Palma yağının faydaları və zərərləri

Palma yağının faydaları və zərərləriPalma yağını Afrika palmasının meyvələrindən əldə edirlər. Afrika palmasının yetişdirilməsi ilə 5 min il əvvəllərdən məşğul olunub. Onun keyfiyyətli xüsusiyyətlərindən isə ilk dəfə Qədim Misirdə faydalanmağa başlanılıb. İlk dəfə XVIII əsrdə Afrika palması Avropa ölkələrinə gətirilmiş və o zamandan onun faydalarından istifadə edilməyə başlanmışdır. İndi palma yağından geniş istifadə edilir. Bu yağın eksportu ilə ən çox Malaziya və İndoneziya ölkələri məşğul olur. Palma yağını ən çox Latın Amerika, Cənub-Şərqi Asiya və bəzi Avropa ölkələri qida rasionuna daxil edirlər. Palma yağının əldə edilmə prosesində 3 növ palma yağı əldə etmək olur. Tərkibində stearin olan və texniki məqsədlərlə istifadə edilən palma yağı, yağ-piy sənayesində istifadə edilən klassik yağ və olein yağı.
Keyfiyyətli palma yağı narıncı-qırmızı rəngdə və qatı olur. Onu dondurduqda kreməbənzər şəkil alır. Bu yağ 30* -dən yuxarıl temperaturda maye şəkildə olur. Soyuq temperaturda isə palma yağı krem şəklində olur və onu marqarin ya da kərə yağı ilə qarışıq salmaq olur.
Qida sənayesində tətbiqi
Palma yağından Avropa və Cənub-Şərqi Asiya ölkələrinin mətbəxində istifadə edilir. Bu yağdan salatların, qarnirlərin, şorbaların, balıq və ət məhsullarının hazırlanması zamanı istifadə edilir. Həmin ölkələrin milli mətbəxində palma yağından geniş istifadə olunur. Qırmızı palma yağı orqanizm üçün lazım olan karotinoidlər, A, E, D, K vitaminləri, fosfolopidlər, fitosterollar, skvalen, maqnium və bəzi milerallar var. Palma yağının tərkibində olan karotinoidlərin miqdarı yerkökü yağının tərkibində olanlardan 16 dəfə, tomatın tərkibində olandan 48 dəfə çoxdur. Palma yağının tərkibində olan lütein gözün görmə qabiliyyətinin yaxşılaşmasına səbəb olur. Onun tərkibinddə olan A və E vitaminləri orqanizmə antioksiddant təsir göstərir. Palma yağının tərkibində təbii antioksidant ubixinon (Q10 kofermenti) var. Bu orqanizmdə enerji mübadiləsinin baş verməsini sürətləndirir. Palma yağının tərkibində olan palmit, olein, linolen yağ turşuları, A, E vitaminləri, Q 10 ürək-damar sistemi fəaliyyətini yaxşılaşdırır. O əzələlərdə olan enerji mübadiləsini, arterial təzyiqi, ürək damarlarını və damar divarlarını möhkəmləndirir, tromb əmələgəlmənin qarşısını alır. Palma yağı damar divarlarında yığılıb qalan piy cisimciklərinin təmizlənməsinə səbəb olur, atereskleroz əlamətlərini aradan qaldırır, işemik xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur.
Həzm sisteminin iltihabi xəstəlikləri zamanı, öd kisəsinin diskineziyasında, mədə-bağırsaq xəstəlikləri zamanı, xolisistit, xolisistoxolangit xəstəlikləri zamanı Afrika palmasından əldə edilən yağdan istifadə etməkdə fayda var.
Şəkərli diabet xəstəliyindən və artıq çəkidən əziyyət çəkənlərə palma yağından istifadə etmək məsləhət görülür. Onun tərkibində olanlar menopauza zamanı osteoporoz əlamətlərinin azalmasına səbəb olur.
Uşaq qidalarına az miqdarda bu yağdan əlavə etmək uşağın beyninin yaxşı inkişaf etməsinə və görməsinin yaxşılaşmasına səbəb olur.
Sümük zədələnmələri, sınmalar, sümük xəstəlikləri, onurğa və oynaq xəstəlikləri, immunitet zəifliyi, onkoloji və emosional xəstəliklər zamanı palma yağından istifadə etməkdə fayda var.
Qəbizlik, düz bağırsaq çatları, uşaqəmizdirmə zamanı döş giləsində meydana çıxan çatları palma yağına batırılmış pambıqla sildikdə əlamətlər aradan qalxır. Ginekoloji xəstəliklər zaman palma yağına batırılmış pambıq tamponla uşaqlıq yolunu silməkdə fayda var.
Kosmetolojiyada istifadəsi
Tərkibində E vitaminin çox olmasına görə palma yağından piqment ləkələrinin aradan qalxması, qırışların açılması, qocalmanın qarşısını almaq üçün istifadə edilir. O dərini ultrabənövşəyi şüalanmadan qoruyur, dərinin hormonal disbalansının normallaşmasına səbəb olur. Palma yağı dərinin tonuslanmasına, yumşalmasına, elastikləşməsinə səbəb olur. O dəridəki qırışların açılmasına səbəb olur, dəridəki həssaslığı və iltihabi problemləri aradan qaldırır. Palma yağlı dəridəki quruluğu aradan qaldırmaq üçün əla vasitədir.
Dəridəki yorğunluq və qocalıq əlamətlərinin aradan qalxması üçün palma yağı ilə kokos yağını qarışdırıb dəriyə sürtmək lazımdır.
Palma yağının zərərli xüsusiyyətləri
Allergik xəstəlikləri olanlara, hamilə və südəmizdirən qadınlara palma yağından istifadə edərkən həkimləri ilə məsləhətləşmək tövsiyə edilir. Palma yağının tərkibində çoxlu miqdarda doymamış yağlar var. Alimlər çoxlu miqdarda palma yağından istifadə edənlərə ürək-damar xəstəlikləri riskinin çox olduğunu söyləyirlər.
Palma yağı orqanizmə daxil olduqdan sonra xaric olma prosesi ləng getdiyinə görə orqanizmdə şlakların yığılıb qalmasına səbəb olur.
Palma yağından uzun müddət istifadə etmək xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1058   Tarix: 18 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

turlar.az

sonxeber.az qadın geyimi geyim dəbləri kosmetoloq toy dəbi buruq saclara qulluq qadinlar haqqinda maraqli melumatlar resept kosmetika bayatilar baldıza aid hakışta rəksanə sekisler vətən haqqında bayatı