Rus dilini öyrənək (1-ci dərs)

Rus dilini öyrənək (1-ci dərs)Rus dilini öyrənmək istəyənlər üçün 1-ci dərsimizdə Rus dilinin qrammatikası haqqında məlumat verəcəyik.

Qrammatika nə deməkdir?

Azərbaycanlıların rus dili fənnini öyrənmələrində başlıca vəzifə bu dilə əməli yiyələnməkdən ibarətdir. Buna görə də hər bir mövzunun öyrənilməsi rus dilində nitq vərdişlərinin inkişafına yenəldilmişdir. Bəs belə halda qrammatikanın rolu nədən ibarətdir? Ümumiyyətlə, qrammatika anlayışı nədir və onun öyrənilməsi nə üçün lazımdır? Qrammatika bir elm kimi nə vaxt yaranıb?

Qədim rus atalar sözünü xatırlayaq: "Грамота—к мудрости ступенка"—"Savad-müdrikliyə pilləkəndir". "Грамматика" sözü isə yunanca "грамма", yəni "hərf" sözündən götürülmüş, əvvəllər "yazı" mənasında işlədilmiş, sonra isə dilin quruluşu haqqında elm bu sözlə—"qrammatika" sözü ilə adlandırılmışdır.

Bir elm kimi qrammatika qədim yunanlarda meydana gəlmişdir. Qrammatikanın banisi filosof Aristotel olmuşdur. O,nitq hissələri və hallar haqqında təlimi yaratmışdır. Qrammatikanın nəzəri əsaslarının təkmilləşdirilməsi və zənginləşdirilməsində qədim alimlər—Aristrax və frakiyalı Dionisi bvyük rol oynamışlar.

Romalılar qrammatikanı yunanlardan götürmüşlər. Latın (Roma) qrammatikası nümunəsi əsasında sonralar digər Avropa xalqlarının da qrammatikası yaradılmışdır.

Rus dilinin birinci əsil elmi qrammatikasını M. V. Lomonosov tərtib etmişdir. Bu, 1755-ci ildə yazılmış "Rusiya qrammatikası" ("Rossiyskaya qrammatika") idi. həmin qrammatikanın əsasını canlı rus dilinin öyrənilmiş fakt və hadisələri təşkil edirdi. "Rusiya qrammatikası"nda yazılış qaydaları da verilmişdi.

Lomonosovun bu qrammatikası təkcə elmi əsər deyil, həm də dərs vəsaiti idi. Rus məktəblərinin 50 mindən çox nəsli Lomonosovun qrammatikasından istifadə etmişdir. hazırda məktəblərimizdə istifadə edilən qrammatika dərsliyi məhz bu əsər əsasında tərtib olunmuşdur.

Qrammatika—sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir. Məsələn, deyək ki, bizə 8 söz verilmişdir: на, Родина, отряд, наша, сбор, мы, о, говорить. Qrammatikanın köməyi olmadan bu sözlərin ardıcıllıqla düzülüşü heç bir fikir—cümlə ifadə etmir. Qrammatik qayda-qanunlarıiın köməyi ilə biz bu sözləri elə dəyişdirir və onları bir-biri ilə elə əlaqələndirir və yazırıq ki, düzgün, bitmiş bir fikir, ifadə və ya cümlə alınır: "На сборе отряда мы говорили о нашей Родине". Bu söz birləşmələrindəki əlaqəyə diqqət yetirin: "на сборе" tələb edir ki, "отряд" sözü yiyəlik halda (родительний падеж) işlədilsin. "Мы говорили" birləşməsində mübtəda (мы) ilə xəbər (говорили) cəmə görə uzlaşıblar. "О нашей Родине" söz birləşməsində о isə çıxışlıq halında işlədilmiş "о Родине" sözü ilə "нашей" mənsubiyyət bildirən əvəzlik cinsə, tək--cəmə və hala görə uzlaşmışlar.

Rus dili gözəl dil olmaqla bərabər, lüğət tərkibi etibarı ilə olduqca zəngin və rəngarəngdir. Lakin qrammatika olmasaydı, lüğətlərdəki sözlər bir yığın olaraq qalardı. Misal üçün: наш, путешествие, дружина, отправится, утро, рано—sözləri rus dilinin lüğət tərkibinə daxildir və onların hər birinin mənası vardır. Lakin həmin sözlərin belə düzülüşündə heç bir fikir ifadə olunmamışdır. Qrammatikanın qayda-qanunları bizə bu sözlərdən "Наша дружина рано утром отправилась в путешествие" cümləsini düzəltməyə və nitqdə işlətməyə imkan verir və s.

Qrammatika vasitəsi ilə ayrı-ayrı kərpiclərdən—sözlərdən nəhəng bir bina tikilmiş—bütün xalqın dili yaranmışdır.

M. V. Lomonosovun dili ilə desək: "Bütün elmlərin qrammatikaya ehtiyacı vardır, qrammatikasız natiqlik kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix anlaşılmazdır.

