Qeyri-düzgün qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır

Qeyri-düzgün qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalırUşaqlıq dövrü insan orqanizminin sonrakı fiziki, əqli inkişafında xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan Trend-ə verilən məlumata görə, uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir. Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar ki, bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də zərərli qidalanma vərdişləri uşaqlarda piylənmənin inkişaf etməsində əsas rol oynayır. Uşaqlarda piylənmə hazırda geniş yayılmış və ciddi sağlamlıq problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı artıq çəki və piylənməni (obezlik) sağlamlıq üçün risk yaradan anormal və ya həddindən artıq yağ yığılması hesab edir. BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatına əsasən, 2016-cı ildə dünyada 5 yaşadək 41 milyondan çox uşaqda artıq çəkiyə rast gəlinib. Artıq çəkili uşaqlarda yetkinlik yaşlarında da piylənmənin müşahidə edilməsi diabet və ürək-damar xəstəliklərinə yol açır. Hətta obez uşaqlarda astma tezliyinin daha yüksək olduğu müəyyən edilib.
Piylənməyə bir çox faktorlar səbəb ola bilər. Onların arasında həddindən artıq və qeyri-düzgün qidalanma ilə yanaşı, fiziki aktivliyin az olması daha geniş yayılmış amildir. Belə ki, qəbul edilən qida payının verdiyi enerji sərf edilən enerjidən çox olduqda piylənməyə yol açır. Ona görə də uşaqlarda sağlam vərdişləri inkişaf etdirmək, xüsusən də onlara zövq verən fiziki aktivliyi yüksəltmək vacibdir və bunun üçün hamılıqla dəstək və fəal olmaq lazımdır.
Uşaqlarda piylənməyə yol açan səbəblərdən biri də yemək vərdişlərindəki dəyişikliklərdir. Evdən kənarda yemək, nizamsız yemək fasilələri, eləcə də yüksək enerjili, yağ, şəkər, duz tərkibli qəlyanaltılar, unlu qənnadı məmulatları, fastfud və digər ayaqüstü yeməklər uşaqların sağlamlığına və rifah səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Çünki yüksək kalori tərkibinə baxmayaraq, ayaqüstü qidalar orqanizmin sağlamlığını dəstəkləmək və tələbatını ödəmək üçün faydalı deyil. Ona görə də bu tip qidalar qeyri-sağlam qidalar hesab edilir və bilavasitə piylənmənin yaranmasına gətirib çıxarır. Əlverişliliyi və cəlbediciliyi ilə uşaqları "asılı vəziyyətə" salan bu tip qidalar üstəlik soyuq qazlı sularla birlikdə istehlak ediləndə sağlamlıq üçün daha ciddi fəsadlara yol aça bilir. Qida qəbulu ilə bağlı vərdişlərin dəyişməsi meyvə-tərəvəz istehlakının da azalmasına səbəb olur. Hətta ayaqüstü yeməklərə meyilliliyin artması uşaqların fiziki və əqli sağlamlığı üçün olduqca vacib olan səhər yeməyini tədricən əvəz etməyə başlayır. Mütəxəssislərin fikrincə isə səhər yeməyi günün ən vacib yeməyi olmalıdır. Çünki sağlam səhər yeməyi gün boyu uşaqların sərf edəcəyi enerjini artırmaq üçün olduqca faydalıdır. Həmçinin balanslı səhər yeməyi beyinin işini gücləndirir, yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına da kömək edir. Qeyd edək ki, qeyri-sağlam qidalanma, həyat tərzindən başqa genetik faktorlar və hormonlar da uşaqlarda piylənməyə yol aça bilər.
Səmərəli qidalanmanın ən vacib şərtlərindən biri də qida qəbulları arasındakı fasilənin gözlənməsidir. Qidanın yaxşı çeynənməsi də şərtdir. Bu tələblərə riayət olunmayanda uşaqlarda həzm prosesi pozulur, orqanizmdə bir çox patoloji dəyişikliklərin yaranması üçün zəmin yaranır. Uşaqların qidalanması ilə bağlı vacib amillərdən biri də maye qəbuludur. Onların suya olan tələbatı daha çoxdur. Buna görə də uşaqlar gün ərzində kifayət qədər su və maye qəbul etməlidirlər. Piylənmə riskindən qorumaq üçün uşaqların gündəlik qida rasionunda isti duru yeməklərin, meyvə-tərəvəzin olması da şərtdir. Uşaqların qidalanmasında yaşı, fiziki yüklənməsi, əqli gərginliyi və digər amillər mütləq nəzərə alınmalıdır.
Piylənmənin inkişafına yol açan mühüm amillərdən biri də körpələrin həyatının ilk illərindəki qidalanmasıdır. Araşdırmalara əsasən, ana südü ilə qidalanan uşaqlarda piylənmə nisbətinin ana südü ilə qidalanmayan uşaqlara nisbətən daha az olduğu müəyyən edilib. Həmçinin ana südü ilə qidalanmanın müddəti, tamamlayıcı qidaların növü, miqdarı və başlanğıc vaxtının da piylənmənin meydana gəlməsinə təsir etdiyi sübut olunub. ÜST və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən nəşr olunan müxtəlif sənədlərdə qeyd olunur ki, körpələrin ilk 6 ay ana südü ilə qidalandırılması, 6 aydan sonra isə ana südü ilə birlikdə etibarlı, uyğun keyfiyyətli və tamamlayıcı qidaların verilməsi, eləcə də azı 2 il ana südü ilə qidalandırılması gələcəkdə piylənmə və xroniki xəstəliklər riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Qeyri-düzgün qidalanma və onun fəsadları uşaqlarda yuxu pozuntusuna da səbəb ola bilir. Hətta araşdırmalar yuxu apnesi (yuxu zamanı nəfəsin kəsilməsi) və həddindən artıq xoruldama kimi problemlərin obez uşaqlarda daha çox rast gəlindiyini göstərir. Bu da ürək-damar və sinir sistemində sağlamlıq problemlərinə səbəb ola bilir. Həmçinin belə uşaqlarda daim yorğunluq və konsentrasiyanın pozulması da müşahidə olunur. Uşaqların bir çoxu artıq çəkili olması səbəbindən ciddi psixoloji və sosial təzyiqə də məruz qalırlar. Bu da onlarda özünəinama və özünəgüvənə mühüm təsir göstərir.
Sadalanan bu və ya digər xəstəliklərin profilaktikası kimi erkən yaşlardan uşaqların qidalanması düzgün təşkil olunmalıdır. Çünki balanslı və səmərəli qidalanma uşağın gələcəkdə sağlam həyat tərzinin təminatıdır.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 1084   Tarix: 19 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

.

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir

Türkiyənin Şanlıurfa Siverek İlçe Dövlət Xəstəxanasının Ortopediya və Travmatologiya şöbəsində çalışan m ütəxəssis həkim Ahmet Yiğitbay yeni doğulmuş körpələri bələməyin fəsadlarından danışıb. Onun sözlərinə görə, bu inkişafd

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

turlar.az

sonxeber.az geyim necə seçməli makiyaj etmek qaydalari geyim dəbləri bilik haqqinda atalar sözləri şirniyyat resepti adət ənənələr maraqli hind filmleri kosmetika gözəllik cekc pornuxa gunay maskalar meseller