Qara tut (Lat.Morus) haqqında bilmədikləriniz

Qara tut (Lat.Morus) haqqında bilmədiklərinizQara tut 2-3 sm uzunluğunda yumşaq və dadlı meyvədir. O hündür tut ağacının dadlı və ətirli giləmeyvəsidir. Qara tut ağacının meyvələri tünd bənövşəyi, tünd qırmızı və ya qara-qırmızı rənglərdə olur. Qara tut meyvələri sulu və dadlı olur və hər il yetişir. Tam böyümüş tut ağacından il ərzində 200 kiloqrama qədər meyvə tollamaq mümkündür. Tut meyvəsi iyun ayının ortalarından yetişməyə başlayır və vaxtında toplanmadıqda tökülür.
Tutun elmə 16 növü məlumdur. O Asiya, Afrika, Şimali Amerika, Bolqariya, Rumıniya, Rusiya və Ukraynada geniş yayılmışdır. MDB ölkələri arasında tut ən çox Azərbaycanda bitir. Qara tut isə ən çox Azərbaycan və Çində yetişir. Qara tutun 4000 ilə yaxın yaşı vardır. Bu giləmeyvə barədə Bibliyada da yazılara rast gəlmək mümkündür. Qara tut tez yetişən və tez xarab olan meyvələrdəndir. Onu əsasən yığan kimi yemək lazımdır. Zədəsiz halda yığılan qara tutu polietilen paketdə 3 gün saxlamaq mümkündür. Qara tutu uzun müddətli saxlamaq istədikdə isə onu qurudub saxlamaq lazımdır. Bunun üçün tut meyvələrini isti havalarda 1-2 həftə qurutmaq, sonra isə xüsusi sobada 30-40*C-də bir müddət saxlamaq lazımdır. Bəzi insanlar tutu dondurucuda da bir müddət saxlayırlar.
Qara tut (Lat.Morus)nın Tərkibi
100 qram tutda olan qida dəyəri:
- Zülallar - 0,7 qr
- Yağlar - 0,4 qr
- Karbohiodratlar - 1,8 qr
- Su - 82,6 qr
- Kalori - 50,5 kKal.
Qara tut (Lat.Morus) Xeyri
Qara tutun tərkibi A, B1, B2, B6, E, C, K vitaminləri, dəmir, marqnes, sink, selen mikroelementləri, kalsium, nartium, maqnium, fosfor makroelementləri ilə zəngindir. Hipokaliemiya zamanı qara tut yeməyin faydası çoxdur. Buna görə də həkimlər orqanizmdə kalium mübadiləsinin pozulmaları zaman xəstələrə qara tutdan hazırlanmış ekstrakt təyin edirlər.
Qara tutdan ürək xəstəlikləri(miokardiodistrofiya, müxtəlif dərəcəli ürək qüsurları və s.) və böyrək xəstəlikləri səbəbindən əmələ gələn xroniki şişkinliklər zamanı istifadə edirlər. Qara tutun tərkibində olan kalium bu xəstəliklərin əmələ gətirdiyi əlamətlərin aradan qalxmasına səbəb olur.
Davamlı olaraq qara tut yemək təngnəfəsliyin aradan qalxmasına səbəb olur, ürəkdə baş verən ağrıların azalmasına və ürək ritmlərinin normallaşmasına səbəb olur.
Maddələr mübadiləsi pozğunluqları və qanazlığı zamanı da qara tut yemək faydalıdır. Onun faydasını görmək üçün ən azı iki həftə müəyyən miqdarda tut yemək lazımdır.
Qara tut mədə-bağırsaq sisteminin işinə də təsir edir. Qara tutu kal halda yedikdə ishalın kəsilməsinə səbəb olur. Tam yetişmiş tut isə bağırsaqları yumşaldır. Qəbizlik zamanı dəymiş tut, ishal zamanı isə kal tut yemək əlamətlərin aradan qalxmasına səbəb olur.
Prostatit əlamətlərini aradan qaldırmaq və kişi gücünü bərpa eləmək üçün qara tut yemək lazımdır. Bunun üçün 1 kq qara tutun üzərinə 200 qram bal əlavə edilib bir-neçə gün soyuducuda saxlamaq və yatmazdan əvvəl 1 xörək qaşığı yemək lazımdır.
Qara tutun bakteriasid və antiseptik xüsusiyyəti var. Onun şirəsi ilə ağız boşluğu və boğazı qarqara eləmək iltihabın və ağrıların azalmasına səbəb olur. Qara tutun(2 xörək qaşığı) üzərinə qaynar su(200 ml)töküb 4 saat saxladıqdan sonra içmək və ya onunla ağız boşluğunu yaxalamaq boğaz ağrılarının azalmasına səbəb olur. Əsəb gərginliyi, yorğunluq, yuxusuzluq zamanı qara tut dəmləməsinin faydası çox böyükdür. Bunun üçün 1 kq qara tutu 500 ml suda zəif odun üzərində 30 dəqiqə qaynatmaq lazımdır. Bu zaman rəngli maddə alınır. Soyuduqdan sonra bu maddənin üzərinə 300 qram bal əlavə edib yenidən 80*C-ə qədər qızdırmaq və qarışımdan gündə 1 çay qaşığı olmaqla 3 dəfə içmək lazımdır.
Kulinariyada qara tutdan desertlər, piroqlar, mürəbbələr, kompotlar, kisellər, şərbətlər, bulkalar hazırlanır.
Qara tut (Lat.Morus)nın Ziyanı
Həddindən çox qara tut yemək ishala səbəb ola bilir. Yüksək təzyiqli xəstələrə, şəkərli diabet xəstələrinə çoxlu miqdarda qara tut yemək olmaz.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 733   Tarix: 26 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yerkökü xərçəng riskini azalda bilər

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.   -a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizin

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

Bu şəxslər hər gün yumurta yeməlidir

a istinadən yumurtanın faydalarını təqdim edir:. Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları . - Uzun müddət tox tutur. - Güclü bir protein

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar

İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır. . -a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

turlar.az

sonxeber.az toy gecesi qadin sayti hamiləlik aparici serxan keremoglu praktik morugun faydasi hakista xina yaxdi sozleri kosmetika birlik novruz bayramina aid hakisdalar damla atalar sözləri gozellik