Qalxanvari vəzi analizləri və onların nəticələri

Qalxanvari vəzi analizləri və onların nəticələriMüxtəlif pozulmalar zamanı həkimlər xəstələrə qalxanvari vəzi hormonlarının analizlərini təyin edirlər.
Bir çox hallarda pasientlərə TSH, T3 və T4 kimi hormonların analizləri təyin olunur. Bu analizlərin nəticəsi insanda qalxanvari vəzidə olan pozulmalardan xəbər verir. Lazım olduqda diaqnozun dəqiqləşdirilməsi üçün bu analizlərdən əlavə xəstəyə qalxanvari vəzinin fəaliyyətinə aydınlıq gətirə bilən digər analizlər (xüsusi anticisimlər, zülallar) və müayinələr (qalxanvari vəzi USM-i, MRT və s.) təyin oluna bilər.
Adətən həkimlər xəstələrə bu kimi hallarda qalxanvari vəzi analizlərini təyin edirlər:
- həkimdə qalxanvari vəzi fəaliyətinin pozulmaları olan hipotireoza və ya hipertireoza şübhə yarandıqda (bu pozulmaların əlamətləri haqqında saytımızın "Endokrin sistemi" bölməsində geniş məlumat verilir),
- hipotireozun müalicəsinə kontrol etmək məqsədi ilə,
- qalxanvari vəzi böyüməsi zamanı (zob),
- uşaqlarda əqli və ya fiziki inkişafın ləngiməsi zamanı,
- ürək ritminin pozulmaları zamanı,
- ürək xəstəlikləri standart müalicəyə tabe olmadıqda,
- qadınlarda menstrual funksiyasının pozulmaları zamanı (menstruasiyaların qeyri-müntəzəm olması, menstruasiyaların olmaması),
- sonsuzluqla bağlı müayinələr zamanı.
TSH hormonu qalxanvari vəzi tərəfindən sintez edilmir (hazırlanmır). Bu hormon baş beyində olan endokrin vəzi hipofizin hormonudur. Lakin məhz TSH qalxanvari vəzi hormonlarının (T3 və T4) sintezini (istehsalını) tənzimləyir - sürətləndirir və ya əksinə ləngidir.
Hər hansı səbəblərə görə qanda qalxanvari vəzi hormonlarının səviyyəsi düşdükdə, hipofiz TSH-un sintezini artırır  ki, bu hormonun təsirindən qalxanvari vəzi hormonların ifrazı da artsın. Əksinə isə qalxanvari vəzi hormonların səviyyəsi qalxdıqda, hipofiz TSH-un sintezini azaldır ki, qalxanvari vəzi hormonların da sintezi azalsın.
T3 (triyodtironin) və T4 (tiroksin) hormonları qalxanvari vəzi tərəfindən ifraz olunur. Bu hormonlar orqanizmdə gedən müxtəlif proseslərdə (mübadilə prosesləri, sinir və ürək-damar sistemlərinin fəaliyyətinin tənzimlənməsi, uşaqlarda boyatma və inkişaf prosesləri və s.) çox fəal iştirak edirlər.
T3 və T4 ümumi və sərbəst olur. Ümumi T3 və T4  hormonları qanda xüsusi zülallarla bağlı vəziyyətdə olurlar, aktiv deyillər və orqanizmə qalvanvari vəzi hormonları kimi bioloji təsir etmirlər. Bu hormonların səviyyəsi orqanizmdə müxtəlif səbəblərə görə (bəzi dərman preparatların qəbulu, böyrək, qara ciyər xəstəlikləri, infeksiyalar, hamiləlik, bəzi genetik patologiyalar və s.) dəyişilir. Bu dəyişikliklər qalxanvari vəzi fəaliyyəti ilə bağlı olmaya bilər. Bütün bu səbəblərə görə ümumi T3 və T4 analizləri pasientlərə daha nadir hallarda təyin olunur.
Sərbəst T3 və T4 hormonların səviyyəsi qalxanvari vəzi fəaliyyətinin real vəziyyətini əks etdirir. Bu səbəbdən adətən xəstələrə məhz bu hormonların analizi təyin olunur. Bir çox hallarda xəstələrə yalnız sərbəst T4-ün analizi təyin olunur.
Hal hazırda bu analizlər müxtəlif üsullarla həyata keçirilir. Bu səbəbdən müxtəlif laboratoriyalarda bu hormonların normaları müxtəlif ola bilər. Bundan əlavə xəstənin yaşı və cinsi də burada müəyyən rol oynayır. Beləliklə, analizlərin nəticələrini yalnız həkim endokrinoloq dəqiq qiymətləndirə bilər.
Analiz sübh tezdən (gücə yuxusu normal olmalıdır) acqarına verilir. Analiz verdikdən 20-30 dəqiqə əvvəl xəstə tam sakitləşməlidir (həm fizkiki, həm də psixoloji). Əgər xəstə  qalxanvari vəzi hormonları qəbul edirsə, analiz günü həb qəbul edilməməlidir.
Qalxanvari vəzi fəaliyyətinin azalması (hipotireoz) zamanı T3 və T4 normada və ya normadan aşağı olur, TSH isə artmış olur.
Qalxanvari vəzi fəaliyyətinin artması (hipertireoz) zamanı T3 və T4 artır, TSH isə düşür.
Bu ümumi məlumatdır. Birdə təkrarlayaq ki, analizin nəticələrini daha dəqiq şəkildə yalnız həkim endokrinoloq qiymətləndirə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1020   Tarix: 18 may 2022
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Orqanizmdə iltihabı azaldan 7 qida

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. -a istinadən xəbər verir ki, diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin

Bir çox insanın arzusu uzun və xoşbəxt bir həyat sürməkdir. Aydındır ki, orta fiziki fəaliyyət və düzgün qidalanma prinsiplərinə riayət etməklə uzunömürlülük şansı artır.   -a istinadən xəbər verir ki, ancaq ömrü uzatmağı

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

turlar.az

sonxeber.az kosmetik vasiteler yaz geyimleri 2024 geyim seçimi kokteyl qış xəstəlikləri ziyafət geyimləri 2024 usaq otagi dizaynlari kosmetika turpun nağlı vicdan vetene aid bayati tərəzi bürcü muellim seiri