları

.

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olara

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

.

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

Qaraciyəri təmizləməyə kömək edəcək və bu orqanın fəaliyyətini dəstəkləyəcək məhsulların siyahısı tərtib edilib.   -a istinadən bildirir ki, siyahını kardioloq Olqa Bokeriya tərtib edib. Onun sözlərinə görə, sağlam qaraciyə

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

turlar.az

sonxeber.az geyim necə seçməli qadin sayti kosmetika mehsullari necə hamilə qalmaq olar permanent makiyaj soyuqdəymədən necə qorunmalı maraqlı faktlar kosmetika statuslar balıq xərçəng bürcü maraqlı kahfe kali