Payız-qış fəslində immuniteti gücləndirmək üçün nə etməli? Mütəxəssisdən TÖVSİYƏLƏR

Payız-qış fəslində immuniteti gücləndirmək üçün nə etməli? Mütəxəssisdən TÖVSİYƏLƏRPayız-qış fəslində immuniteti gücləndirən qidalardan istifadə etmək vacibdir. Məlumdur ki, qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır.
Mütəxəssislər bildirirlər ki, havalar soyuyana qədər immuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaların qəbulu məqsədəuyğundur. İmmuniteti gücləndirməyin ən asan yolu isə sağlam həyat tərzi və düzgün qidalanmadır. həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər.
Payız-qış mövsümündə immuniteti gücləndirən qidalarla bağlı "Sherg.az"a danışan həkim-dietoloq Şəfa Yadigarova bildirib ki, qida rasionuna sarı-narıncı tərəvəzləri əlavə etmək vacibdir. Dietoloq qeyd edib ki, portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü və qovun kimi qidalarının qəbulu payız-qış mövsümündə xüsusilə önəmlidir:
"Bu tərəvəz və meyvələr yuxarı tənəffüs yollarının selikli qişasını viruslardan qorumağa kömək edən beta-karotenlə zəngindir. Onun sayəsində bakteriya və viruslar orqanizmə daha az daxil olacaq.
Sarı-narıncı qidalardan əlavə süd məhsullarında da immun sistemini gücləndirən vitaminlər mövcuddur.
C vitamini eyni dərəcədə vacibdir. Ancaq C vitamini ehtiyatını təmin etmək çətin olsa da çox faydalıdır. Bu vitamın immunitetinə təsir göstərir, bədəni zərərdən qoruyur, oksidant sayılır".
Həkim vurğulayıb ki, bəzən immuniteti gücləndirmək məqsədilə dərman preparatları da qəbul edilir:
"Lakin bu zaman ardıcıllığa fikir vermək lazımdır. Orqanizmi dərmanlarla qorumağa çalışanda 20 gün, qış fəslində isə 1 ay müddətində vitaminlər qəbul edilməlidir. Lakin immun sistemini gücləndirmək üçün gün ərzində rasiona təbii qidalar daxil etmək daha düzgündür".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1052   Tarix: 19 fevral 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ürəyə zərərli olan arıqlama əlavələri

Arıqlamaq üçün nəzərdə tutulmuş əlavələr qida boşluqlarını doldurmaq və sağlamlığı qorumaq üçün məşhurdur, lakin onlardan bəziləri təhlükəli ola bilər.   -a istinadən xəbər verir ki, kofein əsaslı arıqlama məhsulları, efedri

.

Nanə çayının faydaları nələrdir?

Özünəməxsus aroması olan nanə həm çay kimi, həm də yeməklərdə ədviyyat kimi istifadə oluna bilən ətirli bir bitkidir. Bu bitkidən adətən çay kimi də istifadə olunur. -ə istinadən bildirir ki, nanə çayının faydalarını açıqlanıb

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

turlar.az

sonxeber.az yemek reseptleri geyim dəbləri kosmetoloq qadin.net sevinc tofiqqızı qadinlarda cinsi isteksizlik analiq məktəbi kosmetika şirin qoğal bayatı yuxuda qara ilan gormek xocali azerbaycanli is adami amerikada gullelendi