Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub

Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunubAzərbaycan Televiziyasında tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.
Bu barədə Open.az-a AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, peşəkar teleaparıcı TV-də Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub.
Bu vaxta kimi N.Cəlilova AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında kafedra müdiri vəzifəsində çalışırdı. O, həm də bu vəzifəsində qalacaq.
Nərgiz Cəlilova yeni təyinatı ilə bağlı danışarkən deyib ki, Akademiyaya gələn tələbələr arasında efirə yaraşanları kifayət qədərdir: "Teleradio Akademiyasına gələn tələbələr arasında çox yaxşı nitqi, səlis danışıq qabiliyyəti, gözəl efir səsi olan, savadlı gənclər var. Lakin sanki arada itirlər. Ona görə seçilən uşaqlarla əlavə məşğul olub, müəyyən formatlara hazırlamaq lazımdır. Biz aparıcının daha çox nəyə qadir olduğunu, hansı proqrama yaraşdığını müəyyən etməliyik. Bu, əsas məsələlərdən biridir. Kimsə xəbər proqramı üçün uyğun deyilsə, onu həmin formata yönləndirsək, bu, həmin şəxsin özü üçün də yanlış olar, problemlər yarana bilər".
N.Cəlilovanın sözlərinə görə, həm AzTV, həm "Mədəniyyət" kanalı, həm də İdman TV-nin aparıcıları ilə məşğul olacaq: "Çalışacağam ki, aparıcılarımızla daim təmasda olum, təcrübəmdən irəli gələrək bildiklərimi onlara çatdırım".
Məlumat üçün bildirək ki, Nərgiz Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.

Şou Biznes     Baxılıb: 1344   Tarix: 26 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cem Yılmaza spirtli içki qadağası

Türkiyəli şoumen Cem Yılmazın sosial şəbəkə hesablarrında üstü örtülü spirtli içkiləri reklamlar etdiyi müəyyən edilib. Türkiyə mətbuatına əsasən xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin Reklam Şurası Yılmazın hesabınd

.

Dilarə Kazımova "Summer Beach Festivalı'nda

Avroviziya təmsilçimiz Dilarə Kazımova Bakıda keçiriləcək "Summer Beach Festivalı"nda çıxış edəcək. . xəbər verir ki, pop ulduz iyulun 13-14-də səhnə alacaq. . Xəzərin sahilində Kazımova hit olan mahnıları və supe

.

Buse Aras Bulutla sevgili olduğunu etiraf etdi

Bir müddətdir həmkarı Aras Bulut İynemli ilə sevgili olan aktrisa Buse Meral müsahibə zamanı bir-birinin ardınca verilən sualları cavablandırıb. xəbər verir ki, şəxsi həyatı ilə bağlı danışmaq istəməyən aktrisa xoşbəxt olduğunu

.

Roza Zərgərli: 'Müğənniyəm, nə istəsəm geyinərəm

"Öz hesabıma 8 il veriliş təqdim edəndə, sənətkarları qonaq edəndə məndən yazmırdınız. İndi nə geyinsəm ondan yazırsınız".  . xəbər verir ki, bu sözləri Roza Zərgərli Ülvira Qarayeva ilə müsahibəsi zamanı deyib

.

Zarina: 'Bir çox ailə problemlərində günahkar valideynlərdir

"Xəzər axşamı" verilişinə qonaq olan aktrisa Zarina Qurbanova maraqlı açıqlamsı ilə yadda qalıb. xəbər verir ki, o, boşanmalara münasibət bildirərək fikirllərini izləyicilər ilə bölüşb. "Mənim 33 yaşım var

.

Məşhur müğənni polis tərəfindən saxlanılıb

Məşhur türkiyəli müğənni Kalben həbs olunub. xəbər verir ki, müğənni Kalben İstanbulda narkotik əməliyyatında saxlanılıb. Onun polisə verdiyi ifadəsində billdirilib ki, o, narkotik vasitəni satmayıb, özü istifadə edib. Ayse

.

Boşanma səbəbləri bəlli oldu

Nihat Doğan və 2022-ci ildə evləndiyi iranlı həyat yoldaşı Arzu Doğanın boşanma xəbrləri təsdiqini tapıb. xxəbər verir ki, Arzu Doğan (Arezoo Gharlar) sosial media hesabında ayrılmaq qərarının səbəbini açıqlayıb. "

.

Kızılcık Şerbeti'nin aktyoru azərbaycanlı imiş

"Kızılcık Şerbeti" serialında Fatih obrazını canlandıran aktyor Doğulan Güngör qatıldığı verilişdə özü ilə bağlı məlumat verərkən hər kəsi təəccübləndirib. xəbər verir ki, o, atasının azərbaycanlı olduğunu deyib

.

"Avroviziya-2024"ün ikinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib. xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər

turlar.az

sonxeber.az adlarin menasi maskalar geyim və ayaqqabılar kısa saç hörükləri islamda hicab qazan kotleti qaynar qazan kosmetika öpüşme dieta sevgi xərçəng bürcü əfsanələr