Meteohəssaslıq xroniki və hipertoniya xəstəliyi olanlarda daha yüksəkdir

Meteohəssaslıq xroniki və hipertoniya xəstəliyi olanlarda daha yüksəkdirHavanın dəyişkənliyi insanlara fərqli təsir göstərir və bundan hər üç nəfərdən biri şikayət edir. İnsan hər zaman təbiətlə həmahəng olur: yağan yağış, axan çaylar, çıxan günəş onun əhvalına və fiziki durumuna təsirsiz ötüşmür. Lakin bununla birlikdə təbiət hadisələrinə daha həssas olan insanlar var.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayeva deyib: "Havanın dəyişməsi insan orqanizminə bilavasitə təsir göstərən xarici mühit amillərindəndir. Həmin təsir nəticəsində sinir sistemində və bununla əlaqədar olaraq mərkəzi və vegetativ sinir, eyni zamanda, immun sisteminin qoşulması orqanizmdə bir sıra dəyişikliklərin yaranması ilə nəticələnir. Xroniki və hipertoniya xəstəliyi olanlar daha çox meteohəssas olur".
Meteohəssaslıq əsasən özünü bir neçə saat davam edən baş ağrıları, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətləri ilə göstərir. Bütün bunlara isə güclü külək, qar, yağış, maqnit qasırğası və günəşdə olan partlayışlar səbəb ola bilər. Meteoroloji dəyişikliklərə dözümlü olmaq və həssaslığı azaltmaq da mümkündür.
Həkim-terapevt onu da deyib ki, iqlim dəyişikliyinə həssas olanlar xarici mühit amillərinə qarşı orqanizmin müqavimətini artırmağa çalışmalıdırlar: "Təmiz havada çox olmaq, günəş şüarları, xüsusilə ultrabənövşəyi şüalar qəbul etmək, yay aylarında dəniz çimərliklərində olmaq, normal əmək və istirahət rejiminin saxlanılması, zəngin vitaminli qidaların qəbulu xarici mühit amillərinə qarşı müqaviməti artırır və həssaslığı azaldır".
Bundan başqa mütəmadi olaraq normal yuxu təbiətin şıltaqlığı ilə mübarizədə kömək edə bilər. Nanə, lavanda, evkalipt, qızılgülün efir yağlarından vanna qəbulu isə əhval-ruhiyyəni və immuniteti yüksəldir, sinir sisteminin sakitləşməsinə və emosiyaların nəzarətdə saxlanılmasına kömək edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1178   Tarix: 22 aprel 2020
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

turlar.az

sonxeber.az qadin dunyasi reseptler toy makiyajlari saç hörükləri ailə hamiləlik nermin ibrahimova yataqda seks kosmetika qiz evi haxista toy gecesi rus dili vetene aid bayatilar mekteb