"Omikron" ştamı ilə mübarizədə ən optimal yollardan biri

COVID-19-un "omikron" ştamı bu günə kimi meydana çıxan variantlar arasında ən çox mutasiyaya uğrayanıdır. Xüsusən də spayk proteinində otuz iki mutasiyanın olması müəyyən edilib ki, bu da həmin variantı kifayət qədər təhlükəli vəziyyətə gətirib. Əslində həmin variantdan qorxma səbəblərimizdən biri də mutasiyaların nələrə səbəb ola biləcəyini öncədən müəyyənləşdirə bilməməyimizdir. Lakin hazırda bu istiqamətdə ciddi işlər gedir. Hətta vaksinlərin mutasiyaya qarşı effektivliyi ilə bağlı çox mühüm işlər aparılır. Lazım olarsa, peyvəndlərin tərkibinin yenidən nəzərdən keçirilərək həmin ştama qarşı effektiv hala gətiriləcəyi də planlaşdırılır.
Virusun yeni variantı payız-qış aylarına təsadüf etdiyi üçün yuxarı tənəffüs yollarına məxsus simptomları olan bir çox vətəndaş bunu koronavirusla deyil, başqa viral xəstəliklərlə, soyuqdəymələrlə əlaqələndirir və test verməkdən yayınır. Pandemiya bitmədiyindən əlamətlər olduğu halda koronavirusdan da şübhələnməli, özümüzü təcrid etməli və yoluxub-yoluxmadığımızı müəyyənləşdirmək üçün test verməkdən çəkinməməliyik. Bu, həm özümüzün, həm də ətrafımızdakıların sağlamlığı, o cümlədən yoluxmanın qarşısının alınması üçün vacibdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova deyib.
Həkim-infeksionistin sözlərinə görə, "omikron"la mübarizədə ən optimal yollardan biri əvvəlki kimi qorunma qaydalarına ciddi riayət etmək, kütləvi toplanma yerlərindən və zərərli vərdişlərdən uzaq durmaqdır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinə məsləhət görür ki, ehtiyac olmadıqda evdən çıxmasınlar. Virusun gedişatının necə olacağı hələ məlum olmadığından yaxın həftələr ərzində xüsusilə diqqətli olmalıyıq.
İnfeksionist diqqətə çatdırıb ki, indiyədək peyvənd olunmayanlar varsa, mütləq vaksinasiyadan keçməlidirlər. Əgər hər hansı bir vətəndaşın üçüncü doza vaksininin zamanı çatıbsa, mütləq "buster" dozanı qəbul etməlidir ki, immun sistemi xəstəliyin ağır gedişinə qarşı qoruyuculuğunu bir daha artırmış olsun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 929   Tarix: 10 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

"Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur" – HƏKİM SƏBƏBİ AÇIQLADI

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. . Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?. xəbər verir ki

turlar.az

sonxeber.az geyim seçimi geymler 2024 yay geyimləri 2024 faydalı məlumat seks pozasi immun sistemi nişan geyim modelləri kosmetika hakistalar gözəllik xerçeng xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır sirin qogal