Piylənmənin uşaqlar üçün yaratdığı yeni təhlükələr açıqlanıb

Piylənmənin uşaqlar üçün yaratdığı yeni təhlükələr açıqlanıb"Lids" Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət, konsentrasiya və yaddaşa mənfi təsir göstərir, həmçinin autizm və diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi xəstəliklərin inkişaf riskini artıra bilər.
Milli.Az report.az-a istinadən xəbər verir ki, nəticələr "BMJ (British Medical Journal) Global Health"də dərc olunub.
Tədqiqat zamanı alimlər bədəndə piylənmə və dəmir çatışmazlığı arasındakı əlaqəyə dair minlərlə mövcud elmi işi təhlil ediblər. Meta-analizə daxil edilən tədqiqatların iştirakçıları müxtəlif ölkələrdən olan uşaqlar və 25 yaşdan kiçik insanlar olub.
Məlum olub ki, kök və artıq çəkidən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı anemiyasının inkişaf riski xeyli artıb. Bu, bədəndə dəmir səviyyəsinin azalması ilə xarakterizə olunan, qanda qırmızı qan hüceyrələrinin və hemoglobinin konsentrasiyasının azalmasına səbəb olan patoloji vəziyyətdir.
Dəmir çatışmazlığı artan yorğunluğa, yaddaşın və konsentrasiyanın azalmasına səbəb ola bilər. Həmçinin uşaqlarda anemiyanın autizm və diqqət çatışmazlığı hiperaktivlik pozuqluğuna təhrikçisi olduğu qeyd edilir. Alimlərin fikrincə, kök uşaqların orqanizmində dəmir çatışmazlığı pis qidalanma ilə bağlı ola bilər.
Xüsusilə, fəst-fud, şirniyyat, çips və şəkər tərkibli içkilərin qəbulu da pis qidalanmaya daxildir. Belə qidalarda çoxlu yağlar və karbohidratlar olur.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 673   Tarix: 12 aprel 2024
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar 10 yaş cavanlaşdırır

Yaşlandıqca dərinin qırışmağa və sallanmağa başlaması və ağ saçların görünməsi kimi dəyişiklikləri müşahidə edirik. Ancaq kollagen tərkibli qidalar bunların qarşısını ala, qırışların və incə xəttlərin yaranmasını xeyli gecikdir

.

Biokimyaçı məşhur kremlərdən DANIŞDI: Dəri xərçənginə səbəb olur

Həkimlər SPF ilə kremlərdən istifadə edərək özümüzü günəşin mənfi şüalarından qorumağı tövsiyə edirlər. Amma bir nüans var: bu zaman orqanizmdə D vitamini istehsal olunmur. Əgər D vitamini bədəndə çox az olarsa, dəri xərçəng

.

Tanınmış dietoloqdan arıqlamaq istəyənlərə MƏSLƏHƏTLƏR

Rusiyalı tanınmış dietoloq Yelena Kalen arıqlamaq istəyənlərə məsləhətlər verib.   -a istinadən xəbər verir ki, dietoloq bildirib ki, artıq çəkidən azad olmaq üçün qızardılmış ət məhsullarından, pomidordan, badımcandan v

.

Pilləkənlə qalxmaq ani ölüm riskini azaldır - ARAŞDIRMA

Britaniyalı alimlər müəyyən ediblər ki, müntəzəm olaraq pilləkənlə qalxmaq insan ömrünü xeyli uzada bilər.   -a istinadən xəbər verir ki, bu elmi işin nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ECS) saytında dərc olunub

.

Üzümün dənəsini yemək orqanizmə necə təsir edir?

Üzümün özləri kimi, toxumları da antioksidant təsirə malikdir.   -a istinadən bildirir ki, üzüm çəyirdəyi yemək maddələr mübadiləsini və sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, əsəb gərginliyini aradan qaldırır, apatiyay

.

Pilləkənlər ömrü necə uzadır?

Şərqi İngiltərə və Norfolk Universitetindən olan Britaniya alimləri müəyyən ediblər ki, mütəmadi olaraq pilləkənlərlə qalxmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər. Ölkə.Az xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardioloqla

.

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Araşdırmalara görə, insanın uun müddət yaşaması pis vərdişlərin olmasından, ekologiyasından və qidalanmasından asılıdır.   -a istinadən xəbər verir ki, bunun üçün əvvəlcə pəhrizə xüsusi diqqət yetirilməlidir. Gündəlik qidalanmad

.

Üzünüzə küncüt çəkin və effektini görün

Dərimiz yaşlandıqca görünüşünü dəyişməyə başlayır. Parlaq və elastik dəri, qayğı göstərilmədikdə qırış və sallanan üzlə əvəzlənir. Daimi təmizlik və qulluq daha sağlam görünüş təmin edir. Dəriyə qulluq üçün minlərlə növ v

.

Duş geli, yoxsa sabunla çimmək - Hansı faydalıdır?

Yay aylarında insanlar daha çox duş alır və hər dəfə duş gelindən istifadə edirlər. Bəs dəri üçün hansı lazımdır?. "Medicina"ya istinadən xəbər verir ki, dermatoloq Heyli Qoldbax dəri üçün ən faydalı yuyucu vasitələr

turlar.az

sonxeber.az maskalar toy makiyaji sekilleri sade makiyaj sekilleri ləkələr uzun saclarin yigilmasi bədənə qulluq əlibala hacızadə kosmetika kahfe falı meseller qiz evi hakıştalar sirin qogal