Makiyaj süngərindən necə istifadə edilməli?- 5 QAYDA

Makiyaj süngərindən necə istifadə edilməli?- 5 QAYDAMakiyaj süngərləri bir çox xanımların kosmetika çantasının ayrılmaz hissəsidir. Makiyajın üzdə daha yaxşı qalmasına xidmət edən bu süngərlərdən istifadənin də sən demə, öz qaydaları var imiş.
Kosmetoloqların tövsiyyələrinə görə, bu qaydalara əməl edərək makiyaj süngərindən istifadə etmək həm onun ömrünü uzadır, həm də dərinin sağlam qalmasına kömək edir.
Quru istifadə etmək
Quru istifadə edilən makiyaj süngəri tonal kremi özünə daha çox çəkir. Beləliklə, tonal kremin çoxu üz əvəzinə süngərə yapışır. Buna görə də, makiyaja başlayarkən əvvəlcə süngəri islatmaq, yaxşıca sıxmaq və daha sonra tonalı üzə tətbiq etmək lazımdır. Belə tətbiqetmə həm daha az tonal krem istifadə etməyimizə, həm də yumşaq şəkildə hərəkət etdirməyimizə gətirib çıxarır.
Tonal kremi birbaşa süngərə tökmək
Tonal kremi birbaşa süngərə tökmək əvəzinə, ələ tökün və sonra süngərin geniş tərəfilə burdan alıb üzə tətbiq edin. Beləliklə, makiyaj süngərinin daha az tonal krem əmməsinin qarşısını almış olacaqsınız.
Sadəcə tonal krem üçün istifadə etmək
Makiyaj süngərini təkcə tonal krem üçün deyil, həm də, krem və gel şəklində olan ənlik, aydınlatıcı kimi məhsulların tətbiqində də istifadə edə bilərsiniz.
Təmizləmədən çantaya atmaq
Makiyaj süngərini çox vaxt təmizləmədən çantaya atırıq. Amma təmizlənməyən süngərin içində bakteriyalar yaranır və onu üzə vurduqda dərimizdə sızanaq kimi dəri problemləri yaranır. Buna görə də, hər istifadədə makiyaj süngərini su ilə yumaq və qurutmaq lazımdır.
Uzun müddət istifadə etmək
Makiyaj vasitələrinin istifadə müddəti olduğu kimi, süngərin də istifadə müddəti var. Yeni süngərə ehtiyac onun rənginin dəyişməsi və formasını itirməsilə yaranır. Əgər makiyaj süngərini hər gün istifadə edirsinizsə onu 2-3 aydan bir dəyişməyiniz məsləhətlidir. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4041   Tarix: 22 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

turlar.az

sonxeber.az kosmetika mehsullari yaz geyimleri 2024 yay kolleksiyasi cizgi filmi magura geyim manikür və pedikür valideynlərə məsləhət kosmetika turpun nağlı kəlamlar anabaci yemek reseptleri hekaye janri