Səhər yeməyi yemədən evdən çıxmayın - FAYDALARI

Səhər yeməyi yemədən evdən çıxmayın - FAYDALARIÇoxları səhər yeməyini vacib hesab etməyərək, ona bir qədər etinasızlıqla yanaşır.
Digərləri kökəlməkdən, çəki artırmaqdan qorxduqlarına görə ondan imtina edirlər. Bəziləri isə sadəcə vaxtın az olması, səhərlər iştahanın olmaması kimi xeyli "üzrlü səbəb" gətirirlər ki, özlərini günün başlanğıcında tam dəyərli qidadan məhrum etsinlər. Həkimlər və dietoloqlar ortaq bir fikirlə qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir.
Modern.az səhər yeməyinin faydalarını təqdim edir.
Qeyd etmək lazımdır ki, səhərlər yemək yeyən insanlar "ac qardaşlarından" daha az risklərə məruz qalır. Bundan əlavə, səhər yeməyi beyinə diqqəti toplamaq və məlumatı yadda saxlamağa görə beyin üçün çox vacibdir. Əbəs yerə deyil ki, özlərini səhər yeməyindən məhrum etməyən insanlar avtomobil qəzalarına daha az uğrayırlar. Tədqiqatlar göstərir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır və bu səbəbdən də sizi ofisdə ağır gün gözləyirsə, səhər orqanizminizi enerji ehtiyatı ilə təmin etməyi unutmayın.
Kökəlməkdən qorxan insanlar isə bilməlidirlər ki, səhər yeməyindən imtina etmək nəinki bədən quruluşuna xeyirli deyil, həm də bədəndə artıq çəkinin yığılmasına kömək edir. İş ondadır ki, siz yatdığınız müddətdə maddələr mübadiləniz də yatır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də əgər siz səhər yeməyindən imtina edirsinizsə, orqanizminiz naharadək daha az kalori yandırır. Bundan əlavə səhər yeməyi porsiyasından məhrum olmuş orqanizm özünü qoruma instinktini işə salır və nahar zamanı kaloriləri ikiqat enerji ilə toplayır. Üstəlik, naharda yaxşıca acmısınızsa, lazım olan miqdardan iki dəfə artığını yemək təhlükəsinə məruz qalırsınız.
Lakin heç də hamı yuxudan oyanan kimi iştahası qaydasında olmur. Mütəxəssislər hesab edirlər ki, məsələ gec yeyilən və kalorili axşam yeməyindədir. Yatmazdan əvvəl siz soyuducunu "alt-üst" edirsinizsə, təbiidir ki, səhər heç nə yemək istəməyəcəksiniz.
Səhər yeməyinə özünüzü öyrəşdirməyin daha bir üsulu var. Bu, səhər idmanıdır. Əlbəttə, idmanla məşğul olmaq vaxt tələb edir, lakin bunun əvəzində iştahanı artırır, bədən quruluşu və sağlamlıq üçün çox xeyirlidir. Səhərlər heç cür idmana vaxt ayıra bilməyənlər üçün dietoloqlar səhər yeməyini özləri ilə işə götürməklərini məsləhət görürlər. İşə çatana qədər siz tam oyanacaqsınız və qida qəbuluna hazır olacaqsınız. Səhər yeməyini yedikdən sonra isə naharadək qəlyanaltı etmədən dözə biləcəksiniz.
Səhər yeməyində hansı qidalara daha çox üstünlük vermək məqsədəuyğundur?
Səhəri maye ilə açmaq, bir stəkan adi qazsız su içmək, daha yaxşısı isə bir stəkan ilıq suya yarım limonun şirəsini sıxıb içmək olduqca xeyirlidir. Bu, orqanizmə yuxudan oyanmağa və həzm prosesinə başlamağa kömək edəcək.
Dietoloqlar sıyığı ən yaxşı səhər yeməyi hesab edirlər. Dənli bitkilər faydalı karbohidratlardan və B qrupu vitaminlərdən (sinir sisteminin işini yaxşılaşdırır) və E vitaminindən (qocalma proseslərini ləngidir) ibarətdir. Bundan əlavə istənilən sıyıq sellülozun mənbəyidir və orqanizmdən şlakları çıxarır və gün ərzində yeyilən məhsulların piylərini həzm etməyə kömək edir.
Süd məhsullarına etinasızlıq göstərməyin. Günün əvvəlində orqanizminizin qəbul etdiyi bir stəkan süd və ya qatıq, 200 qram kəsmik onu A və B qrup vitaminlərilə təmin edəcək.
Səhərlər çox yemək tövsiyə olunmur. Çünki doyumlu yemək gümrahlıq əvəzinə yuxu və süstlüyə səbəb olacaq.
Və hər səhər məşhur "səhər yeməyini özün ye, günorta dostuna, axşam isə düşməninə ver" atalar sözünü xatırlayıb çalışın ki, səhər yeməyi yemədən evdən çıxmayasınız.

Sağlamlıq     Baxılıb: 1417   Tarix: 07 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

turlar.az

sonxeber.az qadin sayti qis geyimləri 2024 reseptler ud hindi faydalari evde manikur nece edilir keyks çanta kosmetika saglam qidalanma hakisda qaynana klitor qardasa aid haxistalar