İNANMAYACAQSINIZ! Bakı məktəbində intim görüntüsü yayılan qızın anası bu məşhur imiş - FOTO

İNANMAYACAQSINIZ! Bakı məktəbində intim görüntüsü yayılan qızın anası bu məşhur imiş - FOTO"Qızın anası psixoloqdur və o, övladının müdafiəsinə qalxmalıdır. İndi ilk növbədə, bu videonu çəkən və yayanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır".

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində biabırçı hadisə baş verib.

Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb. BiG.AZ saytı bu cür hadisələrin baş vermə səbəbi ilə maraqlanıb.

Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə BiG.AZ-a açıqlamasında deyib ki, görünür ki, bu qız əvvəl də zorakılığın qurbanı olub, lakin bu barədə heç kim danışmır: "Mən inanmıram ki, oğlanı həbs etsinlər. Hər şeydə qızı günahlandıracaqlar və onu heç kim müdafiə etməyəcək. Onlar başa düşməlidirlər ki, qız zorakılığın qurbanıdır. O uşaqdır, 13 yaşı var və böyük psixoloji problemləri var".

Bakı məktəbində intim görüntüsü yayılan qızın anası tanınmış psixoloqdur - AçıqlamaHüquq müdafiəçisi qeyd edib ki, cəmiyyət iki düşərgəyə bölünüb: biri qızı qınayır, digəri müdafiə edir:" Qızın anası psixoloqdur və o, övladının müdafiəsinə qalxmalıdır. İndi ilk növbədə, bu videonu çəkən və yayanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bir çoxları bu videonu axtarır və baxmaq istəyir. Burada uşaq pronoqrafiyasının yayılması faktı var. Qızı məktəbdən qovdular, sonra? Onlar Azərbaycandan getməlidirlər?"

Hüquq-müdafiəçisi ictimaiyyəti qızın müdafiəsinə qalxmağa, ona bu vəziyyətdən çıxmaqda kömək etməyə çağırıb:"Allaha şükür olsun ki, biz qadınların daş-qalaq edən cəmiyyətdə yaşamırıq".

Kəmalə Ağazadə onu da vurğulayıb ki, həmin qızın ailədən alınıb sığınma evinə yerləşdirilməsi qərarını qeydiyyatda olduğu icra hakimiyyətinin qəyumluq komissiyası verməlidir: "Mən bu qıza kömək etməyə daim hazıram".

Psixoloq Narınc Rüstəmova açıqlamasında deyib ki,məktəbdə intim videosu yayılan qız yetkinlik yaşına çatmadığı üçün bu bütün hallarda uşağa qarşı seksual zorakılıq hesab olunur.

Bakı məktəbində intim görüntüsü yayılan qızın anası tanınmış psixoloqdur - AçıqlamaNarınc Rüstəmova qeyd edib ki, son dövrlər uşaqlar arasında bu cür hallar çoxalıb: "Bu da valideynlərin uşaqlarına qarşı diqqətsiz olmaqlarının göstəricisidir. Günlük problemlərin çoxalması valideynlərin uşaqlarına qarşı qayğısının azalmasına gətirib çıxarır. Ata-ana düşünür ki, yeməyini verirəmsə, geyimini, digər ehtiyaclarını alıramsa yaxşı valideynəm. Əlbəttə bu yaxşı valideynlik demək deyil. Yetkinlik yaşına çatmayan uşaqlara diqqət artırılmalıdır. Çünki bu yaşda uşaqlar çalışırlar ki, özləri üçün status qazansınlar. Uşaqlarda dərsə maraq azalırsa, özünə qapanırsa, yalan danışmağa və hətta oğurluq etməyə başlayırsa bu davranış pozuntusunun başlaması deməkdir. Əlbəttə bu da valideyn üçün xüsusi siqnal təbliği deməkdir. Uşaqlar hansısa bir təcrübə yaşayırsa bu təcavüz hallarına da aiddir bu uşaqlarda cinsi problemlər yaradır. Yəni uşaqlarda seksual istək daha da çoxalır. İntiqam almaq duyğusu yaranır. Sanki uşaq öz bədənindən intiqam alır. Yeniyetmələrdə aqresiya və intiqam duyğusu daha çox olur. Qarşısındakı insanlara qarşı isyan edirlər. Oğlanın həbs edilməsi çox gözəl addımdır. Bir çoxlarını bu cür addımlardan çəkindirəcək. Amma qız üçün müyyən tədbirlərin görülməsi vacibdir. O demək deyil ki, bütün məktəblərə video quraşdırılmalıdır. Uşaqlar bir şey etmək istəsələr çardağa çıxıb edəcəklər. Uşaqlarla qarşılıqlı işlər aparılmalıdır. Burada psixoloqların üzərinə çox böyük iş düşür. Məktəblərdə 1500 uşaq varsa cəmi bir psixoloq olur. Bir psixoloq 1500 uşağa necə kömək edə bilər? Ona görə də vacibdir ki, məktəblərdə yaş ştatlarına uyğun psixoloqlar artırılsın. Şagirdlərlə və valideynlərlə qrup şəkilində işlər aparılmalıdır".

