İbn Sinadan sağlamlıq haqqında qiymətli TÖVSİYƏLƏR

İbn Sinadan sağlamlıq haqqında qiymətli TÖVSİYƏLƏRBuxara əmiri İbn Sinanı 16 yaşında onu müalicə etməyə dəvət edir. Və o vaxtdan bəri İbn Sina bir çox Şərq hökmdarlarının şəxsi həkimi olub. Təəccüblü deyil ki, müasirləri onu "həkimlərin şahzadəsi" adlandırır. İbn Sina özü tərcümeyi-halında tibbə gedən yolu belə təsvir edirdi: "Tibbi öyrənməyə başlayanda təcrübələrimi xəstələrin müalicə prosesi ilə doldurdum. Müşahidələrim mənə kitablarda tapılmayan bir çox müalicə üsulunu öyrətdi".
İbn Sina özündən sonrakı nəsillərə tibb mövzusunda bir çox kitab miras qoyub. Onun "Tibb Qanunu" əsəri müqəddəs kitablardan sonra ikinci ən çox nəşr edilən dərslik olub və 600 il ərzində həkimlərə xidmət edib. İbn Sinanın 1000 il əvvəl yazılmış sağlam həyat tərzinə dair tövsiyələri 21-ci əsrdə də aktualdır.
Milli.Az oxucuları orta əsr mütəfəkkiri, həkim Əbu Əli ibn Sinanın sağlamlıq haqqında söylədiyi bəzi sitatları ilə tanış edir.
Fiziki aktivlik haqqında:
"Boşluq və süstlük nəinki cəhalətə səbəb olur, eyni zamanda xəstəlik törədir.
Hərəkətli və qoçaq insan düz qaməti ilə fəxr edir, oturaq insan isə bir çox qüsurlara düçar olur.
Hərəkət bəzi dərmanları əvəz edə bilər, amma dünyanın heç bir dərmanı hərəkəti əvəz edə bilməz.
Ümidsiz xəstə yoxdur, ümidsiz həkimlər var.
Nizamlı şəkildə idmanla məşğul olan bir insanın hər hansı xəstəliyin aradan qaldırılmasına yönəlmiş müalicəyə ehtiyacı yoxdur.
Məşqi atanlar adətən tez halsızlaşır, çünki hərəkətdən imtina nəticəsində orqanların gücü zəifləyir.
İdmanla məşğul olsanız, eyni zamanda normal rejimin digər reseptlərinə əməl etsəniz, dərmanlardan istifadə etməyə ehtiyac qalmayacaq".
Sağlam qidalanma haqqında:
"Əgər mədəni ağır yeməklərlə yükləmisinizsə, səhəri gün ac qalmalısınız.
Ən pisi müxtəlif qidaları birləşdirmək və çox gec yeməkdir.
Çox su içmək, çox yeməkdən daha yaxşıdır.
Çox ləzzətli yeməyin gətirdiyi zərər odur ki, onu çox yeyirsən.
Yüngül yemək sağlamlığı daha çox qoruyur, ancaq daha az güc və qüvvət verir, ağır qida - əksinə.
Yeməyin miqdarı elə olmalıdır ki, mədəni yükləməsin, qarın şişməsin, qələfələr kənara sıçramasın. Və yeməkdən sonra ürəkbulanma, yuxusuzluq, süstlük olmamalıdır.
Süfrədə gözütox olun - bu bir əmrdir, ikinci əmr - şərab az için".
Şərabın zərəri və faydası haqqında:
"Daim içmək zərərlidir, qaraciyərin və beynin sağlamlığını pozur, əsəbləri zəiflədir, sinir xəstəliklərinə, qəfil ölümə səbəb olur.
Şərab bizim dostumuzdur, həm də hiylədir: Çox içmək - zəhər, bir az içmək - dərmandır. Özünüzə həddindən artıq ziyan vurmayın, qədərində için və sağlamlıq bir ömür boyu davam edəcək.
Şərab sərxoş olana qədər dostundur, sərxoş olmusansa, düşmənindir. Lül-qəmbər sorxoşsansa, o, ilan zəhəridir.
Sağlam yuxu haqqında:
"İnsanların yuxu rejiminə diqqət yetirməsi vacibdir. Vaxtında yuxuya getmək lazımdır, amma həddən artıq yuxu ziyan gətirir. Eyni zamanda beyni və bütün orqanları yuxusuzluqdan qorumaq lazımdır.
Yuxu bütün təbii gücü qüvvətləndirir. Və həddindən artıq yuxu bunun əksini edir. Bu zehni gücün tükənməsinə, beynin kütləşməsinə və xəstəliklərin inkişafına səbəb olur. Yuxu ilə gümrahlıq arasında uzun müddət gərnəşmək ən pisidir.
Acqarına yatmaq yaxşı deyil, gücü zəiflədir. Həddən artıq tox mədə ilə yatmaq da zərərlidir. Bu halda yuxunuz möhkəm olmayacaq, bütün gecə narahat yatacaqsınız.
Bilin ki, yorğan və hündür yastıq sağlamlığı qoruyur. Qısası, elə yatmalısınız ki, baş ayaqlardan hündürdə yerləşməlidir.
Üzüstə yatan insanlar adətən hər hansı xəstəlikdən əziyyət çəkir, belə insanlar hər iki çənəni sıxan əzələlərin zəifləməsidən dolayı ağzı açıq yatır.
Sağlam mənzil haqqında:
"Yaşayış yeri seçən hər kəs yaşadığı coğrafiyanı yaxşı bilməlidir. Bu yerin küləkli olub-olmadığı, rütubətli və ya çuxurda yerləşdiyini bilməlisiniz.
Evin pəncərə və qapıları şərq və şimala baxmalıdır, həmçinin günəş şüaları hər yerə çatmalıdır.
Yerli xalqın sağlamlıq və xəstəliklə bağlı vəziyyətinin nə olduğunu öyrənməlisiniz".
Sağlamlığı qorumaq sənəti:
1) təbiətlə harmoniya;
2) yemək və içki seçimi;
3) bədəni toksinlərdən təmizləmək;
4) düzgün bədən quruluşunu qorumaq;
5) Burunla nəfəs almağı yaxşılaşdırmaq;
6) fiziki və zehni hərəkət balansı. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1483   Tarix: 30 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Yerkökü xərçəng riskini azalda bilər

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.   -a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizin

.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

"Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI . Mədə üçün ən faydal

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

turlar.az

sonxeber.az yay geyimləri 2024 geyim dəbləri geyim və ayaqqabılar intim haqda döşləri necə böyütmək olar sarimsaqin xeyri hamilə qadın nə yeməli kosmetika xanım az nizami gencevi orqazm statuslar burcler