Kal Əncir Mürəbbəsi

Kal Əncir MürəbbəsiƏncir ağacından yetişməmiş əncirləri yığaraq ləzzətli mürəbbə hazırlaya bilərsiniz. Evdar.az kal əncir mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1 kq yaşıl kal əncir
1.5 kq şəkər tozu (zövqə görə bir az daha az qoya bilərsiniz)
1.5 l su
1 ədəd çubuq darçın
10 dənə mixək
yarım limonun suyu
soyuq buzlu su
5 litr su
2 stəkan söndürülməmiş əhəng
Hazırlanma qaydası:

İlk öncə kal yığılmış əncirləri bol suda yaxşıca yuyun. Daha sonra sərt olan saplaq hissəsini bıçaqla kəsin. Ənicləri nazik bir çöplə deşin. Çöp şişi bir tərəfindən batırıb digər tərəfindən çıxarın. Bu proses əncirlərin acılığının çıxması üçündür. Daha sonra əncirləri suyla dolu dərin qazana töküb qaynadın. Qaynayan zaman üzərinə bir ağırlıq yerləşdirin (bir qazan qapağı və ya boşqab kimi ağır). Hamısı bərabər şəkildə qaynayıb acılığı çıxsın deyə. Bu vaxt ərzində buzlu su hazır edin. Qaynayıb acısı çıxan əncirlərin suyunu boşaldıb buzlu soyuq suyun içərisinə tökün. Buzlu soyuq suda 10 dəqiqə saxladıqdan sonra suyunu dəyişin və yeni suda bir gecə gözlədin.

Eyni zamanda əhəng suyunu da hazırlayın. Böyük bir qabda 2 stəkan əhəng və 5 litr su töküb qarışdırın. Ən azı 5 saat belə saxlayın. Vaxt bitdikdə suyu bulandırmadan əhəngli suyun üstündən götürüb əncirlərin üzərinə tökün. Əncirləri 12 saat əhəngli suda saxlayın. Əhəngli sudan çıxardığınız əncirləri bol suda təxminən 5 dəfə yaxşıca yuyun. Daha sonra əncilrəri bir-bir əlinizlə sıxaraq suyunu çıxarın. Bu müddətdə əncirlərin forması dəyişib büzüləcək. Qorxmayın! Qaynayan şərbətin içərisinə atdıqda əvvəlki vəziyyətinə qayıdacaq.

Şərbəti üçün 1,5 litr suya 1,5 kq şəkər tozu töküb qaynadın. Şərbətin içərisinə çubuq darçın və dənə mixək töküb, əncirləri də əlavə edin. Təxminən 1 saat qaynadın. Mürəbbəni götürməmişdən əvvəl üzərinə yarım limonun suyunu sıxın. Kal əncir mürəbbəsinin məti duru olduğundan narahat olmayın (kənarda üstü açıq şəkildə 24 saat qaldıqda bərkiyəcək). Ocaqdan mürrəbəni götürüb soyuması üçün 1 gecə kənarda saxlayın. Daha sonra bankalara töküb soyuducuda saxlayın.

Mətbəx     Baxılıb: 1965   Tarix: 15 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

turlar.az

sonxeber.az toy makiyaji sekilleri sac duzumleri qadin dunyasi düzgün qidalanma hamilə qadın qara qarağat lasyon hazirlanmasi kosmetika novruz bayramına aid bakışta vətən həsrəti veten haqqinda atalar sozleri faydalı maskalar mekteb