Ləzzətindən doymayacağınız yay salatı - RESEPT

Ləzzətindən doymayacağınız yay salatı - RESEPTYayda yağlı yeməklərdən uzaq durun, ləzzətli salatlar hazırlayın.

Metbuat.az yay salatının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 banka turşuya qoyulmuş göbələk

1 ədəd orta boy yerkökü

1 ədəd kiçik qırmızı Bolqar bibəri

1 ədəd kiçik sarı Bolqar bibəri

1 ədəd kiçik yaşıl Bolqar bibəri

1 ədəd orta boy turşu-xiyar

1 ədəd orta boy təzə xiyar

1 ədəd orta boy baş soğan

3-4 x/q limon suyu

3-4 x/q zeytun yağı

Zövqə görə şüyüd

Duz, istiot

Hazırlanması:

Göbələkləri iki yerə bölün. Yerkökünü qaynadıb nazik doğrayın. Bibərləri və xiyarları (təzə xiyarın qabığını soyun) da uzun-uzun və nazik doğrayın. Şüyüdü də doğrayın.

Soğanı nazik doğrayın və üzərinə duz səpin. Bütün ərzaqları bir qaba qoyub üstünə limon suyu və zeytun yağı əlavə edin. Zövqə görə duz, istiot əlavə edin.

Nuş olsun!

Mətbəx   Baxılıb: 460   Tarix: 04 iyul 2017  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti