Qadınların plastik əməliyyat çılğınlığının fəsadları

Qadınların plastik əməliyyat çılğınlığının fəsadlarıCənubi Koreyanın paytaxtı Seulda reklamlardan qurtulmaq mümkün deyil. Hara gedirsinizsə, plastik əməliyyatla bədən quruluşunuzu dəyişdirmənizin lazım gəldiyinə sizə inandırmağa çalışan reklamlarla qarşılaşırsınız.
Bu yazısında dünyada estetik cərrahiyyənin qadınlar arasında necə xəstəliyə çevrilməsi və bunun fəsadları barədə danışacağıq. Cənubi Koreyadan tutmuş, Çinə, Yaponiyaya qədər estetik cərrahiyyə az qala qadınların hobbisi olub ki, bu da zaman-zaman problem kimi özünü göstərir. Bir-birinə bənzəyən qadınlar, uğursuz əməliyyat nəticəsində depressiya girənlər ordusu, xəstələr tərəfindən məhkəməyə verilən həkimlər  və daha nələr. Günahkar daha çox kimlərdir?
Koreyada valideynlər qızlarına  estetik əməliyyatı hədiyyə edirlər
Varlı Gangnam bölgəsində demək olar ki, hər divarda sizə bir estetik klinikasına yönləndirən reklamlar asılıb. Üz, sinə, bədən estetikası və yaşlanma ilə mübarizə sahəsində əməliyyatların reklamları aləmi başına götürüb. Qadınlara "sallanmış və boşalmış üzlərinin, daha elastik və düzgün ölçülü hala gətiriləcəyi" vəd edilirkən, kişilərə də dördbucaq çənələrini yumşaltma əməliyyatı təklif edilir.
Amma onların arasında hər yağış yağanda çənəsinin ağrımasından şikayətlənənlər var. Sonradan anlamaq olur ki, burun əməliyyatı üçün getdiyi klinikada əslində çənəsinin dəyişdirilməsi lazım gəldiyinə inandırılmış, ya da bəlkə özü özünü inandırıb. Nəticə isə daha düzgün, amma ağrı verən bir çənə olub.
Qadınların plastik əməliyyat çılğınlığının fəsadlarıCənubu Koreyada ata-analar ərgən qızlarına "göz qapağı əməliyyatı" hədiyyə edir. Əməliyyatın məqsədi gənc qızların gözlərini daha da ön plana çıxarmaq, yəni daha az asiyalı halına gətirməkdir. Koreyalıların gözləri bu qədər gözəlkən niyə buna ehtiyac duyurlar? Bu da bir başqa söhbətin mövzusudur əslində.
Bizim düşündüyümüz bu sualın cavabı isə əslində belədir: "Xarici görünüşünüzün verdiyi güvən duyğusu pozitiv enerji yaradır. Bu da xoşbəxtliyin təməlini təşkil edir…"
Nəştərin ucundakı "xoşbəxtlik"
Amma problem xoşbəxtliyin gəlməməsindədir. İndi bir çox estetik əməliyyatlar çox pis nəticələr verir. Xəstələr, ya da daha doğrusu, estetika qurbanları üzlərini yenidən düzəldən, amma əslində xarab edən həkimləri məhkəməyə verirlər.
İndi bir çox estetika qurbanları əməliyyatdan sonra üzləri açıldığı zaman "Bu, bir insan üzü deyil. Canavarlardan və ya yadplanetlilərdən daha iyrənc" deyərək etiraz edirlər.
Problem həm də plastik əməliyyatların son dərəcə qazanclı hala gəlməsi ilə bir çox həkimlərin bu sahəyə yönəlməsidir. Onların arasında tibbin başqa sahələrində mütəxəssis olmuş və ya estetik cərrahiyyəni yetərincə öyrənməmiş şəxslər insanlara vədlər verirlər.
Bəzi əməliyyatları isə xəyali həkimlərin həyata keçirdiyi iddia edilir. Məhkəməyə gələn bir işdə əməliyyatı həyata keçirəcəyi bildirilən cərrahın xəstə narkozla yatızdırıldığında əməliyyat otağından çıxdığı və işi başqa bir cərrahın tamamladığı iddia edilir. Bundan başqa, estetik əməliyyatla baş tutan dəyişikliklə bağlı şəkillərdə də montaj edildiyi üzə çıxıb.
Cənubi Koreyada estetik əməliyyatlar Amerika və Avropada olduğundan daha ucuz qiymətə həyata keçirilsə də, son dərəcə qazanclı bir sahədir. Gangnamdakı böyük estetik mərkəzlərindən birində 30 dəqiqəlik asan bir əməliyyat olan "göz düzəltmə əməliyyatı" 1000 dollara həyata keçirilir. Bütün üzü çəkdirmə əməliyyatı isə 7 min dollardır.
