İtburnu çayı. Düzgün hazırlanması və faydaları

İtburnu çayı. Düzgün hazırlanması və faydalarıİtburnu çayı çox faydalı müalicəvi içkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.
Soyuq qış aylarında, soyuqdəymə epidemiyaları zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər.
Saglamolun.az bildirir ki, itburnu bir çox vacib vitamin və minerallarla zəngindir. Belə ki, itburnu tərkibində C vitaminin miqdarına görə əsl çempiondur. Fitoterapevt həkimləri itburnunu "təbii vitamin-mineral kompleksi" adlandırırlar.  
Həmçinin itburnu çayı ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkənlər üçün çox faydalıdır - arterial təzyiqi normallaşdırır, damarları təmizləyir və möhkəmləndirir, qanazlığı zamanı kömək edir.
İtburnu sidikqovucu və iltihabəleyhinə təsirə malikdir. Bu isə itburnu çayını sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə kimi istifadə etməyə imkan verir.
Soyuqdəymə və qripp xəstəlikləri zamanı itburnu çayı xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır. Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra və hətta ciddi xəstəliklərin inkişafına səbəb ola bilər.
İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar. Çaya zövqə görə bal əlavə etmək olar. Bal çayın faydalı xüsusiyyətlərini daha da artıracaq. Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda balın faydası kəskin azalır.  
Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, bu çayı qəbul etdikdən əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı itburnu çayının qəbulu ziyanlı ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1004   Tarix: 27 noyabr 2021
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

.

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.   -a istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. . Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyay

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

.

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olara

.

Dönər alarkən bunlara diqqət etmək lazımdır

Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:. -Qida təhlükəsizliy

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

turlar.az

sonxeber.az yay geyimləri 2024 toy makiyajlari yaz geyimleri 2024 kişi geyimləri 2024 vətən bayatıları autizm xesteliyi fransiz qadinlari kosmetika novruz bayramina aid hakista atalar sozleri yemekler irem derici oyunlar