Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)

Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)Tərkibi:
1/2 dəstə pərpərən
Bir miqdar cəfəri
4 yemək qaşığı konserv qarğıdalı
4 ədəd közlənmiş qırmızı şirin bibər
"Zeytun bağları" zeytun yağı
Limon suyu
Duz
Hazırlanması:

Əvvəlcə 1/2 dəstə pərpərən yaxşıca yuyulur, qurudulur və iri bir qabda doğranır.

Daha sonra cəfəri də yuyulub qurudularaq doğranır və 4 yemək qaşığı qarğıdalı ilə birlikdə pərpərənin üzərinə əlavə edilir

Sonra közərmiş qırmızı bibərləri küp halında doğrayaraq digər tərkib hissələrinin üzərinə əlavə edirik. Qeyd edim ki, məsələn, İstanbul marketlərdində bu cür közlənmiş bibərlər istənilən marketdə satılır, onlar həm də turşu kimi də istifadə olunur. Ləzzəti ayrılıqda da gözəldir.

Sonda salata zeytun yağı, limon suyu və duzu da əlavə edin

Servis edərkən yaxşı olar ki, qırmızı bibəri salatın ortasına yerləşdirəsiniz. Bu həm salatın görünüşcə gözəl görünməsinə səbəb olacaq, həm də uzun müddət salat sulanmayacaq.

Nuş olsun!

Mətbəx     Baxılıb: 1552   Tarix: 13 iyul 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

turlar.az

sonxeber.az yemek reseptleri hamiləlik maskalar müxtəlif doğumdan sonra hamiləlik hesablama makiyaj sirləri kosmetika babasil veten haqqinda atalar sozu burcler haqqinda novruz bayramina aid hakistalar hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz