Krallar xəstəliyi PODAQRA. Səbəblər və müalicə

Krallar xəstəliyi PODAQRA. Səbəblər və müalicəƏvvəllər bu xəstəliyə yalnız yüksək təbəqəli insanlarda təsadüf edilirdi.
Bunun səbəbi həddən artıq qida və spirtli içkilərin qəbulu idi. Sadə insanlarda bu xəstəliyə rast gəlinmirdi. Məhz bu səbəbdən podaqranı "krallar xəstəliyi" adlandırırdılar.
Podaqra oynaqların xroniki iltihabi xəstəliyidir. Saglamolun.az bildirir ki, podaqra zamanı oynaqlarda urat duzları yığılır. Adi insanlar adətən bu xəstəliyi məhz "duzlar" adlandırırlar. Bu kifayət qədər yayılmış xəstəlikdir. Kişilərdə qadınlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast gəlinir. Daha tez-tez hallarda bu xəstəlik artıq çəkisi və mübadilə proseslərin pozulmaları olan kişilərdə 40 yaşından sonra inkişaf edir. Qadınlarda isə podaqra menopauzadan sonra (50-55 yaşlarında) inkişaf edə bilər.
Podaqra istənilən oynaqları zədələyə bilər - barmaqların, əllərin, dirsəklərin, dizlərin, pəncələrin. Əksər hallarda podaqra ayaq barmaqlarında (xüsusilə baş barmaqlarda)  inkişaf edir. Hipertoniya, şəkərli diabet kimi xəstəliklər, düzgün olmayan qidalanma, spirtli içkilərin qəbulu, irsiyyət bu xəstəliyin risk faktorları sayılır.
Xəstəlik oynaqda olan qəfil güclü ağrı ilə özünü büruzə verir, zədələnmiş oynaq qızarır, insan bu yerdə istilik hiss edir, bədən hərarəti də arta bilər. Adətən podaqra tutması gecə saatlarında inkişaf edir, günorta azalır, gecə isə yenə təkrarlanır. Belə tutmalar hətta 1 həftə və bundan artıq çəkə bilər.
Spirtli içkilərin qəbulu, travma, uzun müddət ərzində ayaq üstə qalmaq və ya gəzmək, bəzi dərman preparatların qəbulu (xüsusilə sidikqovucu preparatların) podaqranın tutmasına təkan verə bilər.
Podaqra müalicə olunmazsa, tutmalar daha tez-tez təkrarlanmağa başlayır, oynaq öz normal formasını dəyişir, vaxt keçdikcə oynaq və sümük qismən dağılır.
Podaqra zamanı zədələnmiş oynaqların yanında şişlər (onları "tofus" adlandırırlar) əmələ gəlir. Bu şişlər adətən ağrısız olur, lakin bəzən onlar iltihablaşır və bu da ağrılara səbəb olur.
Podaqra xəstəliyi zamanı xüsusi müalicə təyin olunur. Bu müalicənin əsas məqsədi orqanizmdə urat duzların azaldılmasıdır. Həmçinin xəstəyə ağrısızlaşdıran və iltihabəleyhinə preparatlar təyin olunur. Dərmanlardan əlavə müalicə zamanı fizoterapiya metodlarından da istifadə olunur (elektroforez, maqnit). Çox ağır hallarda cərrahi müalicə tətbiq oluna bilər.
Dərmanlardan əlavə müəyyən qidalanma rejimi da bu xəstəlik zamanı böyük rol oynayır. Belə ki, podaqradan əziyyət çəkən insanlar qara ciyər, böyrək, dil kimi məhsulları, yağlı ət, balıq növləri, konservlər, turşular, ət və balıq bulyonları, qoyun piyi yeməməlidir. Qidaları bişirdikdə az miqdarda duz əlavə etmək lazımdır.
Paxlalılar (noxud, lobya, mərci), göbələk, gül kələmi, çay, qəhvə, kakao, şokolad kimi məhsulları məhdudlaşdırmaq lazımdır. Əksinə isə süd məhsulları, yarmalar, yumurta, meyvə (xüsusilə sitrus meyvələri) və giləmeyvələr podaqra xəstəliyi olan insanlar üçün xeyirlidir.
Podaqra xəstəliyi olan insanlar gün ərzində 1,5-2 l maye qəbul etməlidir. Bu orqanizmdən duzların çıxmasına kömək edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1096   Tarix: 24 oktyabr 2021
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

.

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.   -a istinadən xəbə

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

turlar.az

sonxeber.az reseptler qadın geyimi maskalar tutma reseptleri uşaq yeməyi erotik geyim evde manikur nece edilir kosmetika ginekoloq birlik qiz evi ucun xeyanet oxu az