Rus dilində öz fikrinizi düzgün ifadə etmək üçün qrammatikaya dair keçdiyiniz və keçəcəyiniz mövzuları ətraflı öyrənin. hər bir qrammatik anlayışı dərk edin, bu sahədə müvafiq qayda-qanunlara dair misallar göstərin, cümlələr qurun. Çalışın ki, qrammatik qayda-qanunlar nəzəriyyə kimi əzbər öyrənilməsin—ətraflı düşünülsün, dərk edilsin, hər bir anlayışa aid misallar və cümlələr göstərilsin.

Qrammatika dilin quruluşu haqqında elmdir. Bu elm isə lap qədimdir, onun əsası təqribən 2.500 il bundan əvvəl Yunanıstanda və Hindistanda qoyulub. Elə "qrammatkia" sözünün adı da yunan sözündən (qramma—"hərf") götürülmüşdür. Savad öyrənmək üçün rusca ilk vəsait 1574-cü ildə Ivan Fyodorovun Lvovda nəşr etdirdiyi əlifba kitabı olub. Əlbəttə, lap qədim zamanlarda (bizim hazırda istifadə etdiyimiz qrammatika kitablarında(n fərqli olaraq) inkişaf etmiş qrammatik terminlər yox idi. Buna görə də Ivan Fyodorovun əlifbasında qrammatik anlayışlar təsviri surətdə verilirdi. Misal üçün, birinci, ikinci və üçüncü şəxsin cəmi aşağıdakı kimi izah edilirdi:

"Будимо-со мною мнози" (т. е. со мною многие-мы). "Будите-без мене мнози" (т. е. вы).

"Будите-якобы нецыя на нас глаголют или мы на других" (якобы некоторые из нас говорят или мы на них-они).

Sonra oxu üçün birinci tapşırıqlara dair material verilirdi. Burada müxtəlif dua, ibadət və gəlamlar (hikmətli sözlər) çap edilirdi. Kitab bir qayda olaraq Ivan Fyodorovun "sevimli, şöhrətli və namuslu rus xalqına" müraciəti ilə qurtarır və ümid edilirdi ki, onun əsərlərini həvəslə qəbul etsinlər. Öz doğma Moskvasından uzaqda Ivan Fyodorov yazırdı: "Mən isə bu yazdıqlarımın daha çox fayda verməsi üçün daha da həvəslə işləmək istəyirəm".

Bir qədər sonra, 1596-cı ildə Vilnoda Lavrenti Zizaniyanın "Qrammatika"sı çap olundu. 1619-cu ildə Vilnonun yaxın-lığında, Evyuda, Meleti Smotritskinin "Qrammatika"sı nəşr edildi ki, həmin kitab 1648-ci ildə heç bir dəyişiklik aparılmadan Moskvada yenidən çapdan buraxıldı. Bu qrammatikadan M. V. Lomonosov da öyrənmişdi. Meleti Smotritskinin "Qrammatikası"nı və Maqnitskinin "hesab" kitabını Mixail Vasilyeviç Lomonosov "oz alimliyinin darvazası" adlandırmışdı. Rus dilinin birinci elmi qrammatikasını M. V. Lomonosov yaratmışdır. Bunun adı "Россијскаја грамматика" idi və 1755-ci ildə buraxılmışdı. həmin qrammatikada düzgün yazı qaydaları da var idi. M. V. Lomonosov bütün gücü ilə qrammatikanın eyrənilməsini təbliğ edirdi. O yazırdı: "Российская грамматика есть знание, как говорить, писать чисто российским языком по лучшему рассудительному (düşüncəli, dərrakəli) его употреблению".

Danışıq dilinin ədəbiyyata və elmə yol tapmasına ilk dəfə istiqamət verən, staroslavyan sözləri və ifadələrinin rus dilində işlənməsini məhdudlaşdıran M. V. Lomonosov olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində rus dili qrammatikasının işlənib hazırlanmasında A. X. Vostokov, N. I. Qreç, F. I. Buslayev, A. A. Potebnya, F. F. Fortunatov, A. A. Şaxmatov, A. M. Peşkovski kimi dilçi alimlərin rolu böyükdür. Sovet dövründə D. N. Uşakov, L. V. Şerba, V. V. Vinoqradov və başqaları dilçilik elmini, rus dili qrammatikasını daha da zənginləşdirmişlər.

Maraqlı     Baxılıb: 66664   Tarix: 18 dekabr 2014
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Raqif Hüseynova yüksək vəzifə verildi

Azərbaycan Texnologiya Universitetində tədris işləri üzrə prorektor vəzifəsinə təyinat olub. APA-ya istinadən bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən Raqi

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

turlar.az

sonxeber.az həkim məsləhəti qaşların formalari yaz geyimleri 2024 milli yeməklər ləkələr qadın saytı toyluq donlar 2024 kosmetika lakonizm oglan evi cinsi əlaqə turpun nağlı intim