Övladlarını dənizə aparan valideynlərə XƏBƏRDARLIQ

Övladlarını dənizə aparan valideynlərə XƏBƏRDARLIQDəniz kənarı sadəcə bol D vitamini deməkdirmi? Hovuz dənizi əvəz edə bilərmi? Əlbəttə, yox! Dəniz kənarı elə bir yerdir ki, burada dörd həyat ünsürü birləşir: od (günəş), torpaq, su, hava. Bu dörd element kainatın, insanın özünün təməl elementləridir. 
Publika.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə deyib. 
Həkim bildirib ki, insan ən böyük enerjini təbiətdən alır:
"Biz insan olaraq əslində bir enerji kütləsiyik. Kainatdan, qidadan aldığımız enerjini ətrafımıza, digər insanlara, təbiətə ötürə bilirik. Təbiətdə baş verən enerji dönüşümünün bir hissəsiyik əslində. Biz də, uşaqlarımız da. Əvvəllər uşaqlar bulaq başında, arx kənarında oynayardı, su daşıyıb islanardı, ayaqyalın gəzərdi, ağaclarda dolaşardı. İndi də kənd yerlərində müəyyən dərəcədə belədir. Amma indi analar çox mühafizəkar olub: çıxma, yıxılarsan, suya girmə soyuqlayarsan, ayaqyalın gəzmə və s. Şəhər uşaqları, elə biz böyüklər də torpaqla, metalla, daşla təmassız, daha çox karton, plastik əşyalara toxunaraq yaşayırıq. Bədənimizdəki enerji dönür-fırlanır yenə özümüzdə qalır, yeni enerji alırıq və blokajlar yaranır. Nəticədə halsız, depressiv, ya da aqressiv oluruq. Bu, uşaqlara da aiddir. Orqan və sistemlərimizin işləməsində düzənsizlik baş verir.
Dəniz kənarı sadəcə günəşin vitamin D-si, dənizin mineralları, havadakı mehin sərinliyi ilə qumun istiliyinin kontrastı deyil. Dəniz kənarı dörd element deməkdir. İnsanların haqlı olaraq ora can atması, orada dinclik araması doğrudur. İnsanları çəkən oradakı istirahət obyektləri deyil, elə bu dörd ünsürdür. 
Nə qədər ki, günəş başımızın üstündə imkan verir, biz, ya da uşağımız ayağımızı yalın edək, torpağa basaq! Nə qədər ki, dəniz bizi üşütmür, bu fürsətdən tez-tez istifadə edək. Qışda yenə viruslar, dərs yükü, tıxaclar və stress olacaq. Dəniz istirahəti yarımçıq qalmasın deyə uşaqlara çimərkən su içməməyi tapşırmaq lazımdır. Çünki dəniz suyu ilə yoluxa biləcəkləri infeksiyalar mədə-bağırsaq pozulmasına gətirə bilər. Günəş kreminə gəlincə, uşaqların dəri problemi yoxdursa, (vitiliqo, albinizm) lazım deyil".

Sağlamlıq     Baxılıb: 1265   Tarix: 06 iyun 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıye

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Sağlam hamiləlik necə olmalıdır - Qadınların diqqət edəcəyi məqamlar

Qadın  həyatının  ən əhəmiyyətli və həssas  dövrü olan sağlam hamiləliyin olması həm ananın həm də körpənin sağlamlığı üçün əhəmiyyətlidir. Sağlam hamiləliyin əsas şərti gələcək ananın hamiləlik boyu zərərli maddələrdən uza

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

turlar.az

sonxeber.az yemek reseptleri maskalar toy makiyaji sekilleri baliq qulagi qazan kotleti permanent makiyaj arxadan olmaq kosmetika həmidə oyunlar uzeyir baldiz vətənə aid atalar sözləri