Pekan qozu yağının faydaları

Pekan qozu yağının faydalarıPekan qozub yağı ən nadir tapılan və qiyməti baha olan yağlardandır. Bu yağ Şimali Amerikada bitən pekan qozundan əldə olunur. Bu qozun tərkibi yunan qozunun tərkibinə çox bənzəyir. Pekan qozu yağını ilk dəfə hindular əldə etmişlər və bu yağdan soyuq qış günlərində xəstələnməmək üçün istifadə edilmişdir.
Pekan qozundan istifadə etmək arteriya və vena damarlarının təmizlənməsinə səbəb olur. Ondan davamlı olaraq istifadə etdikdə damarlardakı xolesterinin miqdarı tamamilə aradan qalxır, orqanizmə güc və enerji gəlir, qan azlığı əlamətləri aradan qalxır.
Ən keyfiyyətli pekan qozu yağı soyuq üsulla qozun sıxılmasından əldə olunan yağdır. Bu zaman yağın tərkibində olan maddələr öz keyfiyyətini itirmir. Bu yağın qoz yağını xatırladan xüsusi qoxusu olur. Pekan qozu yağı orqanizmin soyuqlama xəstəliklərinə qarşı olan müqavimətini artırır və oqanizmə cavanlaşdırıcı təsir bağışlayır. Qida sənayesində pekan qozu yağından salatların dadlandırılmasında istifadə edilir. Dadlı olması üçün bəzən bahalı restoranlarda pekan yağı ilə balıqların qızardılması üçün də istifadə olunur. Pekan qozunun tərkibi 15% proteinlərdən, 15% karbohidratlardan və 70% yağ turşularından ibarətdir. Onun tərkibində olan A, E, B qrup vitaminlər, kalsium, kalium, fosfor, maqnium, sink və fol turşusu yağın qiymətli olmasının göstəricisidir. Pekan qozu yağında 2% Omeqa3, 42% Omeqa6, 47% isə Omeqa9, doymamış yağ turşuları(palmit, stearin və s,)var.
Faydalı və müalicəvi xüsusiyyətləri
Pekan qozu yağı daxilə və xaricə qəbul edilir. Baş və oynaq ağrıları, soyuqlama, ürək-damar xəstəlikləri zamanı pekan qozu yağını daxilə qəbul etməkdə çox fayda var. Dəri qıcıqlanmaları, dərialtı hematomalar, günəş yanıqları, ağcaqanad dişləmələri, dərinin göbələk və bakteriya xəstəlikləri zamanı pekan qozu yağından istifadə etməkdə fayda var.
Bu yağ orqanizmi kanserogen maddələrdən qoruyur.
Varikoz genəlmələr, immunitet zəifliyi və hüceyrələrin yenilənməsi üçün pekan qozu yağından istifadə etmək çox faydalıdır.
Kosmetologiyada tətbiqi
Kosmetologiyada pekan qozu yağından yumşaldıcı, tonuslandırıcı, qidalandırıcı vasitə kimi istifadə edilir. Bu yağ dəriyə cavanlaşdırıcı təsir bağışlayır, dərinin müdafiə qüvvəsi rolunu oynayır.Bu yağ dərinin quruluğunu tamamilə aradan qaldırır, dərini xarici zərərli maddələrdən qoruyur.
Pekan qozu yağı dərini günəş yanıqlarından qoruyur, yanıqlardan sonra əmələ gələn izlərin sağalmasını sürətləındirir, dərinin sağalmasını sürətləndirir, dəri qıcıqlanmalarını aradan qaldırır, dəridəki göbələk və infeksiya xəstəliklərinin sağalmasını sürətləndirir.
Pekan qozu yağı bütün növ dərilərə uyğun gəlir. Pekan qozu yağı dərini sakitləşdirir, tonuslandırır. Onu dəriyə tətbiq edərkən limon, qeran, qızılgül, qreypfurt yağı ilə qarışdırıb da istifadə eləmək mümkündür.
Pekan qozu yağını bibəriyyə, lavanda yağı ilə qarışdırıb dəriyə sürtdükdə dəri sakitləşir və dincəlir.
Pekan yağının tərkibi qoz və badam yağının tərkibinə çox yaxındır. Buna görə də qoz və badam yağının müalicəvi xüsusiyyətlərini pekan yağına da aid etmək olar.
Günəş vannası qəbul edən zaman pekan yağı sürtmək dərinin qaralmasına və yanıqlarıdan xilas olmasına səbəb olur.
Saçların möhkəmlənməsi və tükdibi xəstəliklərdən azad olmaq üçün pekan yağından istifadə etməkdə fayda var.
Pekan yağının zərərli xüsusiyyətləri
Pekan yağının zərərli xüsusiyyətləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1112   Tarix: 17 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

turlar.az

sonxeber.az sac duzumleri toy makiyajlari hamilelikde qidalanma bürclər və illər displaziya her sey daxil artiq cekiden azad olmaq kosmetika qizlar hakışta qaynanaya aid rus dilini öyrənək 2 ci dərs heyati