Qışın gözəllik sirləri

Qışın gözəllik sirləriSoyuq qış aylarında külək, şaxta, rütubətli hava və yağıntılar qadın üçün arzuolunmaz hallar yaradır, gözəlliyin qorunması sahəsində onlara çətinlik yaradır. Soyuq havalarda üz və əl dərisi, göz ətrafları və dodaqlar quruyaraq kobudlaşır, saçlar öz canlılığını və təravətini itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektriklənmiş saçlar kimi assosiasiya olunur.

Xanim.az azərtac-a istinadən qış fəslində gözəlliyi qorumaq üçün təcrübəli və tanınmış dermatoloqların bəzi məsləhətlərini xatırladır.

Onların dediyinə görə, qış aylarında tez-tez çox isti vanna və ya duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qurumasını sürətləndirir. Ümumiyyətlə, qış aylarında üz dərisini isti su ilə yumaq məsləhət görülmür.

Qış aylarında kontrast duş qəbul etmək dəri üçün çox xeyirlidir. Duş qəbul edərkən 15 saniyə soyuq su altında qalmaq lazımdır, daha sonra suyun istiliyi bir az da artırılır və azaldılır. Proseduru 2 dəqiqə ərzində aparmaq sadə hidroterapiya əməliyyatıdır. Həmin üsulla orqanizmin qan dövranını tənzimləyərək dərinin təravətlənməsinə nail olmaq mümkündür.

Dərinin yumşaq və gözəl görünməsi üçün limon qatılmış isti su içmək pis görünüşlü dəriyə səbəb olan toksinlərin daha tez atılmasına və qanın təmizlənməsinə kömək edir. Qış aylarında masaj vasitəsilə dərinin əvvəlki parlaqlıq və təravətini qaytarmaq mümkündür. Masaj zamanı dəriyə uyğun krem, losyon və yağlardan istifadə etmək məsləhətdir. 1 qaşıq qarğıdalı ununu qatıqla qarışdıraraq əl, üz və ayaqlara sürtülüb masaj edilməsi dərinin təmizlənməsi və yumşalmasına səbəb olur.

Dermatoloqlar qarlı havada əks olunan şüaların dərini zədələdiyini söyləyirlər. Yay aylarında olduğu kimi, soyuq fəsildə də qoruyucu kremlərdən istifadə etmək məsləhətdir. Həmin kremləri havaya çıxmazdan 20-30 dəqiqə əvvəl nazik təbəqə şəklində dərinin günəşlə təmasda olan nahiyələrinə çəkmək və 3-4 saatdan bir yeniləmək lazımdır. Soyuq havanın təsiri dəridə quruluğa səbəb ola bilər. Ona görə quruluğun qarşısını almaq üçün tərkibində yağ olan və dərini qurutmayan şampunlara üstünlük verilməlidir. Hər dəfə vanna və duş qəbul ediləndən dərhal sonra dəri islaq olarkən nəmləndirici kremlərdən istifadə etmək faydalı təsir göstərir.

Soyuq aylarda dəri həddindən artıq quru və həssas olduğuna görə üz dərisinə xüsusi diqqət göstərmək lazımdır. Kosmetik vasitə həddindən artıq quru və ağır tərkibli olmamalıdır. Hətta dəri yağlı olanda da yumşaq, kifayət qədər yağlı və nəmləndirici xüsusiyyətlərə malik kosmetik vasitələrdən istifadə etmək lazımdır.

Mütəxəssislərin dediyinə görə, makiyajı təmizlədikdən sonra mütləq qış fəsli üçün nəzərdə tutulmuş nəmləndirici krem çəkilməlidir. Yaxşı olar ki, həmin kremin tərkibində qliserin, lanolin, mineral və yağ olsun. Qliserin dəri üçün əla müdafiə baryeri yaradır və nəmi saxlayır, lanolin yağı isə onu yumşaldır və hamarlaşdırır. Üzü yuyandan dərhal sonra nəmləndirici krem çəkmək, daha sonra yüngül şəkildə masaj edərək nəmli dəriyə hopdurmaq lazımdır. Lakin bundan sonra ən azı bir saat şaxtaya çıxmaq məsləhət deyil. Soyuq havaya çıxarkən üzü şal və ya şərflə örtmək çox vacibdir.

Nəmliyini itirən üz dərisini buxar vannası ilə yenidən təravətləndirmək mümkündür. Sauna və hamama getmək imkanı olmadıqda ev şəraitində aptek çobanyastığı dəmləməsi qatılmış qaynar sudan istifadə edilir. Üzü həmin qarışıq olan qaba tutaraq 10 dəqiqə saxlamaq lazımdır. Buxarın kənara yayılmaması üçün başın üzərinə dəsmal atmaq olar. Daha sonra üzü qurulayaraq nəmləndirici krem çəkilməsi dərini təravətləndirir və yumşaldır.

Yatmazdan əvvəl üzə çəkilmiş makiyajı təmizləmədən yatmaq çox ziyanlıdır.

Xəbərlər     Baxılıb: 1534   Tarix: 29 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Orqanizmdə iltihabı azaldan 7 qida

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. -a istinadən xəbər verir ki, diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

turlar.az

sonxeber.az yay kolleksiyasi makiyaj instagram sac duzumleri salatlarin hazirlanmasi marqarita pizza qadin dunyasi 2024 baliq qulagi kosmetika narin faydasi tərəzi bürcü yuxuda qara ilan gormek uşaq şeirləri kökəlmək üçün