Maşın kolleksiyası olan Manaf xaricdə təhsil alan gənclərə köməkdən imtina etdi: Özümü güclə dolandırıram

Maşın kolleksiyası olan Manaf xaricdə təhsil alan gənclərə köməkdən imtina etdi: Özümü güclə dolandırıramVaçe Manukyan adlı erməni milyarderin 1700 soydaşını xaricdə oxutdurması xəbəri diqqətimizi cəlb etməyə bilməzdi. 1945-ci ildə Livanda doğulan erməni biznesmenin özü də Kipr və London kimi xarici ölkələrdə təhsil alıb. Erməni xalqının gələcəyi üçün təhsilin vacibliyini anlayan V.Manukyan xüsusi fond yaradıb və erməni gənclərin xaricdə təhsil alması üçün onları maliyyələşdirir.

Bəli, Azərbaycanın da Rusiyada, Türkiyə və digər xarici ölkələrdə milyardlar qazanan iş adamları var. Niyə uzağa gedirik ki, elə Azərbaycanın özündə də qazancları, evləri, geyimləri, xarici avtomobilləri, mahnılara xərclədikləri pulları ilə gündəm olmağa çalışan müğənnilərimiz var. Bəs, görəsən onlar bu vaxta qədər hansısa azərbaycanlı tələbənin təhsil xərclərini ödəyiblər?

Elə bu sualla müraciət etdiyimiz ilk müğənni Manaf Ağayev oldu. Müğənni qəti şəkildə dediyi "Yox" kəlməsi ilə bundan sonra da bu haqda fikirləşməyəcəyini sanki eşitdirmək istədi:

"Qohum-əqrəbanın uşaqlarına kömək etmişəm. Yəni mənə müraciət ediblər, mən də maddi cəhətdən köməklik göstərmişəm. Amma yad insanlara etməmişəm. İndi kim kimə yardım edir ki, mən də edim?! İndiki zamanda qardaş qardaşa 1 manat vermir. Belə müraciət edənlər çoxdur, milyarder deyiləm ki… Manaf özünü güclə dolandırır".

Əli Mirəliyev isə həmişə kimi emossional danışığı ilə həm müğənniləri, həm də xarici universitetləri tənqid atəşinə tutdu:

"Siz nə danışırsınız? Bizim müğənnilərimiz qarınlarına yemək tapmırlar, qaldı ki, tələbə oxutdursunlar. Azərbaycanda sovetlər birliyində ziyalı insanlar övladlarını xaricdə oxutdururdular. Müğənni kimdir ki, xaricdə uşaq oxutdursun. Kimin toyu var evində xörəyi qaynayacaq, kimin toyu yoxdursa, ac qalacaq. Ac qalan müğənni hansı tələbəni oxutdura biləcək? Guya xaric uşağa təhsil verir? Xaric nə təhsil verir?

Əksər müğənnilər yalan danışırlar. Müğənni kimdir ki, xalqın uşağının təhsil haqqısını ödəsin. Bunlar hamısı boş söhbətlərdir. Bunu yalandan deyənlər özlərini reklam edir. Mən efirlərdə oluram da… Qarabağ əlili olanlar, imkansız şəxslər gəlirlər, yalvararaq onlardan kömək istəyirlər. 1 manat belə vermirlər. Hacı Zeynalabdin Tağıyev, Heydər Əliyev kimi şəxsiyyətlər xeyirxah insanlar olublar, gəncləri xaricdə oxudublar. Müğənnilər gedib əyinlərinə şalvar alsınlar".

Xaricdə övlad oxutdurduğunu deyən Elariz Məmmədoğlu "Bir gəncin xaricdə təhsil alması üçün vəsait almalıdır. Mənim övladlarımdan biri xaricdə təhsil alır və mən ona böyük vəsait xərcləyirəm. Başqa birisinin təhsil almasına mənim sadəcə olaraq, maddi gücüm çatmaz".

"Xeyir, olmayıb. Çünki mən bir çox şeylərdən vaxtilə təcrid olunmuşam, mənə məhudiyyətlər qoyulub deyə edə bilməmişəm" deyən xalq artisti Flora Kərimova üzünü bu mövzuda yalan danışan müğənnilərə tutdu:

"Azərbaycan vətəndaşı, Azərbaycan qadını kimi hər zaman məsuliyyət hiss eləmişəm Ona görə də təəssüflər olsun ki, mənim kiməsə kömək eləməyə imkanım olmayıb. Ancaq xırda yardımlar olub. Kiminsə dərmanına pul lazım olub, övladını qapıma göndərib. Məni aldadanlar da olub.

Ümumiyyətlə, danışanlar çoxdur. Mən də yalandan danışa bilərdim, amma heç vaxt eləməmişəm. Ad çəkmək istəmirəm, biri deyir ki, guya xaricdən uşaq götürüb saxlayır. Mən inanmıram. Çünki onu deyənlərin çoxu 1 manata görə adamın gözünü çıxardarlar. Mən üzümü o adamlara tutub deyirəm: o adamlar ki, milləti aldadır, özünü vətənpərvər, əliaçıq göstərmək istəyir, inanın ki, heç nə veclərinə deyil. Onlar bilsinlər ki, bu milləti aldatmamalıdırlar. Çünki bu millətin, ölkənin o qədər ağır bəxti var. Ayıbdır!"

(a24)

Xəbərlər     Baxılıb: 2909   Tarix: 15 avqust 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

.

Yerkökü xərçəng riskini azalda bilər

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.   -a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizin

.

Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar

İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır. . -a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Nəyə görə 40 yaşdan sonra təzyiq "oynayır"?

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər. -a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbin

turlar.az

sonxeber.az toy makiyajlari sade makiyaj sekilleri geyim və ayaqqabılar xinayaxdi bayatilari vətən haqqında bayatılar dieta cinsi mövzular kosmetika novruz bayramina aid hakista sevgi muellim seiri xerceng qadin.az