Koreyanın qapı qonşusu Çin bənzər gözəlləşmə özləmlərinin artdığı çox böyük bir bazardır. "Joongang" qəzetinin yazdığına görə, ötən il estetik əməliyyat etdirmək üçün Cənubi Koreyaya gələn xaricilərin üçdə ikisi, yəni 16 mindən artıq insan Çindəndir. Cənubi Koreya mətbuatı bəzi əməliyyatların son dərəcə böyük dəyişiklik yaratdığını və gömrük işçilərinin pasportdakı şəkillə o insanın eyni insan olduğuna inanmadığını yazır.
Amma film ulduzu qədər gözəlləşmək istəyən çinlilərin və cərrahın neştəilə qızlarının görünüşünü düzəldəcəyini düşünən Cənubi Koreyalı ana-ataların məhkəmələrə qədər daşınan qorxunc bir hekayədən xəbərdar olmaları lazımdır.
Keçmiş bir gözəllik kraliçası sinə böyütmə əməliyyatı etdirdi. Amma işlər tamamilə tərs getdi və silsilə infeksiyalardan sonra qadının bir döşü digərindən daha böyük hala gəldi. Pasiyent deyir ki, cərrahlar nəinki özlərini bu tibbi xətadan uzaq tutmur, eyni zamanda, "Bu əməliyyata ehtiyacın yox. Estetik əməliyyat asılılıq yaradır. Öncə gözünü düzəltdirirsən, sonra burnunu da düzəltdirmək istəyəcəksən" deyə xəbərdarlıq edilmədiyini deyir və aşağıdakını əlavə edir: "Həkimlər heç vaxt insana "sən bu halınla da gözəlsən" demirlər və səni estetik əməliyyata təhrik edirlər".
Gözəl olmaq uğruna burnunu itirdi
Londonun 28 yaşlı  sakini Kandays Armstronq adlı bir xanım gözəl bədən və əzələ sahib olmaq istəyib. Bunun üçün o, streoid (kortizon tərkibli) dopinqləri qəbul etməyə başlayıb. Artıq o, Arnold Şvartsnegger əzələlər sahibidir. Kişilər kimi bədəni tüklənib, süd vəziləri yox olub. Hətta cinsiyyət üzvündə də müəyyən deformasiyalar yaranıb. Dopinqi buraxsa da o, artıq əvvəlki qadın gözəlliyinə qovuşa bilmir.
Gəlincik Kenə bənzəmək üçün plastik əməliyyatlara 430 min dollar pul xərcləyən Rodriqo Alves adlı braziliyalının sağlamlığı üçün ciddi təhlükə yaranıb. Lenta.ru saytının xəbərinə görə, hazırda R.Alvesdə nekroz (dərinin ölməsi) xəstəliyinin əlamətləri özünü göstərir. Bu isə kişinin plastik əməliyyat etdirdiyi burnunu itirməsi ilə nəticələnə bilər. 32 yaşlı britaniyalı 2004-cü ildən etibarən 42 plastik əməliyyat keçirib. Son əməliyyatını isə 2016-cı ilin fevralında keçirib ki, ondan bir müddət sonra da xəstəxanaya düşüb. Buna səbəb burnunda yaranan problem olub. Hazırda kişi çətinliklə nəfəs alır. Alvesin vəziyyətini yaxşılaşdırmaq üçün britaniyalı həkimlərin nə edəcəyi sual altındadır.
Azərbaycanda isə 18 yaşlı tələbə də belə bir əməliyyatın qurbanı olub. Burnundan plastik əməliyyat olmaq istəyən Mürsəlova Leyla Namiq qızı əməliyyat zamanı dünyasını dəyişib.
Qoca siyasətçi cavanlaşmaq istədi, amma…
2011-ci ildə Liviya prezidenti Müəmmər Qəddafinin üzündə plastik cərrahiyyə əməliyyatının keçirilməsində iştirak etmiş braziliyalı cərrah Liasyar Ribeyro bu barədə danışıb. Liasyar Ribeyro bildirib ki, Müəmmər Qəddafinin məxfi bunkerinə 1995-ci ildə dəvət olunub.
Qəddafi cərraha deyib ki, 25 ildir hakimiyyətdədir və gənc insanların bir qoca tərəfindən idarə olunduqlarını düşünmələrini istəmir. Liasyar Ribeyro Müəmmər Qəddafinin qarnından piy götürüb və üzündəki qırışları bu piyin köməyi ilə düzəldib. Onun başına parik də yerləşdirilib. Cərrahiyə əməliyyatı 4 saat çəkib.
