Körpələrdə kəllə sümüyü nazik olduğu üçün adi bir zərbə beyni zədələyə bilər - Nevroloqdan AÇIQLAMA

Körpələrdə kəllə sümüyü nazik olduğu üçün adi bir zərbə beyni zədələyə bilər - Nevroloqdan AÇIQLAMADünəndən gündəmi zəbt edən bağçada körpənin başına tərbiyəçinin vurduğu yumruq zərbəsi ilə bağlı məsələ digər vacib problemi aktuallaşdırdı. İstər ailəiçi, istər bağçada, məktəbdə uşağın başına, kəlləsinə hər hansı fiziki təzyiq, zərbənin dəyməsi onun səhhətində hansı fəsadlara yarada bilər.
Kəlləyə zədə uşaqlarda nitq qüsuru, görmədə problem, epilepsiya yarada bilərmi?
Milli.Az bildirir ki, mövzu ilə bağlı medicina.az-a açıqlama verən uşaq nevroloqu Aynur Zeynalova belə zədələrin kəllə-beyin travmalarına səbəb olacağını istisna etmədi. Həkimlər belə travmalarla tez-tez rastlaşır və zərbədən asılı olaraq müxtəlif fəsadlar görülür.
Medicina.az həkimin açıqlamasını təqdim edir.
Körpələrdə kəllə sümüyü nazik olduğu üçün adi bir zərbə beyni zədələyə bilər - Nevroloqdan AÇIQLAMA"Körpələr və uşaqlarda kəllə beyin travmaları çox təhlükəli məsələdir. Uşaqlarda adətən velosipeddən düşmə, hündür yerdən yıxılma, başın yerə dəyməsi, qəzalar, balkondan düşmə zamanı kəllə beyin travmaları yaranır. Travma dərin, ciddidirsə yaxın saatlarda ürəkgetmə, qusma, başağrı, davranış pozulmaları müşahidə edilir. Xəstə dərhal xəstəxanaya çatdırılmalıdır.
Uşaqlarda beyinlə sümük zəri arasında qanama, beyin toxumasında qanama, zədə görülə bilər.
Körpə yaşlarda kəllə sınaqları, qanama və beyin zədələnməsinin əsas səbəblərindən biri odur ki, körpələrdə kəllə sümüyü nazik olduğu və tam formalaşmamış olur, ona görə ani bir zərbə hansı ki, böyük insanda heç bir fəsad vermir, körpəni öldürə, ific və şikəst edə bilər. Uşaq yerişini, davranışını itirir, epileptik tutmalara səbəb ola bilir.
Ona görə körpə uşaqların başını hər hansı zərbədən qorumaq lazımdır.
Bir nevroloq kimi böyük, yaşlı insanlar, hətta ailə üzvləri tərəfindən fiziki təsirlə bağlı uşaqlarda kəllə-beyin travmaları qarşımıza çıxır. Bu hal körpə və azyaşlı uşaqlarda fiziki zədə ilə yanaşı psixoloji narahatlıqlara da səbəb ola bilər.
Travma olan gün problem olmasa belə, bir neçə gündən sonra əlamətlər baş qaldırır. Başından travma almış uşaq üzdə heç bir narahatlıq olmasa da mütləq nevroloqa aparılmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 953   Tarix: 14 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

"Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur" – HƏKİM SƏBƏBİ AÇIQLADI

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. . Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?. xəbər verir ki

.

Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin

Bir çox insanın arzusu uzun və xoşbəxt bir həyat sürməkdir. Aydındır ki, orta fiziki fəaliyyət və düzgün qidalanma prinsiplərinə riayət etməklə uzunömürlülük şansı artır.   -a istinadən xəbər verir ki, ancaq ömrü uzatmağı

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

turlar.az

sonxeber.az yay geyimləri 2024 hamilelikde qidalanma toy gecesi qadın psixologiyası buxaq hamiləlikdə uşağın cinsinin təyini ayaq dirnaqlara qulluq kosmetika babasil bürcler vicdan vətən haqqında bayatılar gəncə