Sağlamlığın 10 əsas göstəricisi

Sağlamlığın 10 əsas göstəricisiMütəxəssislər daim xəstəliklərin əalmətlərini sadalayır. Amma bu dəfə sağlam insanda orqanizmin 7 əsas göstəricisini bildiriblər. Əgər sağlam olub-olmadığınızı bilmək istəyirsizsə, bu göstəricilər sizdə qaydasında olmalıdır:
Yox əgər göstəricilər belə deyilsə, deməli, sağlamlığıızla məşğul olmalısız:
Milli.Az həmin göstəriciləri təqdim edir.
İnsan orqanizminin 12 əsas sistemi var: məsələn həzm, tənəffüs, qan, endokrin və s. Onların hər biri vacibdir. Hər birinin norma göstəricisi var.
1. Arterial təzyiq
Sağlamlığın birinci vacib göstəricisidir. Normada 120-80 olmalıdır. Təzyiqdə dəyişmə qan damar və sinir sisteminin pozulmasının birinci əlamətidir.
2.Tənəffüs hərəkərlərinin sayı - Bir dəqiqədə sağlam insan 12-16 dəfə nəfəs alıb verməlidir. Bir tənəffüs hərəkəri bir dəfə nəfəs alıb-vermə sayılır. Bundan az və ya çox tənəffüs sistemində problemləri göstərir.
3. Nəbz, ürək ritminin sayı - Dəqiqədə 75-80 normadır. Bu optimal tezlikdir. Bu göstərici qanda oksigenin sürətini göstərir. Ürək döyüntüsünü normadan az və çox olması problemdir.
4. Qanda hemoqlobin - qadınlarda 120-140, kişilərdə 140-160 mmol olmalıdır. Bu rəqəmlər orqanizmdə oksigenin miqdarını göstərir. Qanda hemoqlobin düşdükdə, tənəffüs tezləşir. Təngnəfəslik yaranır. Bununla da ürək-damar sistemi pozulur. Bu göstəricinin az olması qanazlığı, anemiyadır. Yəni bu orqanizm ciddi oksigen aclığı keçirir
5. Bilirubin - Qanın toksikliyini göstərir. Hər gün orqanizmdə minlərlə eritrosit hüceyrəsi ölür. Bunlar bilirubin səviyyəsində özünü göstərir. Normada bir litr qanda 21 mikromol olmalıdır. Əgər bu norma pozulubsa, deməli, həzm sistemi, qaraciyər, bağırsaq normal işləmir. Orqanizmin özünü təmizləmə prosesi pozulub. Göstərici 26-nı keçibsə, deməli, orqanizm zəhərlənir.
6. Sidik - Burda həm tərkib, həm miqdar vacibdir. Normada sağlam insan sutkada 1,5 litr sidik ifraz etməldir. Sağlam insanda onun rəngi açıq sarımtıl samanı rəng olur. Turşu mühiti 5,5. Sidikdə başqa heç bir yad element olmamalıdır. Əgər onda zülal, leykosit, göbələk, bakteriya tapılırsa, deməli, sidik ifrazat sistemi, böyrəklər, ümumilikdə orqanizm normal işləmir.
7. Çəki - qarın, bel bölgəsində piylənmə ciddi təhlükədir. Siz çəkinin maksimum yol verilən həddini aşmamalısız. Xüsusən kişilər üçün piylənmə təhlükəlidir. Məsələn, 170 sm boya görə çəki həddi 60-75 kq arasındadır.
İnsan orqan və sistemləri təbiət tərəfindən insan üçün yol verilən normada çəkiyə görə işləməyə yaradılıb, hesablanıb. Az və ya çox çəki sistemləri yükləyir.
Abdominal piylənmə zamanı kişilərdə qadın hormonu estrogenlər artır, burdan da kişi gücü azalır.
Kişi belinin çevrəsi 87-93 sm olmalıdır.
8. Qanda şəkər - norma 3,5 - 5,5 mmoldur. Bu göstərici orqanizmin operativ enerji ehtiyatını göstərir. Bu normaya cavabdeh mədəaltı vəz və endokrin sistemdir. İnsan üçün ən dəhşətli xroniki xəstəliklərdən olan diabet də məhz bu sistemin pozulmasından yaranır. Hər bir insan qanda şəkərinin miqdarını ildə 2 dəfə yoxlatmalıdır.
9. Qanın PH göstəricisi - turşu-qələvi mühiti. Çox insan bunu bilmir. Amma bu canlı insan ilə ölümə yaxınlaşan insanı fərqləndirən ən birinci göstəricidir.
Kardioloqlar bunu həyatın göstəricisi adlandırır.
Normada o 7,43 olmalıdır. 7.11-i keçən kimi ölüm baş verir. 7,41 kəskin ürək çatışmazlığında baş verir.
Qanın PH göstəricisi sağlamlığın düsturudur. Təəssüf ki, hər şeyi yoxlatsaq da onu yoxlatmırıq.
10. Leykositlər - qanda leykosit göstəricisi sağlamlıq və iltihabi proseslərin, hətta onkoloji xəstəliyin də göstəricisi ola bilər. Leykositlər immun müdafiədir. Virus və bakteriyalara ilk onlar cavab verir.
Qanda göstəricisinin kəskin artması və azalması ciddi siqnaldır: o deməkdir ki, daxildə müharibə gedir.
Beləliklə, sağlamlığınızı yoxlamaq üçün birinci nələrdən başlamalı olduğunuzu bildiniz. Bu göstəriciləri qaydaya salın. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 667   Tarix: 02 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Nanə çayının faydaları nələrdir?

Özünəməxsus aroması olan nanə həm çay kimi, həm də yeməklərdə ədviyyat kimi istifadə oluna bilən ətirli bir bitkidir. Bu bitkidən adətən çay kimi də istifadə olunur. -ə istinadən bildirir ki, nanə çayının faydalarını açıqlanıb

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Ürəyə zərərli olan arıqlama əlavələri

Arıqlamaq üçün nəzərdə tutulmuş əlavələr qida boşluqlarını doldurmaq və sağlamlığı qorumaq üçün məşhurdur, lakin onlardan bəziləri təhlükəli ola bilər.   -a istinadən xəbər verir ki, kofein əsaslı arıqlama məhsulları, efedri

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Broyler toyuqlarının bu hissələrini yeməyin

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. . Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insa

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

turlar.az

sonxeber.az qadin dunyasi gözəllik məhsulları maskalar şef master dogum cantasinda ne olmalidir qaslar müxtəlif kosmetika qz eviyçun hakışta meseller cinsi əlaqə zehmet ve zinet bürcler