Qışda arıqlamaq istəyənlər bunları yesin

Qışda arıqlamaq istəyənlər bunları yesinQış mövsümün öz gözəllikləri ilə yanaşı çətinlikləri də var. İnfeksiyalar, soyuqdəymə, qrip bədənin immunitetini aşağı salır. Bununla yanaşı pəhriz saxlamaq bədənin müqavimətini zəiflədə bilər.
Milli.Az Axşam.az-a istinadən soyuq havalar da belə sizi enerjili saxlayacaq bəzi yemək reseptlərini təqdim edir.
1. Öncəliklə qeyd edək ki, bədəndən zəhərli maddələri xaric edən kələm qış mövsümündə daha çox istehlak etməyiniz tövsiyə olunur. Tərkibindəki B vitamini bədəndəki enerji mübadiləsini tənzimləyərək arıqlamağa kömək edir. C, K vitamini, kalium, maqnezium, selenium, polifenol və kükürd kimi minerallar immuniteti artırır, əzələləri və sümükləri gücləndirir, yorğunluğun qarşısını alır. Bundan əlavə, tərkibindəki C vitamini kollagenin istehsalını dəstəkləyir və dərini cavanlaşdırır.
Kələm şorbasının tərkibi:
1 stəkan kəsilmiş ağ kələm
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı sarıkök
1 çay qaşığı kimyon
1 çay qaşığı üyüdülmüş qara bibər
2 xörək qaşığı bulqur
2 xörək qaşığı qırmızı mərcimək
1 qırmızı bibər
1 pomidor
1 soğan
2 diş sarımsaq
Bütün inqrediyentləri 2 stəkan su ilə qazanda bişirin. Pəhriz zamanı yeməkdə bu şorbadan 1 boşqab içməyiniz tövsiyə olunur.
2. Bol K vitamini, orta kalium, maqnezium, A vitamini və fol turşusu ehtiva edən digər qış tərəvəzi isə kərəvəzdir. Tərkibində yüksək miqdarda fenolik birləşmələr olan apigenin və luteolin olan kərəviz əla antiinflamatuar təsiri olan qidalardan biridir. Kərəviz sapı qaraciyərdə toksinlərin orqanizmdən çıxarılmasını təmin edən fermentləri aktivləşdirir. Bundan əlavə, kərəviz böyrəküstü vəziləri işlətməklə yorğunluğun qarşısını alır.
Kərəvəz salatının tərkibi:
1 orta boy kərəvəz
1 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı süzülmüş qatıq
1-2 diş əzilmiş sarımsaq
1 kiçik incə doğranmış soğan
3-4 turşu xiyar
çili bibəri
Kərəvəzi sürtgəcdən keçirib bir az limon sıxmaqla qaralmasının qarşısını alın. Ayrı yerdə süzülmüş qatıq, zeytun yağı, sarımsaq, soğan və çili bibərini qarışdırın. Qarışığa kərəvəzi əlavə edin. Salatınızı xırda doğranmış turşu xiyarla dadlandıra bilərsiniz.
3. Pırasa qış mövsümünün əvəzolunmaz tərəvəzlərindəndir. Fol turşusu, A, B6, C, K vitaminləri, dəmir və manqanla zəngin olan pırasa, bədəni enerji ilə təmin edir, sümük və toxumaların inkişafına dəstəkləyir. Bu tərəvəz ani aclığın qarşısını alır, uzun müddət tox qalmağınıza dəstək olur və arıqlamağınızı asanlaşdırır.
Bulqurlu pırasanın tərkibi:
1 dəstə pırasa
1 kiçik soğan
1 orta boy kök
2 böyük qırmızı bibər
2 orta boy pomidor
4 xörək qaşığı bulqur
1 xörək qaşığı zeytun yağı
duz
istiot
Soğan və yerkökünü xırda-xırda doğrayıb böyük bir qazanda qovurun. Sonra doğranmış pırasanı qazana əlavə edin. Pomidoru rəndələyib bu qarışıma əlavə edin. Bir az su töküb bişirməyə davam edin. Sonda qırmızı bibər, bulqur və ədviyyatları əlavə edib daha 5 dəqiqə bişirin.
4. Gül kələm orqanizmdən toksinlərin atılmasını artıran tərəvəzdir. Ən yaxşısı onu çiy halda salatlara əlavə etməkdir. Bağırsağın hərəkətini artıran bu təzə tərəvəz həm də immunitet sistemini gücləndirir. Tərkibindəki sulforan və indollar sayəsində orqanizmin antioksidant qabiliyyətini artırır. Tərkibindəki C vitamini və sink ilə canlı dəriyə, daha güclü saç və dırnaqlara sahib olmanızı təmin edir.
Tərkibi:
1 orta gül kələm
1 böyük qırmızı bibər
1 böyük yaşıl bibər
1 soğan
2 diş sarımsaq
yarım limon
Sousu üçün:
1 litr süd
2 xörək qaşığı tam buğda unu
1 yumurta sarısı
1 çay qaşığı köri
1 çay qaşığı sarıkök
duz, istiot, xardal
Gül kələmini sarımsaq və limon suyu ilə suda bir az qaynadın. Soğan və bibəri yarım halqalara doğrayın. Ayrı bir qazanda süd, tam buğda unu və yumurta sarısını qarışdıraraq bişirin. Sous qaynamağa başlayanda duz, köri, sarıkök və qara bibər əlavə edib bişməyə buraxın. Soğan və bibəri qaynadılmış gül kələminə əlavə edin. Sonda üzərinə hazırladığınız sousu töküb 180 dərəcədə sobada 15-20 dəqiqə bişirin.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1123   Tarix: 15 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

turlar.az

sonxeber.az geyim şəkilləri toy makiyaji sekilleri geymler 2024 hamiləlik testi nişan geyim modelləri intim hekayələr saç həkimi kosmetika ana haqqinda bayati kahfe falı novruz hakıştası veten haqqinda atalar sozu tərəzi bürcü