Cərrahi əməliyyat zamanı Müəmmər Qəddafi 53 yaşında olsa da, 10 il daha yaşlı görünürmüş. Liasyar Ribeyro Liviya prezidentinin diqqətinə çatdırıb ki, plastik əməliyyatın effekti 5 il olur, sonra yenə əməliyyat tələb olunur. Müəmmər Qəddafi isə onu yenidən Tripoliyə dəvət edəcəklərini söyləyib. Liasyar Ribeyro növbəti dəfə Tripoliyə 2000-ci ildə dəvət olunub.
Qadınlar gözəllik salonuna, kosmetoloqa yox, plastik cərraha gedirlər
Cənubi Koreyada gözəl görünmək istəyən qadınlar artıq gözəllik salonlara deyil, birbaşa plastik cərrahların yanına üz tuturlar. cavan və daha gözəl görünmək üçün plastik əməliyyat etdirib özünü tanınmaz hala salan insanların sayı isə günü-gündən artmaqdadır.
Məhz bu səbəbdən də Cənubi Koreyada ən çox yayılan peşələr sırasında ilbəil ən gəlirli peşəyə  çevrilən plastik cərrahiyyə ön sırada yer alır. Qadınlara fərqli görünüşü təmin edən həkimlər isə  milyonlarla dollar qazanır.
Qeyd edək ki, Beynəlxalq Plastik Cərrahlar Birliyi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Cənubi Koreyada hər 77 nəfərdən biri cərrah bıçağı altına uzanıb xarici görkəmini dəyişir. Amma bu əməliyyatların heç də hamısı uğurlu alınmır. Koreyalı qadınlar bir-birinə oxşamamaq üçün "bıçaq altına" yatsalar da, sonuc çox vaxt bərbad olur. Nəticədə yenə də bir-birinə oxşayan, amma süni qadınlar meydana gəlir.
Qadınların plastik əməliyyat çılğınlığının fəsadlarıƏn dəhşətli hekayələr – ayaqlarını kiçiltmək uğruna şikəst qalırdı
"Axmaqlığımın cəzasını çəkdim. Başıma gələnləri bilsəydim, təbii ki, əməliyyat olunmazdım. Daha gözəl görünmək istədim, amma ölümdən zorla qurtuldum".
27 yaşlı braziliyalı supermodel Andressa Urax baldırlarının ölçülərini artırmaq üçün plastik cərrahiyyə əməliyyatına məruz qalandan sonra onun orqanizmində zəhərlənmə, sepsis başlamışdı. Braziliyada ən gözəl baldırlı xanımı müəyyənləşdirmək üçün keçirilən "Miss BumBum 2014″ müsabiqəsində qalib gələndən sonra A.Urax "daha gözəl" görünmək istəyib və San-Paulu şəhərindəki klinikalardan birinə üz tutub. Onun baldırlarına hidrogel vurulub, ölçülər böyüdülüb.
Amma əməliyyatdan 5 gün sonra Andressa Urax özünü pis hiss edib. 10 gün sonra isə onun baldırları şişib, qaralmağa başlayıb.
Yenidən hospitala aparılan A.Uraxı müayinə edən həkimlərin dediklərinə görə, qadının baldırlarına ikiqat dozada PMMA adlı toksik hidrogel vurulub. Belə inyeksiyalardan Braziliyada ötən il 6 qadın ölmüşdü.
Hospitalda yenidən əməliyyat olunan, sonra koma vəziyyətinə düşdüyü üçün intensiv terapiya bölməsinə köçürülən və süni tənəffüs aparılan qoşulan A.Urax ölümdən dönmüşdü.
Andressa Uraxın durumu indi nisbətən normaldır.
"Tanrı məni axmaqlığıma görə cəzalandırdı. Daha incə belə malik olmaq üçün əvvəlcə iki qabırğamı kəsdirib çıxardım. Sonra pəncələrimin enini azaltmaq üçün ayaqlarımdakı çeçələ barmaqlarımı kəsdirdim. Axırda da baldırlarıma hidrogel vurdurdum. İndi anlayıram ki, bunların heç birinə ehtiyac yoxdu", – A.Urax deyib.
Statistikaya görə, hər il milyonlarla insan sifət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyyəyə müraciət edir. Koreya Plastik Cərrahlar Birliyi həkim və reklamçıların daha sərt qaydalar altına alınması çağırışını edib. Birlikdən yayılan bəyanatda bildirilib ki, neqativ yayınlar düzgün fəaliyyət göstərən sektora pis bir şöhrət qazandırır.
Sevinc TELMANQIZI

Gözəllik və Moda     Baxılıb: 1978   Tarix: 14 may 2019
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

turlar.az

sonxeber.az toy makiyajlari kosmetoloq geyim seçimi ari mehsullari hamiləlikdən sonra maraqlı əbdürrəhim bəy haqverdiyev kosmetika irem derici novruz bayramina aid opusme qızlıq pərdəsi baldiza aid hakisda