"Küy xəstəliyi" nədir? - Qarşısını almaq üçün...

"Küy xəstəliyi" nədir? - Qarşısını almaq üçün...Səs-küyün insan orqanizminə təsiri hazırda dünyada ən aktual problemlərdən biridir. Təbii səslər (dəniz dalğasının, yarpaqların, küləyin səsi, şəlalə axını, çayın şırıltısı və s.) insana xoş təsir edir, onu sakitləşdirir. Amma bu əks təsir də göstərə bilər.  Küy - müxtəlif tezlikli və intensivlikli səslərin qarışığıdır ki, insan orqanizminə neqativ təsir göstərir.
Həkim Amaliya Rəhimova Lent.az-a açıqlamasında bildirib ki, şəhər əhalisi küydən daha çox əziyyət çəkir, çünki bu təsir davamlı, müxtəlif və qaçılmazdır:
"Avtomobillər, inşaat sahələri, təmir işləri, siqnallar, səs-küylü qonşular... Küy eşitmə qabiliyyətini zəiflədir, sinir sistemini qıcıqlandırır, çoxsaylı xəstəliklərin yaranmasına yol açır. Küyün səviyyəsi desibel ilə ölçülür. Meşədə - 12-26 dB, pıçıltı ilə danışıq- 20-30 dB, adi söhbət - 40-50 dB, küçədə -75-85 dB, zavod-fabrikdə -75-115 dB, təyyarə qalxarkən- 120-130 dB vəs".
Həkim bildirir ki, insan orqanizmi səs-küyə fərqli reaksiya göstərir:
"68 - 92 dB səs-küyə məruz qalma sinir sisteminin müəyyən xəstəliklərinə səbəb olur. Səs səviyyəsinin 84 - 88 dB-li keçməsi qan təzyiqinin artmasına səbəb ola bilər. Nəqliyyat və tikinti işlərindən gələn səslər insana daha pis təsir göstərir. Məsələn, əgər yaşadığınız evin yaxınlığında hansısa şirkət illərlə bina inşa edir, sonra orda təmir işləri başlayırsa, üstəlik, ev geniş prospektin 4 yol ayrıcındadırsa, sağlamlığa bunun mütləq bir təsiri olacaq. İnsan bunu birbaşa tikinti faktı və ya intensiv avtomobil hərəkəti ilə əlaqələndirmir, amma uzaq perspektivdə problemin yaranmasında rolu danılmazdır".
Bəs, səs-küy hansı yolla sağlamlığa neqativ təsir edir?
"Orqanlarda pozulmalar neyro-humoral mexanizm ilə inkişaf edir. Maksimal həddi aşan səs-küy (məsələn, istehsalatda) və nisbətən aşağı desibelli, amma uzunmüddətli küy güclü stressordur. Hipotalamo-hipofizar-böyrəküstü sistem xroniki küy zamanı qanda stress hormonlarının (adrenalin, kortizon, noradrenalin) istehsalını artıraraq, qan damarlarının tonusunun artmasına, onların spazmına, toxuma və orqanlarda işemiya, hipoksiya, asidoza səbəb olur. Ardınca distrofik, degenerativ pozulmaların inkişafına təkan verilir ki, bu da genotipik və fenotipik xüsusiyyətdən asılı olaraq müxtəlif sindrom və xəstəliklə təzahür edə bilər. Sadə dillə desək, kimin irsiyətdən harası zəifdir, ora daha çox zədələnəcək".
Amaliya Rəhimova deyir ki, 110 dB və ya daha çox küy tam karlığa səbəb ola bilər:
"Səs səviyyəsi yüksək və çox yüksəkdirsə, eşitmə həssaslığı bir-iki ilə azalır. Orta səs-küyün təsirindən eşitmə itkisi, demək olar ki, hiss olunmur. Bu halda eşitmə həssaslığının azalması 7-12 ilə inkişaf edir. Bir sıra elmi tədqiqatlar yüksək səs-küylü bölgələrdə böyüyən uşaqların oxu, yaddaş və danışıq məsələsində yaşıdlarından geri qaldığını; 50 yaşdan yuxarı insanlarda infarkt riski yüksəldiyini göstərir.
Uzun müddət səs-küyə məruz qalan insan "küy xəstəliyinə" tutula bilər. Xəstəliyin kliniki təzahürləri spesifik (korti orqanında (qulaqda) olan dəyişikliklər) və qeyri-spesifik, yəni bütün orqan və sistemlər tərəfindən yaranan simptomlara ayrılır. Xəstəliyinin obyektiv əlamətləri: eşitmə həssaslığının azalması; mədədə turşuluğun azalması və həzm sisteminin funksiyalarında pozulmalar; ürək-damar problemləri; endokrin sistemin müxtəlif pozulmaları. Subyektiv əlamətlər: qulaqda ağrı, cingilti, səs; qıcıqlığın artması; mədə ağrısı; yaddaşın azalması və qismən itirilməsi; tez-tez başgicəllənmə; şiddətli baş ağrıları; yorğunluq; iştahsızlıq".
Küyün təsirindən necə qorunaq? Həkim bəzi məsləhətləri verir:
1. İmkan daxilində gündə 1-2 saatı tam sakitlikdə keçirin. Səs-küy yalnız eşitməyə deyil, həm də sinir sistemini zədələdiyindən hər gün ən azı 1-2 saat tam sükut içində keçirmək, texnoloji cihazlardan ayrılıb, televizoru, kompüteri unudub meditasiya etmək faydalıdır
2. Daha tez-tez təbiətdə olun. Yarpaqların səssiz titrəyişi, quşların gözəl nəğməsi səs-küylü şəhərə ara verməyə və rahatlığın bərpasına kömək edəcək. Stressdən sonra eşitmə hüceyrələrinin bu cür təbii şəraitdə daha sürətli sağaldığı sübut edilmişdir.
Pəncərələri dəyişin, ikinci qat pəncərə qoyun. Döşəmənin, tavanın, divarların səs izolyasiyası küçə səs-küyünü və yaxın ətrafın səsini minimuma endirəcək
3. Musiqiyə çox yüksək səslə qulaq asmayın. Çox yüksək musiqi səsi qulaqları həmişəlik zədələyə bilər.
4. Keyfiyyətli və düzgün seçilmiş qulaq tıxacları təxminən 25-35 dB səs-küyü aradan qaldıra bilər (qulaqcıqların insan sağlamlığı üçün təhlükəsiz materiallardan hazırlandığına əmin olun).
5. Mebellərin yerlərini dəyişin. Evinizdəki səs-küy izolyasiyasının səviyyəsini artırmaq məqsədilə böyük şkafı divara çəkin, yatağı divardan mümkün qədər uzaqlaşdırın.
6.  "Ağır" materialdan hazırlanmış pərdələr küçə səs-küyünü boğa bilər.
7.  Yerdə ağır xalça aşağıdan gələn səs-küyün qarşısını alacaq.
Eşitmə gigiyenasına hər zaman riayət etmək vacibdir: onu itirmək çox asan, bərpa etmək isə çətindir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1083   Tarix: 25 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin

Bir çox insanın arzusu uzun və xoşbəxt bir həyat sürməkdir. Aydındır ki, orta fiziki fəaliyyət və düzgün qidalanma prinsiplərinə riayət etməklə uzunömürlülük şansı artır.   -a istinadən xəbər verir ki, ancaq ömrü uzatmağı

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Niyə oyandıqdan dərhal sonra qalxmaq lazımdır?

Bir çox insan səhər oyananda çarpayıda uzanmağa davam edir.   -a istinadən xəbər verir ki, bu yanaşma yalnışdır. Fakt budur ki, oyanan insan uzun müddət yataqda qalsa, onun "yuxudan çıxması" daha çətin olacaq. Başq

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman

Əqli gücü artıran, zəkanı kəskinləşdirən müxtəlif qidalar olduğu bilinir. -a istinadən xəbər verir ki, bunlardan birinin adını məşhur tibb alimi İbn Sina əsrlər öncə açıqlayıb. Sağlamlıq sahəsində müxtəlif tədqiqatlar apara

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.   -a istinadən xəbə

turlar.az

sonxeber.az aksessuarlar yaz geyimleri 2024 geymler 2024 sengulum nagili aparici serxan keremoglu biskvitli tort resepti pilinqin hazirlanmasi kosmetika oyunlar ağır itki englishdilində qulaq cinsi usaq seirleri