"Qara meşə" tortu

"Qara meşə" tortuƏrzaqlar
Xəmir üçün:
• 4 yumurta
• 120 q şəkər tozu
• 90 q un
• 20 q nişasta
• 15 q kakao-paraşok
• 1 çimdik darçın
• 30 q Gerda kərə yağı
İçık üçün:
• 400 q dondurulmuş albalı
• 200 ml su
• 200 q şəkər tozu
• 1 ç.q. darçın
• 250 q qaymaq
• 10 q vanilin
• 80 q tünd şokolad
Bəzək üçün:
• 250 q qaymaq
• 1 ç.q şəkər kirşanı
• 150 q şokolad
Hazırlanma qaydası
1. Şirəni hazırlayın: şəkər tozunun üzərinə qaynar su əlavə edib, həll olana qədər qarışdırın. Donmuş albalıları bir qaba yerləşdirib üzərinə darçın səpin. Siropu üzərinə tökün və bir neçə saat gözləyin.
2.Yumurtaların sarısını və şəkər tozunun yarısını qatı kütlə halına gələnə qədər çalın. Digər qabdada da yumurtanın ağını qatı hala gələnə qədər çalın və qalan şəkər tozunu əlavə edin. Çalmağa davam edin. İki kütləni qaşıq ilə qarışdıraraq birləşdirin.
3.Ələkdən keçmiş xəmiri, nişasta, kakao və darçını kütləyə əlavə edin. Ehtiyatla qarışdırın. Daha sonra əridilmiş Gerda kərə yağını kütlənin üzərinə tökün. Xəmiri yağlanmış və üzərinə un səpilmiş qəlibə yerləşdirin. 200C isidilmiş sobada 25-30 dəqiqə bişirin. Soyumasını gözləyin.
4. Kremi hazırlayın: qaymağı qazana tökün, üzərinə vanilin və şəkər tozu əlavə edib qaynadın. Şokolad dilimlərini əlavə edib, oddan götürün. Qarışdırın. Soyuducuda 2-3 saat ərzində soyumasını gözləyin. Daha sonra mikseri işə salıb, kütlə köpüklənib, açıq rəng və qatı hala gələnədək çalın.
5. Biskviti 3 hissəyə bölün. Albalıları süzgəcə qoyun və şirənin axmasını gözləyin. 10-15 giləmeyvəni bəzək vermək üçün ayırın. 6 ç.q. şirə ilə tortun alt hissəsini isladın. Krem ilə tortun alt hissəsində dairələr çəkin. Dairələrin arasına albalıları düzün. Üzərinə krem əlavə edin. Eynı qayda ilə biskvitin 2 -ci və 3-cü hissələrini də isladın. İkinci hissənin üzərinə də eyni qayda ilə krem çəkib, albalıları düzün.
6. Qalan qaymağı çalıb, üzərinə şəkər kirşanı əlavə edin və ehtiyyatla qarışdırın. Alınan kütləni tortun üzərinə və yanlarına çəkin. Bir miqdarını bəzək üçün saxlamaq şərti ilə. Sürtgəcin iri dişciklərindən şokoladı keçirin. Soyuducunun dərin dondurucu hissəsinə yerləşdirin. Qalan şokoladı isə sürtgəcin kiçik dişciklərindən keçirin. Tortun yanlarını kiçik, üstünü isə böyük dişciklərdən keçmiş şokolad ilə bəzəyin.
7. Albalının formasını itirməməsi üçün, üzərinə çəkilmiş qoz-fındıq və şəkər tozu səpin. Tortu albalı və qaymaq ilə bəzəyib 2 saat soyuducuda saxlayın.
Şedevr hazırdır – nuş olsun!

Mətbəx     Baxılıb: 3831   Tarix: 31 avqust 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Qara dəniz dadı: Kumak Recipe

Kuymak Resepti üçün Tərkibi. 2 -ci. yığılmış yemək qaşığı. kərə yağı. 2 -ci. yığılmış yemək qaşığı. qarğıdalı unu. bir. su şüşəsi. Bu. (otaq temperaturunda). bir. Damğa. kəsmik. 1 çay fincanı. Qaynar su. bir. çay qaşığı silin

turlar.az

sonxeber.az qadın geyimi yay kolleksiyasi makiyaj instagram göyəmin faydası makaronlar vannalar kişi geyimləri 2024 kosmetika vətənə aid atalar sözləri pomidor xanım az sanamalar ekizler