Müğənni Röyanın eks-qayınatasının cinayət işi ilə bağlı yeni xəbər

Müğənni Röyanın eks-qayınatasının cinayət işi ilə bağlı yeni xəbər"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işinin istintaqı və tanış olma mərhələsi başa çatıb.

Ç.Cəlilovun cinayət işi atıq məhkəməyə göndərilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mənbə: report.az

Xəbərlər     Baxılıb: 2107   Tarix: 04 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olara

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Bəzən evə heç gözlənilməyən anda qonaq gəlir. Belə hallarla qarşılaşan ev sahibləri çox vaxt həyəcanlanır. Evlərin səliqəyə salınması, yeməyin hazırlanmasında çətinlik yaranır. Ancaq bunun üçün narahat olmaq lazım deyil

.

Bu şəxslər hər gün yumurta yeməlidir

a istinadən yumurtanın faydalarını təqdim edir:. Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları . - Uzun müddət tox tutur. - Güclü bir protein

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

turlar.az

sonxeber.az geyim necə seçməli geymler 2024 reseptler moda arıqlamaq qaydaları aybasi qani ile cadu otaq dizayni kosmetika seksi sac duzumleri vusale elizade vətənə aid geyim