Hiperaktiv uşaqlar haqqında bilməyimiz gərəkən hallar

Hiperaktiv uşaqlar haqqında bilməyimiz gərəkən hallarHiperaktiv uşaqlar
Hiperaktiv uşaqlar daim düşünmədən hərəkət edir, bir fəlaliyyət növündən digərinə asanlıqla keçirir, bəzən etik qaydalara uyğun olmayan hərəkətlər də edirlər.
Ümumiyyətlə, hiperaktiv uşaqlar davranışlarının diqqəti çəkən və narahatlıq yaradan olduqlarını bilirlər. Lakin bunun qarşısını almaq üçün heç nə edə bilmirlər. Valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Hiperaktivliyin gətirdiyi çətinlikləri keçə bilmək üçün uşaqlarının həkimi, psixoloqu və müəllimləri ilə mütəmadi əlaqə saxlamalıdırlar.
Qeyd edək ki, hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl yaranmağa başlayır. Hiperaktiv uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir və başqa uşaqlara nisbətən çox fəal olmalıdırlar. Bəzi hiperaktiv uşaqlarda isə diqqətini cəmləyə bilməmək, düşünmədən hərəkət etmək kimi əlamətlər özünü göstərsə də, onlarda həddindən artıq hərəkətlilik müşahidə olunmur. Bundan başqa qız uşaqlarında fəallıq, hərəkətlilik olmadan da diqqət əksikliyi özünü göstərə bilər. Bu vəziyyətdə isə diaqnoz qoymaq çətindir. Çünki bu vəziyyət səssiz, özünə qapanan qız uşaqlarında bir müddət gizli qala bilər. Diqqətini cəmləyərkən çəkdiyi çətinlik, diqqətinin tez yayınması ara-sıra gözə dəyər.
Uşaqlar böyüklərə nisbətən daha fəal və hərəkətlidirlər. Ancaq hiperaktiv uşaqlarda bu hərəkətlilik uşağın öz yaşıdları ilə müqayisədə diqqətə çarpacaq qədər çoxdur. Uşaqların hərəkətliliyi oyunlar zamanı, baxçada, məktəbdə və ya evdə olarkən ailə və müəllimlər üçün problem yaratdıqda həddindən artıq hərəkətlilik kimi xarakterizə edilir. Digər tərəfdən hiperaktiv uşağın qısa müddətli işlər ərzində, televiziyaya baxmaq, kompüter oyunu oynamaq kimi əyləncələr zamanı çox diqqətli olduğunu da görə bilərsiniz.

Hiperaktiv uşaqların davranışı
Belə uşaqlar diqqətini cəmləkdə çətinlik çəkir, mebellərin üstü ilə gəzir, evin içində qaçır, daim əllərində hansısa bir oyuncaq və ya əşya ilə oynayır, növbəsini gözləmək məsələsində də çox səbirsizdilər. Lakin bu uşaqlar diqqət əksikliyi göstərmədən saatlarla televizora baxır, kompüter oyunları oynayırlar. Belə bir halda uşaq necə hiperaktiv ola bilər?
Cavab çox asandır. Kompüter oyunları və televiziya uşaqların diqqətini cəmləyərək xəbərdarlıq göndərir. Yəni bu uşaqlar televizora baxarkən və ya kompüter oyunlarını oynayarkən passiv mövqedədirlər və diqqətlərini kənardan gələn xəbərdarlıqlar sayəsində cəmləyə bilirlər.

Hiperaktiv uşaqların valideynlərinin nəzərinə
Hiperaktiv uşaqlar həm vaildeynlərə, həm də ailənin digər üzvlərinə böyük problemlər yaradır. Müalicə olunmayan hiperaktiv uşaq ailəyə narahatlıq yaratmağa davam edəcək. Bu səbəbdən də uşağınıza davranışını idarə edə bilməsi üçün sizə kömək etmək məqsədilə bir neçə məsləhət veririk:
- Uşağınız üçün gündəlik bir proqram hazırlayın. Onun yemək yediyi, yuyunduğu, məktəbə getmək üçün evdən çıxdığı vaxtı hər gün eyni saatlarda müəyyən edin.
- Hiperaktiv uşaqlar ancaq yanlış bir şey etdikləri zaman böyüklərin diqqətini çəkirlər. Bu səbəbdən də uşağınızı gözəl sözlər deyərək qucaqlayıb mükafatlandırmağınız, müsbət davranışları üçün kiçik hədiyyələr verməyiniz çox önəmlidir. Valideyn və digər ailə üzvləri və yoldaşları tərəfindən olan bu cür müsbət dəstək və sevgi uşağınızın özünü yaxşı hiss etməsini təmin edəcək. Bu uşaqlar üçün ən uyğun davranış forması onları cəzalandırmaq əvəzinə mükafatlandırmaqdır. Onlarla danışarkən mümkün qədər düz gözlərinə baxmaq, bəzən kürəyini və ya əlini tutaraq toxunmaq da yaxşı nəticə verir.
- Məktəbdə uşaq lövhəyə yaxın olan parta arxasında, sakit bir uşağın yanında, müəllimin asanlıqla gördüyü, tez gedib toxunaraq təmas qura biləcəyi və xəbərdarlıq edə biləcəyi yerdə oturmalıdır.
- Öyrənmə çatışmazıqları varsa pedaqoji üsullar tədbiq olunur. Hiperaktiv uşaqların təhsil almasında ailə üzvlərinin və uşağın ünsiyyətdə olduğu insanların rolu da çox böyükdür. Belə uşaqlar da məktəbdə ən azı digər yoldaşları qədər müvəffəqiyyətli ola bilirlər. Uşağın hiperaktiv olması əsla onun kifayət qədər ağıllı olmadığını göstərmir. Hiperaktiv uşaqlar nizamsız və diqqətsiz ola bilərlər. Lakin bu onların öyrənmə qabiliyyətlərinin olmamasından xəbər vermir. Bu onların hiperaktivliyindən irəli gəlir.

Ailə və Uşaq     Baxılıb: 1777   Tarix: 29 iyun 2021
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari donlar 2024 geyim necə seçməli seksi geyim 2024 donlari salatlarin dizayni royanin oglu kosmetika xərçəng bürcü xanim.az qaynanaya aid haxisda haqisda