Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti - Azərbaycanda da geniş yayılıb

Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti - Azərbaycanda da geniş yayılıbMədəaltı vəz şiş xəstəliyi simptomsuz başlayan və sürətlə irəliləyən aqressiv formalı və xəstənin erkən ölümünə səbəb olan 10 xərçəng növündən biridir.
Son zamanlar bütün dünyada və o cümlədən Azərbaycanda da bu xəstəliyə tutulanların sayı artıb.
Medicina.az mədəaltı vəz xərçənginin erkən əlamətləri və kimləri tuta biləcəyi barədə məlumatı təqdim edir.
Xəstəliyin risk faktorları: içki, siqaret, zərərli qidalanma, çox yemək, yağlı, heyvan mənşəli qidalar, xroniki iltihabi xəstəliklər, diabet, mədəaltı vəzin pankreatiti və s-dir.
Mədəaltı vəzdə şiş olmasını göstərən əsas simtpomlar:
- İştahın qəfil, səbəbsiz kəsilməsi və kəskin arıqlama
- Tez yorulma, səhərlər belə yerindən qalxmaq istəməmək
- Titrətmə və səbəbsiz qızdırma, sonra qızdırmanın itməsi
- Qarın boşluğu, mədəaltı və mədə üstündə uzun, küt ağrı, sancı, kürəyə yayılan ağrı
- Gecələr belə ağrı, qəfil ağrıdan yuxudan oyanma
- Ümumiyyətlə, ağrı insan uzanan yerdə artır
- Mexaniki sarılıq - dərinin, göz bəbəyinin saralması
- Sidiyin tünd pivə rəngi alması
- Nəcisin rəngsizləşməsi, ağarması
- Dəri səthində qaşınmalar, nəticədə xəstənin yata bilməməsi, əsəbi olması
- Mədəaltı vəzi həzm üçün lazımi fermentlər hasil etdiyindən, şiş zamanı bu fəaliyyətini icra edə bilmir, pozulur və ferment defisiti yaranır. Nəticədə xəstə tez-tez nəcisə gedir, qarnı çox köpür, yeməkdən sonra ağırlıq hiss edir, nəcis çox yağlı, yapışqanlı olur.
Nə etməli:
İlk öncə terapevt və qastroenteroloqa müraciət olunur.
Qan analizi, qanda bilirubin, biokimyəvi analiz, sidik, nəcis analizi, bütün daxili orqanların UZİ-si, lazım gələrsə KT, orqanı görmək üçün fibroqastroduenoskopiya edilir.
Xəstəliyin dərəcəsinə görə kimya və radioterapiya, cərrahi müalicə tətbiq olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 928   Tarix: 12 fevral 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Yerkökü xərçəng riskini azalda bilər

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.   -a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizin

.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

"Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI . Mədə üçün ən faydal

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

turlar.az

sonxeber.az yay geyimləri 2024 geyim dəbləri geyim və ayaqqabılar intim haqda döşləri necə böyütmək olar sarimsaqin xeyri hamilə qadın nə yeməli kosmetika xanım az nizami gencevi orqazm statuslar burcler