Ölüm təhdidi altında gözəllik

Ölüm təhdidi altında gözəllikYumşalmadan sonra fəaliyyətlərinə icazə verilməsinə baxmayaraq, koronavirusa yoluxma riski olan yerlər arasında gözəllik salonları hələ də qalmaqdadır.
Bu günlərdə Türkiyənin Ordu şəhərində toyda koronavirusa kütləvi yoluxma halı baş verib. Hürriyet.com-un məlumatına görə, hadisəyə təkcə pandemiya dövründə deyil, adi günlərdə belə əməl edilməli olunan sadə gigiyena qaydalarına riayət edilməməsi səbəb olub. Belə ki, eyni makiyaj vasitəsindən istifadə edən 35 nəfər COVID-19-a yoluxub. Yoluxmanın daha da artmasının qarşısının alınması məqsədilə məhəllə ümumilikdə karantinə alınıb.
Azərbaycanda da bir müddət davam edən qadağadan sonra gözəllik salonları fəaliyyətini bərpa edib. Hazırda bu məkanlarda bütün kosmetoloji xidmətlərin göstərilməsinə icazə verilib. Amma etiraf edək ki, bizdə də heç də hər yerdə adi gigiyena qaydalarına ciddi əməl edilmir. Kiçik bir səhlənkarlıq virusun yayılmasına gətirib çıxara bilər.
Ölüm təhdidi altında gözəllikTanınmış kosmetoloq Elnarə Rzayeva bildirir ki, pandemiya dövründə bərbərxanalar, gözəllik mərkəzləri sanitar və gigiyenik tələblərə mütləq şəkildə əməl etməlidir. Dəri ilə təmasda birdəfəlik tibbi əşyalardan istifadə olunmalıdır.
E.Rzayeva deyir ki, peşəkar kosmetoloji xidmətlərin göstərildiyi məkanlarda bu tələblərə əməl olunur: "Biz müştəriləri öncədən qəbula yazılmaqla qəbul edirik. Bu, ilk növbədə öz əməkdaşlarımızın, daha sonra qəbula gələn insanların sağlamlığı baxımından vacibdir. Tibbi avadanlıqlar mütləq şəkildə dezinfeksiya edilir. Amma dediyiniz məqam makiyaj vasitələri ilə baş verib. Bu xəbər vizajistlər üçün ciddi siqnal olmalıdır. Müştəri üçün istifadə edilən ənlik və kirşanların birdəfəlik olması mümkün deyil. Ona görə də makiyaj vasitələri üçün istifadə edilən fırçalar imkan daxilində birdəfəlik olmalıdır. Bir müştəri üçün istifadə edilən fırça digər müştərinin vizajında istifadə edilməməlidir. Həmçinin, vizajist müştəri üçün istifadə etdiyi fırçanı yenidən ənlik və kirşana vurmamalıdır. Bu məqamlara mütləq əməl olunmalıdır ki, müştərilər arasında virusa yoluxma təhlükəsi artmasın".
E.Kərimova pandemiya dövründə qəti şəkildə dodaq boyasından bütün müştərilərin istifadə etməsinin yolverilməz olduğunu söyləyir. O bildirir ki, vizaj zamanı müştərilər öz dodaq boyasından istifadə etməlidirlər.
Kosmetoloq görülən bütün gigiyenik tədbirlərə rəğmən vizaj zamanı virusa yoluxma riskinin yenə də qaldığını bildirir.
Ölüm təhdidi altında gözəllikSəhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev də imkan daxilində pasiyentləri vizaj xidmətindən istifadə etməməyə çağırıb: "Ənlik-kirşandan birdəfəlik istifadə mümkün deyil. Vizaj ustası bir müştəri üçün istifadə etdiyi kosmetikadan digər pasiyent üçün də istifadə edir. Ona görə virusa yoluxma riski artır. Çalışsınlar bu kosmetik xidmətdən istifadə etməsinlər".

Gözəllik və Moda     Baxılıb: 2909   Tarix: 26 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

turlar.az

sonxeber.az kosmetoloq makiyaj etmek qaydalari hamiləlik burcler 2024 hakisda valideynlərə məsləhət 2024 gəlinliklər kosmetika veten qadin.az janrlar balıq kley lekesi