Quru, uzun müddətli öskürəkdən əziyyət çəkənlər - Mədənizi yoxladın

Quru, uzun müddətli öskürəkdən əziyyət çəkənlər - Mədənizi yoxladınÜzücü, yorucu quru öskürək var, amma nə soyuqdəymə, nə qrip, nə ağciyər problemi yoxdursa, deməli, öskürək mədədən qaynaqlanır. Bu öskürəyi heç bir boğaz dərmanı və öskürək siropu kəsə bilmir.
Əgər sizdə mədə göynəməsi, qıcqırma, mədə şirəsinin boğaza qayıtması kimi problemlər də varsa, əmin ola bilərsiz ki, öskürək də bu səbəbdəndir.
Milli.Az xəbər verir ki, qida borusunun daim mədə şirəsi ilə qıcıqlanması nəticəsində həm qida, həm nəfəs borusunun selikli qişası aşılanır, qıcıqlanma baş verir, öskürək sindromu başlayır.
Çox zaman xəstələr LOR həkimə gedərək, öskürəyi və nəfəs borusundakı problemi həll edib, məsənin dərinliyinə getmirlər. Ona görə müalicə təsir etmir və öskürək davam edir.
Mədə öskürəyini yaradan səbəb və faktorlar:
- Mədə xorası, qastrit
- Həzm orqanlarında enterovirusların çoxalması
- Adenovirus infeksiyası
- Bağırsaqlarda disbakterioz
- Qurd, parazitlər
- Yüksək turşuluq
- Helikobakteri
- Reflüks ezofagit - qıcqırma
- Zərərli qidalanma - acı, duzlu, isti, quru
- Düz bağırsaq problemləri
- Qaraciyər, öd xəstəlikləri
Amma 70% hallarda mədə öskürəyinin səbəbkarı reflüksdür. Bu xəstəlik mədə və qida borusu əzələsinin hərəkət pozulmasıdır, hansı ki, qida qalığı və mədə şirəsi geri, qida borusu və udlağa qayıdır. Selikli qişa, nəfəs yollarının girişi zədələnir, quru öskürək yaranır.
Köpü olanlar,piylənmə, qida borusu və diafraqmal yırtığı olanlar bu xəstəlikdən və mədə öskürəyindən əziyyət çəkir.
Mədə öskürəyindən 40 yaşından yuxarı insanlar, yaşlılar və xüsusən kişilər əziyyət çəkir.
Bu öskürəyin fərqli əlamətləri:
- Quru öskürək daha çox yemək yedikdən, çay içdikdən sonra yaranır
- Eləcə də insan uzananda, başı yastıqdan aşağıda olanda və yuxuda, səhərəyaxın olur
- Öskürəklə yanaşı qıcqırma, mədədən acı axıntının boğaza gəlməsi, ürəkbulanma da yanaşı gedir
- Tənəffüs fit xarakterlidir, boğaz daim qıcıqlanır
- Ağızdan pis qoxu, qıcqırmış tam gəlir
- Qarında köp olur, həzm pozulub
Bu xəstəliyi diaqnoz etmək üçün mütləq qastroenteloqa müraciət olunmalıdır.
Qan, sidik, nəcis analizi verilir, mədə zondla endoskopik yoxlanılır, daxili orqanların USM-i, helibakteri nəfəslə təyini analizi, mədə turşuluğunun yoxlanması, Ağciyər və qida borusunun rentgeni aparılır.
Müalicə həm mədənin, qida borusunun, həm də qıcıqlanma və öskürəyə qarşı seçilir. Konkret xəstəlik müalicə olunduqda, öskürək də zamanla keçir.
Mədə turşuluğu yüksək olanlar Omeprazol kimi yanmaya qarşı dərmanı hər səhər qəbul etməlidir.
Xəstəyə xüsusi dieta təyin olunur.
Xalq təbabətindən təmiz zeytun yağı, propolis, təzə kartof şirəsi, kətan toxumu yağı, qara zirə yağı da yaxşı effekt verir.
Belə xəstələr hündür yastıqda yatmalı, bogazlarını daim yaşlamalı, otaq havasının quru olmaması üçün nəmləndirməli, gündə 5 dəfə az-az yeməlidirlər. Uzun müddət ac qalmaq olmaz. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 701   Tarix: 12 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

turlar.az

sonxeber.az qis geyimləri 2024 sade makiyaj sekilleri kosmetoloq qadın psixologiyası şirniyyat və tortlar praktiki məsləhətlər qadın testləri kosmetika seksi hekaye janri baliq kurtlar vadisi maraqlı