Narınc Rüstəmova vurğulayıb ki, uşaq valideyn nəzarətindən o qədər uzaq qalıb ki, hadisədən sonra sosial şəbəkədə canlı yayım edib, intihar etməsi barəsində məlumat verir: "Həmin uşaqda psixoloji problemlərin olduğu bəllidir. Yəqin ki, uşaq məktəbdən də uzaqlaşdırılıb. O üsyan edib, səhf etmədiyini sübut etməyə çalışır. Öz səhfindən dərs çıxartmır. Valideyn diqqətli olmalıdır. Qızı ilə dost olmalıdır. Ola bilmirsə psixoloqdan kömək almalıdır. Daha çox bu problemlər işləyən ana, ata və nümunəvi olmayan ailələrin uşaqlarında rast gəlinir.Valideynin uşaqlarına çox sevgi verməsi də normal deyil. Əgər uşağı valideyn dünyaya gətiribsə onu normal böyütməyə borcludur. Bir uğursuz uşağın yetişdirilməsi gələcəkdə bir necə nəfərə də təsir edə bilər".

Psixoloq belə hallarda mətbuatı da diqqətli olmağa çağırıb: "Necə ki, intihar xəbərlərinin verilməsi yeni ideaların yaranmasına səbəb olur. Belə hadisələrin çox istimailəşdirilməsi də bu cür halların artmasına səbəb olacaq. Cəlb edici başlıqlarla videoların verilməsi şüur altı marağın atmasına səbəb olur. Ən azından düşünməliyik bunlar da azərbaycanlıdırlar. Onların yenidən cəmiyyətə qazanılması üçün çalışılmalıdır. Uşaqları məktəbdən qovmaq həll yolu deyil. Uşağa şans verib, ailəni məlumatlandırmaq lazımdır. Qız evdə qalsa 2-3 aydan sonra yenidən intihara meyl edəcək, özünə qapanacaq, ya da evdən qaçacaq. Məktəbin adı çıxmaması üçün uşağı üçuruma atmaq olmaz. Bu cür yanaşma pedaqoji yanaşma deyil. Uşaq bu cür məktəbdən qovulmamalıdır. Cəmiyyətə bu cür xarab məhsul yetişdirilməməlidir. Hərə öz yaxasını qırağa çəkməməlidir. Allah öz bəndəsini bağışlayırsa biz kimik ki, bağışlamayaq. Bu cür uşaqlara dəstək olaraq, yanında olmaq lazımdır. Problemlərini araşdırıb, diqqəti artırmaq lazımdır. Yaxşı məşğuliyyət növləri tapılmalıdır. Bir sözlə uşağın marağı haradırsa oraya köklənmək lazımdır".

Aysel Yusifqızı
İNANMAYACAQSINIZ! Bakı məktəbində intim görüntüsü yayılan qızın anası bu məşhur imiş - FOTO

Xəbərlər     Baxılıb: 7769   Tarix: 12 fevral 2018
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik?

"Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olur". -a istinadən bildirir ki, bu barədə Rusiyanı

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Dönər alarkən bunlara diqqət etmək lazımdır

Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:. -Qida təhlükəsizliy

.

Kəklikotunun çoxsaylı faydaları

Kəskin qoxusu ilə diqqət çəkən bir bitki olan kəklikotu daha çox yeməklərdə istifadə olunur. Kəklikotu bir çox xəstəliklərin təbii müalicəsində də istifadə olunur. Müntəzəm olaraq kəklikotu istehlak edən insanlar bədənlər

.

Yumurta qabığını atmayın - Bu faydaları var

a istinadən yumurta qabığından istifadə edə biləcəyiniz sahələri təqdim edir:. - Tərkibindəki kalsium, maqnezium və digər minerallar sayəsində təbii gübrə kimi istifadə edilə bilər. Torpaqla qarışdıqda bitkilərin qidalanmasın

.

Yaponların "sarı qızıl" adlandırdıqları toxum – Faydaları saymaqla bitmir

Yaponlar öz mətbəxlərində tez-tez sarı küncütdən istifadə edirlər. Əsasən suşi və salatlarda istifadə edilən sarı küncüt faydaları ilə də diqqət çəkir. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları 

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. .   -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, loby

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

turlar.az

sonxeber.az qadın geyimi makiyaj etmek qaydalari həkim məsləhəti hicablı geyimlər ədəbiyyat testləri xercengden qoruyan qidalar suni usaq yemekleri kosmetika ariqlamaq bürcler novruza aid hakışda seksual birlik