Onlara elə gəlir ki, bu cür hərəkətləri etməklə...' - Müğənni telekanallara irad tutdu

Onlara elə gəlir ki, bu cür hərəkətləri etməklə...' - Müğənni telekanallara irad tutdu"Bu tip verilişlərə münasibətim çox iyrəncdir. Elə verilişləri qınayıram. Düşünürəm ki, bu cür verilişlər ümumiyyətlə bizim cəmiyyətimizdə olmamalıdır".
Bu sözləri azxeber.com-a müsahibəsində tanınmış müğənni Vüqar Muradov telekanallardakı ailədaxili münaqişələrin qabardılmasından danışarkən deyib.
Müğənni bildirib ki, bunu yayanlar hesab edir ki, cəmiyyətə xeyirləri dəyir:
"Onlara elə gəlir ki, bu cür hərəkətləri etməklə cəmiyyətə hansısa xeyirləri dəyir. Əksinə. Əvvəllər bu hadisələr gizli olardı. Gizli də ört-basdır edilərdi. Ümumiyyətlə efirə çıxıb öz ailəsi haqqında danışan kişini kişi hesab etmirəm. Yoldaşının kiminləsə qaçmağını kişi özünə ayıb bilməlidir. Hələ arada bağışlamaq varsa, bu kişiliyin süqutudur. O verilişlərin aparıcılarına da ayıb olsun deyirəm. Bununla çörək qazanmaq və o çörəyi evinə aparmaq dəhşətdir. Sənin bununla cəmiyyətə heç bir faydan toxunmur. Sən cəmiyyət üçün pis bir örnəksən. Asan yol tapıb pul qazanırlar. Başqa kanallara baxırlar və həmin kanala çıxanlardan daha da pis vəziyyətdə olanları efirə çıxardırlar. Vicdan məsələsidir də bu. Şoular yaradırlar. Zorla sağlam adamı gətirib xəstələndirirlər".
Müğənni hesab edir ki, Azərbaycan tamaşaçısı çox safdır:
"Düşünürəm ki, Azərbaycan tamaşaçısı çox safdır. Ürəyi də təmizdir. Nə versən, yeyir. Çıxırlar efirə: "Bütün tamaşaçılarımı salamlayıram. Sizi çox sevirəm. Sizə qurban olaram" Vallah yalandır. Vicdanım haqqı yalandır. Bir insan ki, olduğu kimi yaşaya bilmir, o insanın başını burax getsin. Mən özümə söz vermişəm. Hər hansı bir verilişə gedəndə qabaqcadan şərt kəsirəm. Suallar olmasın deyirəm. Xüsusilə də "Niyə evlənmirsən?" sualı. Sənə nə? Buna görə də çoxunu çörəksiz qoymuşam. Kim ki mənə çörək gözündə baxırsa, qoy elə çörəksiz qalsın. Məni həkimlə, psixoloqla eyni verilişə çağırırlar. Axı mənim bağırsaq həkimi ilə eyni verilişdə nə işim var?".
Aysel Hacızadə

Şou Biznes     Baxılıb: 615   Tarix: 15 mart 2024
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Dilan Polat həbsxanada intihara cəhd etdi

"Çirkli pulların yuyulması", "qanunsuz mərc oyun şəbəkəsinə üzv olmaq" kimi cinayətlərə görə həbsdə olan sosial media fenomeni Dilan Polatın həbsxanada intihara cəhd etdiyi məlum olub. . Türkiyə mediasın

.

Dilarə Kazımova "Summer Beach Festivalı'nda

Avroviziya təmsilçimiz Dilarə Kazımova Bakıda keçiriləcək "Summer Beach Festivalı"nda çıxış edəcək. . xəbər verir ki, pop ulduz iyulun 13-14-də səhnə alacaq. . Xəzərin sahilində Kazımova hit olan mahnıları və supe

.

Sobçak Puqaçovanın ana olmasındakı sirrin üstünü açıb - 'Surroqat ana

Bir çox ulduz kifayət qədər yetkin yaşda ailə həyatı qurur. Bəziləri uşaqları özləri dünyaya gətirir, bəziləri surroqat analığa müraciət edirlər. Deyə bilərik ki, Alla Puqaçova 64 yaşında ana olmaqla "yaşlılar"

.

Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiya Federal Vergi Xidmətinə 153 milyon rubl borcu var. Rusiy mətbuatına əsasən xəbər verir ki, mayın 1-də vergi orqanları "influencer"ə borcunu ödəməyi bildirib

.

Nyuşa boşandığını açıqladı

Rusiyalı müğənni Nyuşa yeddi illik evliliyindən sonra əri İqor Sivovdan boşandığını açıqlayıb. Rusiya məttbuatına əsasən xəbər verir ki, bu barədə o, ilk dəfə danışıb. "İqor və mən uzun müddətdir ki, birlikdə deyili

.

Sevil Əliyevanın mahnısına yeni nəfəs verdi - KLİP

"Qaya"  Dövlət Ansamblının bədii rəhbəri, istesadlı saksafon ifaçısı Fərid Mailov çoxdan gözlənilən layihəsini dinləyicilərə təqdim edib. xəbər verir ki, istedadlı musiqiçi bəstəsi Sevil xanım Əliyevaya məxsus ola

.

Buse Aras Bulutla sevgili olduğunu etiraf etdi

Bir müddətdir həmkarı Aras Bulut İynemli ilə sevgili olan aktrisa Buse Meral müsahibə zamanı bir-birinin ardınca verilən sualları cavablandırıb. xəbər verir ki, şəxsi həyatı ilə bağlı danışmaq istəməyən aktrisa xoşbəxt olduğunu

.

Mehmet Ali Erbil dini nikahla evləndi

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil 26 yaşlı sevgilisi Gülseren Ceylanla dini nikaha daxil olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızı Yasemin Ərbilin bu evliliyə qarşı çıxmsı mediada əksini tapdıqda onu

.

Sevgilisi ilə dalaşdı, təcili tibbi yardım gəldi

Britni Spirs yenidən qalmaqal ilə gündəmə gəlib.  . xəbər verir ki, o, sevgilisi Paul Richard Soliz ilə Los-Ancelesdəki Chateau Marmont otelində istirahət edərkən aralarında münaqişə yaranıb. Hadisə şahidlərinin jurnalistlər

turlar.az

sonxeber.az reseptler toy makiyajlari geyim şəkilləri bürc xəbərləri adların mənası dil haqqinda atalar sozu boy uzadan kosmetika novruz bayramına aid bakışta olumu janrlar suni mayalanma rus dili 2ci ders